Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə13/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   9   10   11   12   13   14   15   16   ...   68
“Respublika” qəzeti, 18 yanvar 2004-cü il

XALQIN GƏLƏCƏYİNİ DÜŞÜNƏN

BÖYÜK ŞƏXSİYYƏT
Heydər Əliyev öz xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətləri olan dahi bir şəxsiyyətdir. Böyük rəhbərin hakimiyyətdə olduğu dövr Azərbaycan elminin, təhsilinin, səhiyyə və mədəniyyətinin, iqtisadiyyatının sü­rətli inkişafı ilə yadda qalmışdır. Bu illərdə milli-mənəvi də­yər­lərimizin qorunması, vətəndaşların sosial həyat tərzinin yax­şılaş­dırılması, demokratiyanın inkişafı, dünya azər­bay­can­lıla­rının monolit bir qüvvə kimi təşkilatlanması, qadınlarımızın və gənclərimizin dövlətçiliyimizin tərəqqisi prosesinə cəlb edil­məsi Heydər Əliyev strategiyasının uğuru kimi qeyd olun­malıdır.

Azərbaycan xalqının tarixin sınaqlarından çıxmış təcrübəsi onun Heydər Əliyevə təkcə lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəksiz və şəriksiz müəllifi kimi baxdığını təsdiqləyir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Bu siyasət elə dövlətçiliyin özü deməkdir və bunu çox da uzaq olmayan keçmişimizin təcrübəsi sübut etmişdir. Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu, yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı.

Bunun üçün, ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri belə bir sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

Heydər Əliyevin tarixi xidmətlərinin həqiqi mahiyyətini təsvir etmək çox çətin məsələdir. Təkcə ona görə yox ki, bu böyük şəxsiyyət müasir Azərbaycan dövlətçiliyinin banisi olmuşdur. Həm də ona görə ki, onun siyasi fəaliyyətinin hər bir məqamı tarixi uğurlarla zəngindir.

Mən sadəcə olaraq ümummilli liderimizin siyasi fəaliy­yətinin yalnız bir neçə istiqaməti barədə faktları nəzərə çatdırmaq istəyirəm. Möhtərəm Heydər Əliyev Azərbaycanda rəhbərlikdə olduğu bütün dövrlərdə qadınların vəziyyətinin yaxşılaşdırılmasını yetkin dövlət siyasətinin əsas aparıcı istiqamətlərindən biri hesab etmiş, bu sahəyə xüsusi diqqət və qayğı göstərmişdir. O, Azərbaycan qadınının mərdliyini, dözümünü, paklıq və sədaqətini, vəfa və ismətini həmişə ən ali dəyər kimi qiymətləndirmişdir.

Təbii ki, qadın hərəkatının önündə, ilk növbədə ziyalı qadınlarımız gedir. Onların da əsas hissəsini müəllimlər, elm adamları, həkimlər təşkil edir. Biz Heydər Əliyevin bu illər ərzində təhsilə, elmə, mədəniyyətə, bütövlükdə Azərbaycan qa­dınlarına göstərdiyi qayğıkeş münasibətin canlı şahidləriyik. Mil­li tariximizin ən yaddaqalan məqamları, maarifimizin in­tibahı, təhsilimizin uğurları məhz onun adı və fəaliyyəti ilə bağ­lıdır. Heydər Əliyevin qurub yaratdığı müstəqil Azər­bay­can dövlətinin təhsil siyasəti həm də pedaqoji bir nəzəriyyə, milli təhsilimizin ideya əsasıdır. Bu nəzəriyyəni dərindən öyrənmək və öyrətmək isə dövlət əhəmiyyətli bir işdir.

Sivilizasiyaların tarixi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də bəşəriyyətin tərəqqisinə böyük töhfələr vermiş olurlar. Heydər Əliyev epoxasında da milli təhsilin inkişafı, ölkənin intellektual potensialının zənginləşdirilməsi, təhsil quruculuğu sahəsində aparılan islahatlar milli tərəqqimizin əsas amili olmuşdur.

Buna görə də keçən əsrin 70-80-ci illərini haqlı olaraq Azər­baycan təhsilinin intibah dövrü adlandırırlar. Heydər Əli­yev hələ o zaman özünəməxsus müdriklik və uzaqgörənliklə dərk edirdi ki, elm və təhsil millətin gələcəyidir. Ona görə də bu müdrik şəxsiyyətin respublika rəhbərliyinə gəlməsi ilə elmin və təhsilin inkişafı prioritet vəzifə kimi müəy­yənləş­dirilirdi. 1970-1980-ci illərdə Azərbaycanda yeni ali məktəblər şəbəkəsi yaradıldı, çoxlu yeni ixtisaslar üzrə kadr hazırlığına başlandı, yüzlərlə məktəb binası tikilib istifadəyə verildi. O dövrdə 800-dən artıq təhsil işçisi əməkdar müəllim, 3 müəllim isə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olundu.

Heydər Əliyevin fəaliyyətində azərbaycançılıq təliminin birinci və aparıcı prinsipi gənc nəslin Vətənə, millətə, torpağa məhəbbət ruhunda tərbiyəsi, hər kəsin öz milli mənsubiyyətini qoruyub saxlamasıdır. O, çıxışlarının birində deyirdi: “Hər bir milli və dövlət ideologiyasının məqsədi dövlətçiliyi, xalqı daxili və xarici ədalətsizliklərdən, təzyiqlərdən, istilalardan qorumaq, milli dövlətin sərhədləri daxilində vətəndaşlar üçün siyasi və iqtisadi baxımdan sabit həyat imkanları yaratmaqdır.” Doğrudan da, milli ideologiya, o cümlədən azərbaycançılıq, ilk növbədə xalqı, dövlət, onun maraqları və dəyərləri ətrafında birləşdirən bir hadisədir.

Ümummilli liderimiz Dünya Azərbaycanlılarının birinci qurulta­yında azərbaycançılığın ikinci aparıcı prinsipi kimi mil­li-mənəvi dəyərlərin qorunub saxlanılmasını müəy­yənləşdir­mişdir. Bu prinsip hər bir azərbaycanlıya aiddir. Bundan başqa, Heydər Əliyev mənəvi dəyərlər içərisində dilimizin qorunub saxlanılmasına xüsusi əhəmiyyət vermiş, Azərbaycan dilinin dövlət statusu haqqında dəyərli fərman və sərəncamlar imzalamışdır.

Böyük öndərin müəyyənləşdirdiyi üçünçü mühüm prinsip isə milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə inteqrasiyasına nail olmaqdır. Bu, Azərbaycan xalqının bütün türk və müsəlman dünyasında xüsusi tarixi mövqeyini və missiyasını ifadə edən bir müddəadır. Azərbaycan Qərblə Şər­qin sərhədində yerləşdiyindən bu iki sivilizasiyanın vəhdətini özündə təcəssüm etdirən tarixi əhəmiyyətə malikdir. Heydər Əliyev azərbaycançılıq ideologiyasının həyata keçirilməsində bu vacib amilləri diqqət mərkəzində saxlamağın zəruri olduğunu dönə-dönə vurğulayırdı.

XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənə­lə­ri­nin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz müəl­lifi unudulmaz şəxsiyyət Heydər Əliyevdir. O, yaşadığımız ölkədə və onun hüdudlarından kənarda yalnız dövlət başçısı kimi deyil, həm də Azərbaycan dövlətçiliyinin banisi kimi qəbul olunurdu. Bu gün Azərbaycan cəmiyyətində Heydər Əliyevin ictimailəşmiş obrazı ümummilli lider anlayışını özündə təcəssüm etdirir. Xalqımız birmənalı şəkildə Heydər Əli­yev siyasi kursundan kənarda dövlətçilik anlayışının möv­cud olmadığını özü üçün müəyyənləşdirmişdir. Bu o deməkdir ki, hakimiyyəti kimin idarə etməsindən asılı olmayaraq, həmin siyasi kursun davam etdirilməsi tarixi zərurətdir. Bu mənada, cənab İlham Əliyevin Prezident seçilməsinin xalqın bütün sosial sferalarının təqdiredici münasibəti ilə qarşılanması tamamilə təbiidir.

Yaşadığımız dövrdə Heydər Əliyev təkcə ümummilli siyasi lider kimi deyil, həm də xalqın etimadını qazanmış böyük bir strateji konsepsiyanın müəllifi kimi qavranılır. Bu baxımdan onun siyasi kursunun davam etdirilməsinin vacibliyi yalnız tarixi və müasir siyasi reallıqlara əsaslanmır, həm də mənəvi-ideoloji amillərin təsirinin real təzahürü kimi meydana çıxır. Bu həqiqəti ötən prezident seçkiləri bariz şəkildə nümayiş etdirdi. “Heydər Əliyevin davamçısı kim ola bilər?” sualına cavab axtaran xalq onun varisi İlham Əliyevin üzərində da­yandı. Bu, XXI yüzilliyin ilk düzgün seçimi idi. Xalqın seçimi həm də cənab İlham Əliyevin Azərbaycan siyasətində qazan­dığı uğurlar, müasir düşüncəli siyasətçi kimi özünü təsdiq etməsi, milli maraqların gerçəkləşdirilməsinə istiqamətlənmiş prinsipial mövqeyi ilə şərtlənirdi. Çünki o, heç vaxt ictimai rəyi ələ almaq, seçicini öz tərəfinə çəkmək üçün xüsusi metodlarla işləməyə can atmayıb, əvəzində konkret fəaliyyəti ilə cəmiyyətdə və siyasətdə xüsusi yeri olduğunu təsdiqləyib. Görünür, elə buna görə də cənab İlham Əliyev Azərbaycan xal­qının böyük əksəriyyəti tərəfindən dövlətçiliyimizin yeganə inkişaf modeli kimi qiymətləndirilən siyasi kursun alter­nativsiz varisi olaraq qəbul edilir.

“Mən bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Azərbaycanın yeni Prezidentinin andiçmə mərasimindəki çıxışından götürülən bu sözlər onun siyasi platformasının əsaslarını müəyyənləşdirən tezis kimi qəbul oluna bilər. İlham Əliyev bu platformanı həyata keçirməyə qadir siyasətçidir və yaxın gələcəkdə bunun əyani şahidi olacağıq.

Qarşıdakı dövr tarixi-siyasi məzmununa görə əvvəlki illərdən xeyli fərqlənir və bu, təsadüfi deyil. Çünki artıq Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət quruculuğu prosesi uğurla başa çatdırılıb, iqtisadi sahədə kifayət qədər böyük nailiyyətlər qazanılıb, demokratikləşmənin müsbət nəticələri göz qabağındadır və beynəlxalq aləmdə respublikamızın mövqeləri nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Bu baxımdan, yeni inkişaf mərhələsi, əslində cəmiyyətin daxili siyasi və mənəvi tələbatlar sisteminin diktəsi ilə ortaya çıxan tarixi zərurətdir.

Bu gün dövlətçiliyimizin Heydər Əliyev mərhələsi uğurla davam etməkdədir. Ümummilli liderin ideyaları Azərbaycanın inkişafının hələ bir neçə onillikləri üçün nəzərdə tutulur. Əminliklə deyə bilərik ki, Heydər Əliyevin elmi prinsiplərə əsaslanan strategiyası ölkəmizin yüksəlişinə ən etibarlı təminatdır.



“Respublika” qəzeti ,7 may 2004-cü il.



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin