Botaniki xarakteristikası. Daryarpaq sarmaĢıq çoxillik ot bitkisi olub boz və ya gümüĢü
rəngdədir. Gövdəsi qol-budaqlı olub üzəri məxməri tüklərlə örtülüdür. Yarpaqları uzunsov-
ellepsĢəkilli və ya uzunsov lansetĢəkillidir. Çiçəkləri gövdə üzərində tək-tək yerləĢərək çəhrayı
rəngdədir. Meyvəsi yumurtayaoxĢar qutucuqdan ibarətdir.
Daryarpaq sarmaĢığı Azərbaycanın Quba-Xaçmaz
zonasında, Lənkəranın dağlıq, TalıĢ zonasında, Naxçıvan
ərazisində, düzənlikdən baĢlayıb, orta dag qurĢaqlarına
kimi quru daĢlıq və qayalıq yerlərdə, çay kənarlarında,
səhralarda geniĢ yayılmıĢdır.
Çöl sarmaĢığı gövdəsinin ağaca sarılması və
üçkünc yarpaqlarının qaidəsinin ürəkvari olması ilə
fərqlənir. Azərbaycanda geniĢ yayılmıĢdır. Ġran
otsarmaĢığı isə yarpaqlarının girdə-ellipsĢəkilli və
çiçəklərinin ağ rəngdə olması ilə fərqlənir. O, Xəzər dənizinin qumlu sahillərində daha geniĢ
yayılmıĢdır.