242
yalvarırlar ki, onlara kömək etsin. Qadınların xahiĢini yerinə yetirən Olimp allahı onlara çiçəkləri
parlaq, narıncı-sarı rəngli, ətirli iyə və gözəl müalicəvi xüsusiyyətlərə malik dağtərxununun
toxumlarını göndərir. Buna görə də xalq arasında dağtərxununa «qadınların çiçəyi» deyirlər.
Qədim romalılar dağtərxununun çiçəklərindən hazırlanan cövhərlərlə qadın aybaĢısının
nizama salınmasında, qədim misirlilər isə ölmüĢ fironların bədənlərinin balzamlaĢdırılmasında
istifadə edirdilər.
Dağtərxunundan soyuqdəymədə, ishalda büzüĢdürücü, ödqovucu, tərlədici, qızdırmasalıcı,
yarasağaldıcı, qankəsici, qurdsalıcı kimi iĢlədilir.
Bitkinin yarpaq və çiçəklərinin tərkibində 0,8-0,9% efır yağı, akasetin, kversetin, apigenin,
lüteolin, osmosinin, tiliantin, sinarozid, kversimeritrin, xrizoeriol, diosmetin, akisillarin,
izoramnetin, sinarozid flavonoidləri, 0,1% aĢı və acımtıl maddələr, alkaloid, üzvi turĢular, 8 mq%
askorbin turĢusu, 2,3 mq% karotin və s. aĢkar edilmiĢdir. Bundan baĢqa çiçəklərinin tərkibindən
7,03%
kül maddəsi, mq/q olmaqla 32,50 - K, 6,50 - Ca, 80 - Mg, 0,10 - Fe makroelementləri, mkq/q
olmaqla 0,22 - Mn, 0,55 - Si, 0,71 - Zn, 0,01 - Co, 88,00 - Mo, 0,02 - Cr, 0,02 - I, 8,50 - Se, 0,51 -
Ni, 0,02 - Sr, 0,01 - Pb, 68,80 - V mikroelementləri aĢkar edilmiĢdir.
Dağtərxununun çiçəklərindən hazırlanan preparatlardan qurdqovucu, əsəb sakitləĢdirici,
isteriya, epilepsiya, revmatizm, aybaĢı pozuntularında və s. iĢlədilir. Dağtərxununun efır yağından
hazırlanan emulsiyalardan, 0,04-0,1 qramından və yaxud bir damcısmdan askarid və digər parazit
qurdların tökülməsində istifadə olunur. Dozadan artıq qəbul etdikdə zəhərlənmələr baĢ verir.
Bitkinin tozundan və cövhərindən qara ciyər hepatitində, angioxolik və bağırsaq xəstəliklərində
iĢlədilir. Heyvanlar üzərində aparılan təcrübələrə əsasən məlum olmuĢdur ki, dağtərxununun
çiçəklərindən hazırlanan cövhər ürək döyüntülərinin amplitudunu artırır, döyüntüləri azaldır, qan
təzyiqini normallaĢdırır, öd ifrazını artırır. Bununla yanaĢı mədə- bağırsaq sistemini nizamlayır və
Ģirə ifrazetmə qabiliyyətini artırır. MəĢhur rus ginekoloqu V.F.Demiç 1889-cü ildə qeyd edir ki,
dağtərxunundan qurd əleyhinə istifadə etməklə yanaĢı, aybaĢının nizama salınmasında, sarılıqda və
mədə-bağırsaq xəstəliklərində də istifadə oluna bilər. Tibbi praktikada dağtərxunu cövhərindən qara
ciyər və bağırsaq xəstəliklərində öd ifrazının və sekresiya vəzilərinin fəaliyyətinin
gücləndirilməsində tətbiq edilir. M.A.Nosal və L.M.Nosal 1959-cu ildə qeyd edirdilər ki, bitkinin
efır yağından düzəldilmiĢ cövhərindən sidikqovucu vasitə, eləcə də həĢərat əleyhinə istifadə oluna
bilər. Müəlliflər göstərirlər ki, dağtərxunu çiçəklərindən 20 q götürüb 1 litr suya töküb əldə edilən
dəmləməsindən xalq təbabətində mədə sancılarında, ishalda, qızdırmanın aĢağı salınmasında,
həzmin yaxĢılaĢdırılmasında iĢlədilir. Q.N.Kovolova 1971-ci ildə qeyd edir ki, dağtərxununun
yuxarı hissəsini çiçəkləri ilə birlikdə kəsib götürür, ondan cövhər hazırlayıb zəif dozasından
soyuqdəymədə, öd ifrazının artırılmasında, mədə turĢuluğunun aĢağı salınmasında, böyrək,
sidik və
öd kisəsi xəstəliklərində iĢlətdikdə gözəl nəticələr verir. Sibir əhalisi isə bitkinin yarpaq və
çiçəklərindən hazırladıqları cövhər və dəmləmələrdən baĢ ağrılarının, podaqranın, revmatizmin,
sarılığın, epilepsiyanın və s. müalicəsində istifadə edirlər. V.L.Zavarjinov 1977-ci ildə qeyd edirdi
ki, dağtərxunu ilə çətin sağalan yaraları, ən çox isə lamblioz və s. parazitlərin törətdiyi bağırsaqların
kataral iltihabı, öd kisəsi iltihablarının, mədə və onikibarmaq bağırsaq xəstəliklərinin müalicəsində,
ginekoloji təcrübələrdə, ĢiĢ və çibanların yuyulmasında istifadə edilir. M.A.Qarbares 1982-ci ildə
göstərirdi ki, qurd (invaziya) xəstəliklərindən baĢqa dağtərxunu ilə mədə-bağırsaq sisteminin
(axialis qastritin, mədə və bağırsaq yaralarının, eləcə də bağırsaq soyuqdəymələrinin), hepatit,
sarılıq, irinli yaraların, dəri qaĢınmaları, arı sancmaları, podaqra və artritin müalicəsində iĢlədilir.
N.K.Fruentov 1972-ci ildə yazdığı əsərində qeyd edir ki, Tomski Tibb Ġnstitutu əməkdaĢlarının
apardıqları təcmbələrin nəticəsində məlum olmuĢdur ki, dağtərxunundan alınan preparatlar gözəl
ödqovucu xüsusiyyətə malikdir.
Dağtərxununun qurdqovucu xüsusiyyətləri onun yayıldığı sahələrdən, toplanma dövründən,
qurudulma Ģəraitindən, eləcə də tərkibindəki efır yağının keyfiyyətindən asılıdır.
Dostları ilə paylaş: