Elşən Qafarov DİQ hazırlığı 050 672 59 11 Menecment (idarəçilik) – təşkilatın məqsədlərinə çatmaq üçün resurslardan effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin məcmusudur



Yüklə 26,45 Kb.
səhifə4/5
tarix20.11.2023
ölçüsü26,45 Kb.
#164124
1   2   3   4   5
MENECMENT E. QAFAROV 050 672 5911

1. ali rəhbərdir;
2. liderdir;
3. əlaqələndiricidir (koordinator);
4. informasiyanı qəbul edəndir;
5. informasiyanı paylayandır;
6. nümayəndədir;
7. işgüzardır;
8. xətaları aradan qaldırandır;
9. vəsaitləri bölüşdürəndir
10. danışıqlar aparandır.

İdarəetmə ilə məşğul olanhər bir menecer:

kollektivi idarə etmək;
idarəetmə qərarları qəbul etmək;
hər hansı bir münaqişəni aradan qaldırmaq;
istehsalı planlaşdırmaq və təşkil etmək;
işçiləri hazırlamaq;
işgüzar danışıqlar aparmağı bacarmaq;
obyektiv olmaq və digər bu kimi qabiliyyətlərə malik olmalıdır.
Hələ eramızdan əvvəl Yunan filosofları hesab edirdilər ki, hər bir rəhbər işçi əsasən aşağıdakı dörd xarakterik keyfiyyətə malik olmalıdır:
Müdriklik (Nestor müdrikliyi);
ədalətlilik (Aqamemnon ədaləti);
hiyləgərlik (Odissey hiyləgərliyi);
cəsurluq (Axilles cəsurluğu).
XX əsrin əvvəllərindən başlayaraq və bu gün də müasir alimlər hesab edirlər ki, menecer üçün aşağıdakı keyfiyyətlər zəruridir:
- fiziki keyfiyyətlər - fəallıq; sağlamlıq; güclülük; enerjili olmaq.
- şəxsi keyfiyyətlər - özünə inanmaq; qələbəyə cəhd etmək; nüfuz sahibi olmaq; şəraitə uyğunlaşmaq.
- intellektual keyfiyyətlər - ağıl; duyum; qavrama; elmi bilik; yaradıcı münasibət; dəqiq qərar qəbul etmək qabiliyyəti.
-bacarıq keyfiyyətləri - əlaqə yaratmaq qabiliyyəti; asanlıqla münasibət yaratmaq; işgüzar olmaq; diplomatik olmaq.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək demək olar ki, hər bir menecer aşağıdakıları bacarmalıdır:

İstehsalı planlaşdırmaq və təşkil etmək;
Düzgün və qeyri standart idarəetmə qərarları qəbul etmək;
Kollektivi müasir tələblər səviyyəsində idarə etmək (liderlik etmək);

Yüklə 26,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin