Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə47/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   43   44   45   46   47   48   49   50   ...   140
Azf-286777

 
Pozitiv siyasət 
 
İ
nsanlar bütün hərəkətlərini maraqlarının müdafiəsinə istiqamətləndirirlər. 
Maraqların təmin olunması enerji ilə təminat məsələsini əks etdirir. Maraqların 
müəyyən  koordinatlarda  təmin  olunması  sabitliyin  əsaslarını  yaradır.  Sabitlik 
“doymalardan”, razılıqlardan, yüksək təminatlardan  meydana gəlir. Tərəflərin 
qane  olması,  razılaşdırılması  məhz  sabitliyin  əsaslarını  meydana  gətirir.    Bu 
baxımdan  da  dövlət  sabitliyi  təmin  edən  əsas  qurum  rolunu  oynayır.  Dövlət 
insanların  sosial  maraqlarını  təmin  edən  təbii  bir  qurumdur.  Sosial  maraqları 
təmin  etmək  məqsədilə  dövlət  çoxtərəfli  fəaliyyət  göstərir.  İqtisadiyyat  təşkil 
edir,  texniki  vasitələr  yaradır  və  onların  istifadəsi  üsullarını  həyata  keçirir.  
Dövlət  özü  pozitiv  məqsədlər  üçün  təşkil  olunur.  Dövlət  ümumən  pozitiv 
vahidlərdən  ibarət  olan  bir  təsisatdır.    Dövlətin  idarəçilik  strukturları  da  ayrı-
ayrı  sahələrdə  və  istiqamətlərdə  pozitiv  maraqları  təmin  etmək  funksiyasını 
həyata keçirir. Əslində siyasətin müsbət mahiyyəti onun pozitiv məzmununda 
meydana  gəlir.  Pozitiv  siyasət  maraqları  tamamlayan  aktlardan  ibarətdir. 
Dövlətin fəlsəfi mahiyyəti pozitivlikdədir ki, bu pozitivlik də onu deməyə əsas 


40 
 
verir  ki,  siyasət  faydaverici  əsaslarla  həyata  keçirilsin.    Dövlət  ümumən 
resursları  özündə  cəmləşdirən  bir  bütövdür.  Dövlətin  pozitiv  siyasəti  mövcud 
və gələcək zamana hesablanır. Bu baxımdan da resursları özündə cəmləşdirən 
fondlar,  ehtiyat  bazaları  yaradır.  Dövlət  bir  tərəfdən  material  ehtiyatlar 
bazalarını  yaradır,  digər  tərəfdən  də  maliyyə  vəsaitləri  bazalarını  təşkil  edir. 
Dövlət  həm  də  ona  görə  pozitivdir  ki,  nizamlama  funksiyasını  yerinə  yetirir. 
Hər  bir  məqam  üçün  sərhədləri  müəyyən  edir.  Bu  funksiya  da  özlüyündə 
nizamlamanı  təşkil  edir.    Dövlətin  pozitiv  mahiyyəti  təminat  və  müdafiə 
funksiyalarını təmin etməkdən ibarətdir. 
 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin