ZANBAQ – Liliaceae Juss. fəsiləsi
May inciçiçəyi – Convallaria majalis L.
Dünya florasının tərkibində fəsilənin 240 cinsi və 4000-ə qədər növü yayılmıĢdır. Fəsiləyə
20
daxil olan növlərə dünyanın hər yerində rast gəlmək olar. Bu növlər kökümsovlu, soğanaqlı və kök
yumrusuna malik olan çoxillik otlardır. Fəsiləyə daxil olan soğan, sarımsaq, qulançar, çiriĢ və s.
yeyinti, asırqal (çöpləmə), novruzçiçəyi, əzvaydan müalicə, tülpan, zanbaq və s. isə bəzək
təbiətlidirlər. Fəsilənin maraqlı cinslərindən biri də – inciçiçəyi hesab edilir.
Ġnciçiçəyi – Convallaria L. cinsinin dünya
florasının tərkibində 2-4 növü vardır. Qafqazda, o
cümlədən Azərbaycanda isə 1 növü – Cənubi Qafqaz
inciçiçəyi – Convallaria transcaucasica L. yayılmıĢdır.
Biz burada ancaq qiymətli dərman bitkisi olan və elmi
təbabətdə ətraflı öyrənilərək müalicə məqsədilə geniĢ
istifadə edilən may inciçiçəyi – Convallaria majalis L.
növündən bəhs edəcəyik. May inciçiçəyi – C. majalis
hündürlüyü 25-30 sm olan sürünən nazik kökümsova və
incə saçaqlı kök sisteminə malik çoxillik ot bitkisidir. Gövdəsi 3-6 açıq-çəhrayı rəngli pulcuqla
əhatə olunmuĢdur. Kökətrafı yarpaqları 2-3 ədəd olub, uzunluğu 20, eni isə 8 sm-dir. Bunlar
uzunsov-ellips formalı, kənarları iti, uzunsaplaqlıdır. Çiçəkləri ağ rəngdə olub 7 mm uzunluğunda,
6-20 ədədə qədər ətirli iyə malik salxımvaridir. Meyvələri Ģarvari, qırmızı-narıncıdır. Aprel-iyun
aylarında (təxminən 20 gün) çiçək açır, iyulun axırında, sentyabra qədər meyvəsi yetiĢməyə
baĢlayır.
May inciçiçəyinə keçmiĢ SSRI-nin Avropa hissəsində Ural, Krım və Qafqaz ərazilərində
rast gəlmək olar. Yerli əhali bu incə, zərif, xırda, ətirli bitkiyə – inciçiçəyi, ağzaçıq, əzizim, gülüm,
gənclik, yuyulmuĢ ot, güləbətin, dovĢan qulağı, gümüĢü yarpaqlı və s. adlar verilmiĢdir.
Bu incə, zərif, ətirli, gözəl, mirvariyəoxĢar par-par parıldayan Ģeh damcıları ilə əhatə olunan
yaz çiçəyinə meĢə ağaclarının altında, onların kölgəsində, meĢə açıqlıqlarında ən çox rast gəlinir.
Ġnciçiçəyi haqqında müxtəlif rəvayətlər, əfsanələr mövcuddur. Hələ uĢaqlıqda nənəm mənə
söyləyirdi ki, inciçiçəyi günəĢin yandırıcı Ģüalarından qorunmaq üçün «qaçıb» meĢələrdə ağac və
kolların arasında gizlənirmiĢ. Bir yunan mifologiyasında qeyd edilir ki, ov Allahı Diana gəzinti
zamanı azaraq meĢə Allahı yaĢadıgı tanıĢ olmayan bir meĢəyə gəlib çıxır. MeĢə Allahı Diananın
gözəlliyinə valeh olur, ona vurulur. Lakin gözəl məsum qız Diana meĢə Allahından qaçıb
gizlənməyə çalıĢır. O, yolu o qədər sürətlə qaçmıĢdı ki, bədəni istidən od tutub «yanmağa» və
tərləməyə baĢlamıĢdı. Ağ çiçəkləri olan inciçiçəyi bir çox məĢhur insanların sevgilisinə
çevrilmiĢdir. Bunu ən çox sevənlər məĢhur rus riyaziyyatçısı Sofya Kovalevskaya, yazıçı
A.Ġ.Kuprin, Ģairə U.Lesya, ukraynalı Ģair V.Y.Bryusov, məĢhur kimyaçı D.Ġ.Mendeleyev, məĢhur
bəstəkar P.Ġ.Çaykovski, azərbaycanlılardan akademik H.Ə.Əliyev, H.B.Abdullayev və s. olmuĢlar.
Hətta Çaykovski inciçiçəyinin Ģərəfinə mahnı da bəstələmiĢdir.
Ġnciçiçəyi öz ətirli iyi ilə meĢələrə sanki ürək açan, əsəb sistemini sakitləĢdirən ab-hava
gətirir. MeĢədən keçən hər bir kəs istər-istəməz bu gözəl bitkidən yan keçmir, ondan bir dəstə
toplayıb evlərinə aparır və çiçəkdən estetik zövq alır.
Ġnciçiçəyi qiymətli müalicəvi təsirə malik bitki hesab edilir. Bitkinin müalicə məqsədləri
üçün əsasən çiçək, ot və yarpaqlarından istifadə edilir. Bitkinin qeyd etdiyimiz hissələrində 20-ə
yaxın (0,1-0,6%) ürək qlükozidi tapılmıĢdır. Bu qlükozidlərdən periplogenin, sarmentogenin,
strofantidin,
strofantidol,
bipindogenin
və nitrossitgenin (konvallotoksin, konvallozid,
qlükokonvallozid, konvallotoksal, lokundiozid, dezlyükoxeyrotoksin, dezlyükoxeyrotoksol,
periqulozid, kannogenol-3-ramnozid); flavonoid maddələrindən – kempferol, kversetin,
izoramnetin, lyuteolin, apigenin, xrizoeriol, 3-qalaktozid, 3-qalaktoramnozidlər və 3-
qalaktodiramnozidlər, izoramnetin, kempferol və kversetin, saponin-kanvallarin, C vitamini,
farnezol, likopin və s. göstərmək olar.
Ġnciçiçəyinin çiçəklərindən 6,38% kül, mq/q olmaqla: K - 28,00, Ca - 3,60, Mg - 1,80, Fe -
0,30 makroelementləri; mq/q olmaqla: Mn - 0,11, Cu - 0,73, Zn - 0,72, Co - 0,18, Mo - 2,13, Cr -
0,04, Al - 0,20, Ba - 0,18, V - 0,04, Se - 12,80, Ni - 1,02, Sr - 0,05, Co - 28,60, Pb - 0,07, Ag - 8,00,
I - 0,09, Br - 81,30, B - 43,60 mikroelementləri aĢkar edilmiĢdir. Yarpaqlarından isə 8,36% kül,
mq/q olmaqla: K - 34,50, Ca - 18,20, Mg - 3,60, Fe - 0,20 makroelementləri, mkq/q olmaqla: Mn -
21
0,19, Cu - 0,39, Zn - 0,40, Co - 0,24, Mo - 3,45, Cr - 0,02, Al - 0,06, Ba - 2,24, V - 0,07, Se - 3,05,
Ni - 0,18, Sr - 0,32, Pb - 0,04, B - 3,80 mikroelementləri alınmıĢdır.
Ġnciçiçəyindən alınan cövhərdən damcı formasında ürək nevrozlarında, ürək fəaliyyəti
pozuntularında, bundan baĢqa piĢikotu, damotu cövhəri ilə natrium adenozid bromidi qarıĢdırılıb
«yaĢıl» cövhər Ģəklində istifadə edilir.
Çiçək və yarpaqlarından hazırlanmıĢ konvallotoksin preparatından II və III dərəcəli kəskin
və xroniki ürək çatıĢmazlıqlarında, ürək döyüntülərində istifadə edilir. Bitkinin yarpaqlarından
alınmıĢ «Korqlikon» preparatından uzun müddət qəbul etdikdə müsbət nəticələr əldə edilir. Çiçəyi
həm də M.N.Zdenko fitoyığımının tərkibinə qatılır.
Ənənəvi təbabətdə inciçiçəyi preparatlarından sidikqovucu, sakitləĢdirici vasitə kimi ürək
xəstəliklərində, epilepsiyada, Bazedov xəstəliklərinin müalicəsində istifadə edilir.
Elmi təbabətdə inciçiçəyindən alınan preparatlardan ürək xəstəliklərinin müalicəsində
S.P.Pavlovun laboratoriyasında aparılan farmakoloji təcrübələrdən sonra istifadəyə baĢlanmıĢdır.
Bundan baĢqa preparatlar qanın qatılaĢdırılmasında da iĢlədilir. Kliniki təbabətdə isə tədqiqatından
sonra istifadə edilmiĢdir.
Ġnciçiçəyi preparatlarının tətbiqi ürək fəaliyyətini artırır, arterial qan təzyiqini aĢağı salır,
ürək qüsurları tədricən aradan qalxır, yuxu normallaĢmağa baĢlayır, xəstənin ümumi vəziyyəti
yaxĢılaĢır.
Dostları ilə paylaş: |