Elmi redaktorlar amea-nın müxbir üzvləri


Diqqət!  Hamilə  qadınların  qaraqınıq  preparatlarından  daxilə  qəbul  etmələri  məsləhət  görülmür



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə34/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   30   31   32   33   34   35   36   37   ...   730
Tikanlı loğman və ya müalicə kaktusu – Aloye (Əzvay) – Aloe L. 
 
Karri səhrası… Bizə çox tanıĢ olmayan səhra bu cür adlanır. Hamıya qismət olmur ki, gedib 
Afrikada olan Kalaxari səhrasını görsün və orada yayılan bitki aləmi ilə tanıĢ olsun. Dünyanın heç 
bir  yerində  tayı-bərabəri  olmayan  Narıncı  çayı  da  buradan  axır.  Afrika  ərazisində  yayılan  səhra 
gözəlliklərindən  olan  əzvay  da  buranın  daimi  sakinlərindən  hesab  edilir.  Əzvayın  çiçəyi  üçyuvalı 
olub, yaĢılımtıl-qonur rəngdə olduğu halda, meyvəsi qutucuq olub, qaramtıl-qonur, kənarı sıxılmıĢ 
qanadlı  toxumdan  ibarətdir.  Əzvayın  yarpaqları  bizim  ərazidə  yayılan  ağacların  yarpaqlarına 
oxĢamır. Əzvay yarpaqları qalın, ətli, alt hissəsi ĢiĢmiĢ, çökmüĢ, «əyilmiĢ» vəziyyətdədir. Kənarları 
iri miĢarĢəkillidir.  
Çox qədim zamanlardan baĢlayaraq, hal-hazırkı dövrə kimi əzvaydan sabur hazırlanır. Belə 
ki,  əzvayın  yarpaqlarından  alınan  Ģirəni  quru  toz  halına  salıb,  müalicə 
məqsədləri  üçün  istifadə  edirlər.  Alınan  quru  kütlə  yaĢılımtıl-qonur 
rəngdədir. ġirənin tamı kəskin acıdır. Yarpaqlarının tikansız olmalarına 
baxmayaraq,  mal-qara  tərəfindən  yeyilmir.  Sabur  əzvay  cinsinin 
müxtəlif  növlərindən  hazırlanır.  Lakin,  ən  keyfiyyətli  dərman 
preparatları Sokotra adasında yayılan əzvaydan alınır. KeçmiĢ SSRĠ-də 
oranjereya  Ģəraitində  becərilən  əzvaydan 
alınan  saburdan  halen  preparatlarının 
hazırlanmasında istifadə edilir.  
Cənubi  Afrikada  əzvaydan  Ģirəni  aĢağıdakı  üsulla  alırlar: 
kəsilmiĢ  yarpaqların  qabığını  soyub  maili  düzür  və  kəsilən  hissəni  üzü 
aĢağı  –  çalanın  kənarına  qoyurlar.  Aydın  günəĢli  havada  qabığı 
soyulmuĢ  yarpaqlardan  Ģirənin  süzülüb  qurtarması  6  saat  davam  edir. 


22 
 
AlınmıĢ Ģirəni götürüb çənə boĢaldır və buxarlandırıb son məhsulu alırlar. QazılmıĢ çalada olan Ģirə 
günəĢin altında da nəzarətsiz qalıb uzun müddət buxarlanıb bərk kütləyə çevrilir.  
ABġ-da  kəsilib  götürülmüĢ  əzvay  yarpaqlarını  ağacdan  düzəldilmiĢ  novçadan  xüsusi  qaba 
süzür, oradan da çənə boĢaldıb buxarlandırırlar.  
Acarıstanda saburu aĢağıdakı qaydada əldə edirdilər. Belə ki, oktyabrın axırlarında əzvayın 
gövdəsinin  aĢağı  hissəsində  yerləĢən  yarpaqlarını  kəsib  götürür,  kəsilmiĢ  yarpaqları  Ģaquli 
istiqamətdə  torlu  qaba  doğru  düzürlər;  1,5-2  saatdan  sonra  yarpaqda  olan  Ģirə  tam  süzülüb  qaba 
tökülür. Götürülən yarpaqlar təkrar doğranılır və yenidən Ģirəsini tordan süzüb hər iki qarıĢığı bir-
birilə qarıĢdırıb buxarlandırırlar.  
Əldə  olunan  saburdan  müxtəlif  dərman  preparatları  hazırlanıb  elmi  təbabətdə  və  baytarlıq 
sahəsində istifadə edilir. KeçmiĢ SSRĠ-də istixanalarda becərilən əzvaydan sabur alınmırdı. Burada 
toplanılan  əzvay  xammalı  xarici  ölkələrə  satılırdı.  Saburun  sənaye  istehsalı  Cənubi  Afrika, 
Hollandiya,  Vest-Hindistan,  Cənubi  Amerikanın  Ģimal  ərazilərində  təĢkil  edilmiĢdir.  Çünki,  bu 
ərazilərdə böyük ehtiyata malik əzvay sahələri mövcuddur. Sabur isti suda, ən yaxĢı isə spirtdə həll 
olur.  Efirdə,  xloroformda  benzində  və  petroleyin  efirində  həll  olmur.  Əzvayın  müalicəvi  təsiri 
haqqında ilk məlumata ərəb coğrafiyaçısı Masudun əsərlərində rast gəlmək olar.  
Aristotel  məlumat  verir  ki,  yerli  əhali  Sokotra  adasında  əkib-becərdiyi  əzvaydan  bir  sıra 
xəstəliklərin müalicəsində istifadə edirmiĢlər. 
Elmi təbabətdə əzvaydan ödqovucu və iĢlədici vasitə kimi istifadə edilir. 
Əzvayın müalicəvi təsiredici xüsusiyyətləri hələ çox qədim dövrlərdən misirlilərə, ərəblərə, 
yunanlara həmçinin çinlilərə və tibetlilərə məlum olmuĢdur.  
Əzvaydan hazırlanan saburdan həm daxili, həm də xarici xəstəliklərdə istifadə etmək üçün 
müxtəlif  müalicəvi  balzam,  məlhəm  (maz),  ekstraktlar,  fəaliyyətdən  düĢmüĢ  hüceyrə  və 
toxumaların 
canlandırılması  üçün  eliksirlər,  eləcə  də  ölmüĢ  hörmətli  insanların 
balzamlandırılmasında istifadə edilir.  
Əzvaydan  ərəb  təbabətində  geniĢ  istifadə  edilmiĢdir.  Çində  əzvay  qurdqovucu  kimi  və 
zöhrəvi xəstəliklərin müalicəsində iĢlədilir. 
X əsrdə əzvaydan müalicəvi məqsədlər üçün istifadə edilməsi haqqında ingilis-sakson, XII 
əsrdə  isə  alman  dərman-Ģünaslığında  istifadə  edilməsi  haqqında  geniĢ  məlumatlar  verilir.  MəĢhur 
ərəb  həkimi  Razes  (860-930)  tibb  elminin  müxtəlif  sahələrinə  dair  226-dan  artıq kitab  yazıb  dərc 
etdirmiĢdir. Həmin tibb kitabları 500 ildən artıq həkimlərin stolüstü kitabları olmuĢdur. Razes tibbə 
aid  yazdığı  kitablarda  əzvayın  müalicəvi  xüsusiyyətlərindən  də  maraqlı  məlumatlar  verir.  O  qeyd 
edir ki, Hindistanda əzvaydan hazırlanan ekstraktlar çiçək, göz xəstəliklərində islatma dərman kimi 
iĢlədilir. Dəridə olan çətin sağalan irinli yaraların müalicəsində əzvaydan hazırlanan ətirli pudradan 
geniĢ istifadə edilirdi. Kəsiklər zamanı baĢ verən qanaxmaların qarĢısını almaq üçün Razes əzvay, 
ətirli qatran və yumurta sarısı qarıĢıqlarından hazırlanan məlhəmlərdən istifadə olunması haqqında 
məlumat verir.  
MəĢhur tibb alimi Əbu Əli Ġbn Sina (980-1037) özünün yazdığı «Tibbin qanunları» əsərində 
qədim  zamanlardan  baĢlamıĢ  orta  əsrlərə  qədər  əzvayı  qızılgül  yağı  ilə  qarıĢdırıb  miqren,  göz  və 
mədə  xəstəliklərinin  müalicəsində  istifadə  olunması  haqqında  geniĢ,  maraqlı  məlumatlar  verir. 
MəĢhur həkimlərdən Burxana (1792), Dobronravova (1843) saburdan uzun sürən kəskin qəbizlikdə 
iĢlədici,  tac  damarlarında  qanın  normal  paylanmasında,  qan  dövranının  nizama  salınmasında, 
parazit  qurdların  tökülməsində,  ödqovucu,  mədə-bağırsaq  xəstəliklərində,  yod  ifrazatının 
gücləndirilməsində,  əsəb  xəstəliklərində,  xüsusən  də  tupoxondirya  və  maniyamin  müalicəsində, 
mədə-bağırsaq  sisteminin  möhkəmləndirilməsində,  göz  büllurunun  buynuz  qiĢasının  müalicəsində 
və  s.  geniĢ  istifadə  olunması  haqqında  məlumat  verilir.  Bir  qədər  sonralar  Kravkov,  Qefter, 
Skorsov,  VerĢinin  və  baĢqaları  1924-1940-cı  illərdə  yazdıqları  elmi  əsərlərində  əzvaydan  iĢlədici, 
ödqovucu, vərəm, xlozor (qan azlığı), irinli yaraların və s. xəstəliklərin müalicəsində geniĢ istifadə 
olunmasını göstərirdilər.  
Dünya florasının tərkibində Aloe L. - əzvay cinsinin 275-dən artıq növü yayılmıĢdır. Vətəni 
Cənubi Afrikanın yarımsəhra əraziləri hesab edilir. Bu növlərə ən çox Cənubi Afrika, Madaqaskar, 
Sokotra və Antil adaları, Kap vilayəti, HəbəĢistan, Somali və s. ölkələrin aĢağı dağ qurĢaqlarından 


23 
 
baĢlayıb, dəniz səviyyəsindən 2500 m-ə qədər yüksəklikdə rast gəlinir. Bunlar sukkulent bitkilərdir. 
Bir  çox  növləri  isə  kserofit  bitki  kimi  quru,  çınqıllı,  daĢlı  yamaclarda,  qayalıqlarda,  bir  sözlə 
quraqlıq zonaların daimi sakinlərinə çevrilmiĢdir.  
Əzvay cinsi – əsl əzvayın - Aloe vera (var. A. vulgaris) çoxlu növ müxtəlifliyi vardır. əmələ 
gətirmiĢdir.  Bu  növ  müxtəlifliklərinin  əksəriyyəti  hal-hazırda  növ  kimi  qəbul  edilmiĢdir.  Həqiqi 
əzvayın  növləri  yabanı  halda  Qırmızı  dənizdən  baĢlayıb,  Cənubi  Afrikaya  qədər geniĢ  bir  ərazidə 
yayılmıĢdır.  Əzvayın  bir  sıra,  o  cümlədən  A.  littoralis  Kom.  növü  Asiyanın  təbiətinə 
uyğunlaĢdırılıb,  onun isti ərazilərində  – Ərəbistan  yarımadasında,  Suriya,  Hindistan,  ġri-Lankada, 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin