41
Dövlət insan maraqlarını həm də mənəvi-əxlaqi dəyərlərlə təmin edir.
Dövlətin əxlaq qurumu olması onun sərhədlər müəyyən etməsindədir. Dövlət
tərəflər üçün bir pay bölgüsü prinsipini də formalaşdırır. Dövlət mənəvi
kompozisiyanın bir məhsuludur. Bu baxımdan da sosial məqsədli və
təyinatlıdır. Əxlaq nizamın əsasıdır. Çünki əxlaq normalardan ibarətdir. Əxlaq
tarazlı inkişafın əsaslarını meydana gətirir. Normalar sərhədləri yaradır və pay
bölgüsünü meydana gətirir. Bu aspektdə əxlaq bütün maraqlı tərəfləri nəzərə
alır və maraqların tarazlı qaydada təmin olunmasını yerinə yetirir. Dövlət
özündə əxlaqı məcmuələşdirir.
Ə
xlaq dövlətin sabit inkişafının əsaslarını ortaya qoyur. Sərhədlərlə
inkişaf özündə əxlaqi normaları yaradır. Əxlaq normaları ünsiyyət və davranış
kodekslərini meydana gətirir. Əxlaq özünüdərk fəlsəfəsini yaradır. Özünüdərk
fəlsəfəsi dövlətin və cəmiyyətin pozitiv mənalarını üzərə çıxarır. Yəni, əxlaq
qoruyucu tərəf kimi dövlət formalaşdırılır. Dövlət şəxsiyyəti müəyyən edir və
insanların şəxsi keyfiyyətlərini üzərə çıxarır. İnsanların şəxsiyyət kimi
formalaşmasını təmin etməklə bərabər, şəxsiyyəti təşkil edən ünsürlərin təmin
olunmasını və qorunmasını təmin edir. Bu aspektdə dövlət dəyərli tərəfdir və
dəyərləri müəyyən edən ünsürdür, kompleksdir.
Dövlət fəaliyyəti siyasi əxlaqla müəyyən olunur. Siyasətin pozitiv mənası
onun normalarla tənzim olunmasından irəli gəlir. Burada hüquq normaları
ə
xlaq normaları ilə vəhdət təşkil edir. Siyasət normaları münasibətləri və
ə
laqələri sərhədləyir. Bu aspektdə elə hüquq norması ilə əxlaq norması
məzmunca eyniləşir.
Dostları ilə paylaş: