Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə64/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   60   61   62   63   64   65   66   67   ...   201
Bəxtiyar Vahabzadə
Toxunmaq istədiyim ikinci məqam məhz 18 may günü Bakıdan başqa Yevlaxda da mitinqə start verilməsi faktıdır. Bu inqilabi əhval-ruhiyyənin artıq bölgələrə də sıçramaqda olduğundan xəbər verirdi. Yevlaxdan sonra digər bölgələr də prosesə qoşulacaq və hərəkat ölkənin bütün bölgələrini əhatə edəcəkdi.

Maraqlıdır ki, 1 gün öncə əslən Yevlaxdan olan rəssam dostumuz Əhməd Rza ən çox etibar etdiyi Hatəmini və məni bir kənara çəkərək, Yevlaxda lazım olan hazırlıqların tamamlandığını və sabah Bakının ardınca Yevlaxın da qalxacağını söyləmiş, özünün isə təhlükəsizlik məqsədi ilə bu gecə Moskvaya yola düşəcəyini bildirmişdi. Yaxşı yadımdadır, Məhəmməd Hatəmi gülümsəyərək, «Aradan çıxırsan?» demiş və hər üçümüz qəhqəhə çəkərək gülmüşdük.

İşin ən qəribə tərəfi isə bu idi ki, Əhməd Rza yalan demişdi. Bizə Moskvaya yola düşdüyünü desə də, əslində həmin gecə Leninqrada (Sankt-Peterburqa) getmişdi. Bu hadisədən bir neçə gün sonra DTK polkovniki Eldəniz Əliyev məni hazırlamaqda olduğumuz növbəti mitinqi keçirmək fikrindən yayındırmaq üçün görüşə dəvət etmiş, söhbət əsnasında isə demişdi:

-Dostun Əhməd Rza Yevlaxı qarışdırıb, Leninqrada qaçıb, elə bilir ki, harada olduğundan xəbərimiz yoxdur.

Mən də gülümsəmiş və ürəyimdə demişdim:

-Ay, sən öləsən, Əhməd Moskvadadır. Düz-əməlli işləməyi də bacarmırsınız.

Əhmədlə növbəti görüşümüzdə Eldəniz Əliyevin söylədiklərini ona nəql etmiş, o da təəccüblə «Ə, hardan bildilər, ə?» - demiş və mən də onun Hatəmiylə mənə konsperasiya məqsədilə yalan söylədiyini anlamış və o ki var gülmüşdüm.

Əhməd Rzanı, eləcə də Elçibəyi ilk dəfə «Nu poqodi» çayxanasında görmüşdüm. Hatəmini axtarırdım. Sözügedən çayxanaya gəldim və Elçibəyi ortaq tanışlarımla bir yerdə oturan gördüm. Onda hələ onu tanımırdım. Amma haqqında Hatəmidən çox eşitmişdim. Əhmədi də, təbii ki, hələ tanımırdım. Hərçənd ki, Hatəminin söhbətlərindən onun barədə də məlumatım vardı. Tanışlığımız isə «Çənlibel»də oldu və tez zamanda dostluğa çevrildi.

Əhməd sağ əli şalvarının sağ cibində, sol əlini yelləyə-yelləyə, ona hansısa fikrini izah etməyə çalışırdı: «Ə, Əbülfəz, biz prisindent yaratmalıyıq ki, insindent olsun».

Masa arxasında oturanlar, o cümlədən Elçibəy, gözlərindən hiss edildiyi kimi, bu bəstəboy (ayaq üstə dursa da, oturmuş Elçibəylə eyni boyda idilər), lopabığ, ilk baxışdan çox kobud adam təsiri bağışlayan şəxsin nə demək istədiyini anlamadılar. Elçibəy dözməyib dedi:

- Əhməd, nə olar, adam dilində danış, başa düşüm ki, nə demək istəyirsən.

Hatəminin söylədikləri ilə bağlı diqqəti çəkmək istədiyim üçüncü və ən əsas məqam isə 18 may mitinqinə gələnlərin qaldırdıqları şüarların məzmunu ilə bağlıdır. Şüarlardan göründüyü kimi, həmin dövrdə insanları meydanlara tökülməyə məcbur edən əsas məsələ ermənilərin Qarabağa haqq iddia etməsi idi. Bu bir daha sübut edir ki, Azərbaycan Milli Azadlıq Hərəkatının əsas hərəkətverici qüvvəsi Qarabağ məsələsi olub. Yəni bu məsələ hərəkatın katalizatoru idi.



Qaynaqça


  1. Cəfərli E., Ağayev T. Nəsillərə örnək həyat yolu. “Qanun” nəşriyyatı, B., 2011. 384 s.

  2. Elçibəy Ə. "Bu mənim taleyimdir", Bakı, 1992.

  3. Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.

  4. "Qurtuluş" qəzeti, № 1, 1990.

  5. Nəcəfxalı Ə. Sumqayıt: SSRİ-nin suqutunun başlanğıcı. “Xalq qəzeti”, 02 mart 2015.

  6. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  7. Puç olan erməni təxribatı . “Azərbaycan”, 01 Mart 2015.



Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin