222
toxumları sərt qabıqdan, nazik yaĢıl rəngli örtüyü saxlamaqla təmizləyib həvəngdəstədə yaxĢı-yaxĢı
əzin. Sonra 300 q toxumun üzərinə 100 q bal və yaxud mürəbbə əlavə edib acqarına bütün gün
qurtum-qurtum çox da böyük olmayan hissələrlə qəbul edin, 3 saat sonra iĢlədici qəbul edin. Sonra
imalə əməliyyatını həyata keçirin. Toxumdan 3-4 yaĢlı uĢaqlar üçün 75 qram, 10 yaĢlı uĢaqlar üçün
isə 150 q götürmək məsləhətdir.
İkinci üsul: 500 q toxumundan götürüb qabığını təmizləmədən xırda hissələrə bölüb 1 litr
suya töküb su hamamına qoyub, qaynatmadan 2 saat saxlayın. Sonra toxumu sıxıb suyunu çıxardın
və sonra dəmləməni süzün. Aldığınız dəmləməni 1 saat ərzində az-az qəbul edin. Dəmləmənin
tammı yaxĢılaĢdırmaq üçün tərkibinə zövqünüzə görə duz əlavə edin, 2 saat keçdikdən sonra
iĢlədici qəbul edin.
10 yaĢlı uĢaqlar üçün 300 q toxum, 5-7 yaĢlılar üçün 200 q, 5 yaĢlılar üçün isə 100-150 q
toxum götürmək lazımdır. Götürülən suyun da miqdarını azaldın. Helmintlər əleyhinə mübarizə
aparmaq üçün toxumu 2 ildən artıq saxlamaq olmaz. Balqabaq və vələmir toxumu ilə qurdlara qarĢı
mübarizə, baĢqa tibbi preparatlara nisbətən zəif olmasına baxmayaraq tamamilə təhlükəsizdir.
Dostları ilə paylaş: