7
obyekti düşüncələrində daha tez görür. Filosof müəyyən obyekti incələyib
predmetə çevirirsə, onda alimə dönür. Sistemin tərkibini axtaran filosof, mətn
yaradan filosof alimdir. Filosof öz düşüncələri ilə müəyyən bir sahə üzrə
konstruksiya yaradırsa, onda o, alimə çevrilir. Filosof başlanğıc və sonu
müəyyən edir və induktiv və deduktiv metodlarla tezisləri birləşdirməklə, bu
iki koordinat arasında müstəvi əmələ gətirir. Bu baxımdan da alimə çevrilir.
Nəticədə bir fəlsəfi əsər yaradır. Bu bitkinlik, bütövlük özündə elmin nəhsulu
olmaqla bərabər, həm də fəlsəfi məzmuna malik olur. Filosof tezislər
bildirəndir. Bu tezisləri qeyri-məyyənliyi müəyyənliyə çevirmə və müəyyən
olunmuş tezislərdən sintezlər yaratmaq yolu ilə filosof əqli nəticələrlə elmi
yaradır. Filosofun əqli nəticələr yolu ilə gəldiyi qənaət isə empirik üsullarla
təsdiq olunur. Bu halda təbiət elmləri formalaşır. Filosof müşahidələr aparır.
Düşünür, düşüncələrini dərinləşdirir. Düşüncələrin dərinləşməsi sayəsində
elmi müstəvi formalaşır. Filosof həm də universal olmaqla, universallığı və
daha çox bütövü düşünməklə elmlər arasında koordinativ əlaqələri meydana
gətirir.
Dostları ilə paylaş: