Y. Liqaçov
Mən burada, MK-da Kaputikyan və Balayanla söhbət edəndə, dedim ki, biz məsələnin tarixçəsini bilirik, bu ağır tarixdir. Onun səbəbləri, kökləri xaricdə, bizim sərhədlərimizdən kənardadır. Tarixin, taleyin erməni xalqını dünyaya səpələdiyini də bilirik. Şəxsən mən iki səbəb görürəm: bir tərəfdən Qarabağda buraxılmış səhvlər və üstə gəl xalqın içində yaşayan emosional əhval-ruhiyyə. Bu xalqla tarixən bütün baş vermiş olanlar, onun içində oturub, odur ki, ona toxunan bir şey olanda bu cür reaksiya doğurur.
Ələ alınmalı məsələ isə orada olub və var. Sən demə, Dağlıq Qarabağın erməni muxtariyyəti olmasına baxmayaraq, Stepanakert vilayət komitəsinin katibi 14 il ərzində bir dəfə də olsaun, Ermənistanda olmayıb. Və başqa bir çox məsələni saymağa başladılar. Hətta Ermənistana gedən yollar bərbad vəziyyətdədir. Mədəni əlaqələr qırılıb. Bu qəsədən edilib. Dağlıq Qarabağda Türkiyə televiziyasının verilişlərini tutmaq mümkündür, ermənilənkilərini isə yox. Bütün bunlarsa insanların hisslərinə toxunur.
Viktor Mixayloviçdən soruşuram: sən orada, sərhəd xətti ilə nə etmisən? O mənə dedi ki, sərhəddin keçdiyi Naxçıvanda sərhədçilərin öz xətti var, orada zastavalar və s. yerləşir. Sərhəd zonasının bütün dərinliyini isə yerli orqanlar, hazırki şəraitdə respublika orqanları təyin edir. Və onlar tərəfindən hansı həll qəbul edilib? Bütün Naxçıvan sərhəd zonasına daxil edilib, ora sərbəst gediş qadağan olunub. Axı, orada soyqırımın qurbanları dəfn olunublar. Orada ermənilərə aid 90 mədəniyyət abidəsi olub. Onlardan yalnız biri qalıb. Vəssəlam. Oranın sərhəd zonası olması bəhanəsilə heç kimi ora buraxmırlar və ora gedən yollar da, necə deyərlər, 70 ildir, təmir edilmir. Bu ki, - bilirsiniz də hər şey necə qavranılır.
Uzun sözün qısası, onlar ehtirasları əməlli-başlı qızışdırırlar. Bütün bunları diqqətlə öyrənmək lazımdır, görünür, oranın qapısını elə-belə döymürlər.
Bu informasiya, əlbəttə ki, birtərəfli gəlir. Amma yoxlanıla bilən şeylərdən danışılır. Hələ ərəfədə mən Aleksandr Nikolayeviçə mənim adımdan Kaputikyanla danışmağı, onun diqqətini vətəndaş mövqeyi ortaya qoymağa, öz qətii sözünü deməyə, arzuolunmaz hadisələrin qarşısını almağa yönəltməsini tapşırdım. O onunla danışdı. Danışıq uzun oldu, telefonda ağlamaq və hönkürməklə müşaiyət edildi. Bununla belə o söz verdi ki, bunu edəcək və arzuolunmaz prosesi dayandıracaq, sonra da məsələni araşdıracaq. Amma eyni zamanda bizi azərbaycanlıların tərəfini tutmaqda günahlandırdı və dedi ki, biz ekstermist, araqarışdıran deyilik.
Dostları ilə paylaş: |