Pozitiv siyasət fəlsəfi düşüncələrini bu kimi istiqamətlərdə ümumiləşdirmək olar:
-pozitiv siyasət əxlaqa söykənən bir siyasətdir;
-pozitiv siyasət ümummənafe zənginliyini və onun daxilində fərdi
mənafeni müdafiə edən siyasətdir;
-pozitiv siyasət sosial firavanlığa xidmət edən, bu istiqamətə yönələn
siyasətdir;
-pozitiv siyasət dövlətin xalqa xidmətlərini istiqamətləndirən siyasətdir;
-pozitiv siyasət xalq və dövlət vəhdətini müəyyən edən siyasətdir,
aktlardır;
-pozitiv siyasət öz obyektində xalq tərəfini müəyyən edən siyasətdir;
-pozitiv siyasət dövləti və cəmiyyəti qoruyan və vəhdətləşdirən siyasətdir;
-pozitiv siyasət dövləti xalqa və cəmiyyətə yaxınlaşdıran siyasətdir;
-pozitiv siyasət tarazlı siyasətdir və payların ədalətli bölgüsünə əsaslanan
siyasətdir;
-pozitiv siyasət sosial ədalət prinsiplərini özündə müəyyən edən
siyasətdir, aktlar toplusudur;
-pozitiv siyasət dövlətin real və ideal məzmununu özündə əks etdirən
siyasətdir;
-pozitiv siyasət dövlətin ədalətli quruluşunu özündə ehtiva edən və dövlət
quruluşunu layiqli xidmətlərə yönəldən aktlar məcmusudur və s.