189
hər yerdə rast gəlmək olar.
Çox vaxt mayın axırı meĢə sahələrində kolluqlarda, dağ yamaclarında qırmızı rəngli
«sünbülvari» çiçəkləri açılmağa baĢlayır. Xalq arasında mərcanotuna çöl sürvəsi (Ģalfeyi) deyirlər.
Ən çox Quba və Qusar zonasında təsadüf edilir.
Mərcanotunun tam çiçək açan dövründə toplanan ot hissəsindən çox qədim dövrlərdən xalq
təbabətində geniĢ istifadə edilmiĢdir.
Qədim ərəblər mərcanotundan hazırlanan preparatların köməyi ilə ağ ciyər, revmatizm, sistit
xəstəliklərini, Çində isə baĢ və diĢ ağrılarım müalicə edirmiĢlər.
Böyük rus sərkərdəsi Suvorov özünün yazdığı «Elmin qələbəsi» əsərində qeyd edir ki,
mədənizin normal iĢləməsi üçün mütləq mərcanotu çayı için.
Müalicə məqsədləri üçün bitkinin çiçək açan dövründə toplanan ot və kök hissələrindən
istifadə edilir.
Tam çiçək açan zaman ot hissəsinin tərkibindən 1,54% flavonoid maddələri, 2,72%
stahidrin, 1% iridoid, 0,83% efir yağı, 2%-ə qədər üzvi turĢular, 3,1% qətran maddəsi, 54 mq%
askorbin turĢusu,
K vitamini, fenolkarbon turĢusu, estrogen hormonu və s. aĢkar edilmiĢdir.
Bitkinin yerüstü hissəsindən 6,23% kül, mq/q olmaqla 23,60 – K, 12,60 - Ca, 2,10 - Mg,
0,04 - Fe makroelementləri, mkq/q olmaqla 0,24 - Mn, 0,67 - Cu, 0,72 - Zn, 0,12 - Cr, 0,25 - Al,
0,01 - Ba, 0,04 - V, 5,56 - Se, 0,02 - Ni, 0,34 - Sr, 0,01 - Pb, 56,40 - B mikroelementləri və s. aĢkar
edilmiĢdir.
Mərcanotunun preparatlarından sakitləĢdirici, təzyiq aĢağısalıcı, antiseptik, soyuqdəymə,
qankəsici, bəlğəmgətirici, ödqovucu kimi, qusma və s. əleyhinə istifadə edilir.
Bağırsaq pozuntularında 1 çay qaĢığı doğranmıĢ otundan götürüb 1 stəkan qaynar suya
töküb, 15 dəqiqə saxlayıb süzün. Sonra aldığınız ekstraktdan gündə 3-4 dəfə yeməyə 15-20 dəqiqə
qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Dostları ilə paylaş: