Elşən Qafarov DİQ hazırlığı 050 672 59 11 Menecment (idarəçilik) – təşkilatın məqsədlərinə çatmaq üçün resurslardan effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin məcmusudur



Yüklə 26,45 Kb.
səhifə2/5
tarix20.11.2023
ölçüsü26,45 Kb.
#164124
1   2   3   4   5
MENECMENT E. QAFAROV 050 672 5911

2. Emosional bacarıqlar – insanlarla işləmək bacarığıdır. Bu bacarıq bütün menecerlər üçün eyni dərəcədə əhəmiyyətlidir.
3. Konseptual bacarıqlar – “şirkəti görmə ” bacarığıdır. Bu bacarıq, əsasən, top menecerlərə xas olur.

İerarxiyaya (vəzifələrin bir-birinə tabe olduğu sistemə) əsasən şirkətlərin təşkilati quruluşunda işçi heyət 3 səviyyəyə bölünür. Müasir sistemdə isə bu quruluşa ekspertlərdə əlavə olunub.
İşçi heyəti:

1. Top menecment – şirkətin ümumi idarə olunması və strateji qərarlara cavabdehdir.
2. Bölmə menecerləri – şrkətin bölmələrinin idarə olunmasına cavabdehdirlər.
3. Staff – yalnız öz gördükləri işin nəticəsinə (keyfiyyət və kəmiyyətinə) cavabdehdirlər.
4. Ekspertlər – spesfik sahəyə cavabdehdirlər (maliyyə, İT, hüquq və s.).

Menecment“ ingilis sözü olub “idarəetmə“ ifadəsinə uyğundur.


Lakin, bu anlayış idarəetmənin tərkib hissəsi kimi də qəbul edilə bilər. Çünki, qlobal idarəetmədən fərqli olaraq “menecment“ ifadəsi daha çox müəssisələrin və firmaların idarə edilməsinə aid edilir. Misal üçün qeyd edək ki, dövlətin, şəhərin və yaxud da ordunun idarə olunması prosesləri menecmentlə əlaqələndirilmir və bu hallarda “menecment“ və “”menecer“ ifadələri işlədilmir.
Müasir anlamda menecment – bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsidir.
Menecment iki başlıca xüsusiyyətə malikdir:
a) müəssisə, təşkilat, firma, şirkət və birliklər səviyyəsində tətbiq edilən elmdir
b) bu səviyyədə praktik idarəetmə fəalliyyətidir.
“Menecer“ anlayışı isə şəxsiyyətlə bağlıdır və o, muzdla tutulmuş idarə edən rəhbərdir, idarəetmədə iştirak edən şəxsdir. Yuxarıda qeyd olunduğu kimi, menecerlər müəssisə, təşkilat, firma, şirkət və birliklər səviyyəsində çalışan idarəetmə mütəxəssisləridirlər.
Hər bir menecerin 3 əsas vəzifəsi vardır:
1) İşçiləri (kadrları) idarə etmək;
2) İstehsalı (və texnologiyanı) idarə etmək;
3) İnformasiyanı idarə etmək.
İdarəetmə- özünün bütövlüyünü, quruluş vahidliyini saxlamaqla müəssisədə son məqsədə nail olmaq üçün tətbiq edilən müxtəlif təbiətli sistemlərin təsiretmə vasitəsidir.
İdarəetmə, hər hansı bir obyekt (təşkilat, müəssisə, firma) olmadan icra edilə bilməz. İdarəetmənin mövcudluğu təşkilatın mövcudluğu ilə bağlıdır. Yəni təşkilat varsa idarəetmə də vardır və əksinə.

Yüklə 26,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin