31
Leninqrad Botanika Ġnstitutuna bitki Almaniyadan gətirilmiĢdir. Almaniyaya isə Çindən
gətirilmiĢdir.
Hindistan soğanı otaq bitkisidir. Ondan alınan Ģirə ilə hələ çox qədimlərdə xalq təbabətində
bir sıra xəstəliklərin müalicəsində geniĢ istifadə edilmiĢdir. Bitkinin soğanından alınmıĢ Ģirədən
radikulit, revmatizm, artrit və s. xəstəlikləri müalicə edirlər. ġirəsi həm də ekzemaların, diĢ
ağrılarının və dəri yaralarının müalicəsində iĢlədilir. Hind soğanının tərkibində insan sağlamlığı
üçün çox qiymətli bioloji aktiv maddələr aĢkar edilmiĢdir. Həmin Ģirədən az miqdarda qəbul
etdikdə daxili orqanların fəaliyyəti güclənməyə baĢlayacaqdır. Bitkinin Ģirəsindən normadan artıq
istifadə edilərsə xoĢagəlməz hadisələr baĢ verə bilər.
«QuĢsüdü» bitkisinin tərkibində çoxlu miqdarda kolxisin, kolxisein, kolxamin,
qlikoalkoloid, kolkxozid, tiokolxisin və s. alkaloidlər aĢkar edilmiĢdir. Bu alkaloid maddələr
orqanizmdə gedən fızioloji prosesləri yavaĢıdır və hüceyrə bölünmələrini dayandırır. ġirədə olan
alkaloidlərin bu keyfiyyətlərini nəzərə alıb bundan xərçəng xəstəliyinin müalicəsində istifadə
edirlər. Hindistan soğanının çiçəklərinin tərkibində çoxlu miqdarda efir yağı olduğundan ondan
mikrob, soyuqdəymə və vərəm əleyhinə istifadə edilir. Belə güman edirlər ki, hərgah sizin
otağınızın pəncərəsində hind soğanı olarsa onda o sizin soyuqdəymə xəstəliklərinə tutulmanız
ehtimalını demək olar ki, sıfıra endirər, sizi bir çox xəstəliklərdən qoruyar. Soğanın tərkibində olan
sarı rəngli Ģirədə flavonoid maddələri aĢkar olunmuĢdur ki, bu da damar divarlarını
möhkəmləndirir, kapilyar damarların qırılmasının, eləcə də beyinə qansızmanın və orqanizmin
digər sahələrində baĢ verən qanaxmaların qarĢısını alır. Hind soğanından müalicə məqsədləri üçün
istifadə edən zaman çox ehtiyatlı olmaq məsləhət görülür. Bitkidən normadan artıq istifadə etdikdə
alkaloidin təsiri nəticəsində qıcolma, tənəffüs yollarının ifliçi, qan dövranını zəiflətməklə ürək ürək
döyüntülərini azaldıb çox vaxt ürək dayanmalarına gətirib çıxara bilir.
Diqqət! Hind soğanının preparatlarından hamilə qadınların, xroniki xəstəliklərə, böyrək və
qara ciyər xəstəliklərinə tutulanların, uĢaqların istifadə etmələri məsləhət görülmür.
Rusiya EA müxbir üzvü tibb elmləri doktoru Y.Y.Yeliseyev «quĢsüdündən» müalicə
məqsədi ilə istifadə olunmasını düzgün hesab edir. Alim tibbi təcrübələrlə sübut etmiĢdir ki, bir sıra
xəstəliklərin müalicəsində elmi təbabət gücsüzlüyünü göstərən zaman «quĢsüdündən» istifadə
etmək çox vacibdir. Ən əsası odur ki, preparatdan düzgün istifadə olunsun.
Dostları ilə paylaş: