-iqtisadiyyat. İ
qtisadiyyat məcmu halda sosial və ictimai təsərrüfatı əhatə
edən ən böyük kompleksdir. Dövlətin ölkənin resurslarından istifadə etməklə
mövcudluğunu təmin edən əsas cəm sahədir. (Qeyd: iqtisadiyyat həm
təsərrüfat, həm də siyasət terminidir. Təsərrüfatda “ölkə”, siyasətdə “dövlət”
anlayışlarını ifadə edir). İqtisadiyyat konseptualdır. Sistemlidir və
mexanizmlidir. Həm özünə, həm də üst qatına-dövlətin strukturlarına,
cəmiyyətə, insanlara xidmət edir. İqtisadiyyatda istehsalat əsas və baza strateji
sahədir. İstehsalat ölkənin sərvətlərindən insan maraqlarına uyğun şəkildə
istifadəni nəzərdə tutur. Burada xammal və xammaldan əldə edilən yeni
məhsul sahələri strateji sahələrdir. İqtisadiyyatda istehsalat-yeraltı və yerüstü
sərvətlərin istehsalı və elmtutumu strateji sahələrin tərkibini əhatə edir.
İ
stehsalı hərəkətə gətirən istehsalçı ilə obyekti bağlayan vasitə isə maliyyədir. Pul əsasən əmək dəyəri ilə (sərf olunan əmək vaxtı enerji, tutum, yəni zamanda
obyektə tətbiq olunan, sərf olunan əmək kəmiyyəti)obyekt, təsirə məruz
qalan vasitə arasında nisbi və mütləq uyğunluğu, tarazlığı yaradır. Bu
baxımdan da maliyyə sahələri iqtisadi strategiyanın əsas tərkibindən biridir.
Maliyyə sahələrində dövlət büdcəsi və fondlar da önəmlidir. Bu sahələr də
stratejidir. Dövlətin ümumilikdə maliyyə siyasəti sahələri onun strateji
sahələrinə aid olur. İqtisadiyyatda elmin tətbiqi və əldə olunan nailiyyətlər də
strateji əhəmiyyətə malik olur. Məsələn, dövlətlər var ki, təbii sərvətlərdən
asılıdırlar. Bir qrup dövlətlər sənayenin güclü olmasından qazanclar əldə
edirlər. Dövlətlər də var ki, elmdən asılı olurlar. Elm daha çox qazanc gətirir.
Elm iqtisadiyyatı dünya iqtisadiyyatına nüfuz edir. Təbii ki, bütün istehsalat
sahələri elmin qanunauyğunluğu ilə təşkil olunur. Lakin elmin daha çox güc
gəldiyi istehsalat sahələri xüsusilə strateji olur. Məsələn, bütün dünyanı əhatə
edən kommunikativ əhəmiyyət kəsb edən, dünyanı birləşdirən informasiya
texnologiyaları sahələri müasir zamanın daha çox strateji sahələridir. Bu
sahələrin məhsullarına bir qayda olaraq bütün dünyada ehtiyac duyulur.
Dünyanın iqtisadi, onun tərkibi olan maliyyə vəhdəti məhz yeni nəsil
informasiya texnologiyaları ilə yaranır. Bu texnologiyalar infrastruktur
ə
həmiyyətə malik olur. Təkmil informasiya texnologiyaları iqtisadi sistemdə
sürətli və zəngin informasiya ötürücülüyünü təmin edir. Bu da özlüyündə
iqtisadi-təsərrüfat həyatın sürətlənməsini, kompleks şəkildə daha tez inkişafını
zəruri edir.