V. Çebrikov
Cümə axşamı biz iclas keçirənrkən, o təyyarəyə mindi və İrəvana uçdu. Burada onlar «Literaturnaya qazeta»nın müxbiri, yazıçı Zori Balayanla birləşdilər. O, milliyyətçidir, özü də aşırı milliyyətçidir. Amma istedadlıdır, 33 kitab yazıb. Onların arasında çox məşhurdur, özündən razı, bir qədər ipə-sapa yatmayandır və çox karyerist adamdır. Çox.
Hələ Moskvada ikən, Kaputikyan onu da özü ilə dartıb gətirmişdi. Xahiş edirdi ki, onları, 5 dəqiqəliyinə də olsa, qəbul edim. Düşündüm ki, yayınmaq yox, onlardan istifadə etmək lazımdır. Düşündüklərimi deyərəm, bundan sonra onlar üçün çətin olar və mənə bağlanarlar.
Artıq sizə demişəm, məktub yazmaq fikrinə gecə gəldim, Leninin çətin vəziyyətlərdə necə hərəkət etdiyini yada saldım. O ya birbaşa müraciət edər, ya da teleqram göndərərdi. Hətta ən xoşagəlməz adamlarla da görüşərdi. O isə, - Kaputikyan, - səhv etmirəmsə, onlarda fəxri komitə sədridir? Hə.
Görüşdüm. Dedim ki, Azərbaycanda vəziyyət gərgindir. Başa düşürsünüzmü ki, bunu dayandırmaq lazımdır. Axı, orada insanlar gərgindirlər. O isə mənə dedi:
-Onlar niyə gərgin olurlar ki? Siz onların xeyrinə qərar qəbul etmisiniz.
Mən dedim:
-Sizinlə razılaşmayacağam. Biz Ermənistanın, Azərbaycanın və bütövlükdə ölkənin xeyrinə qərar vermişik.
Söhbət çox çətin, ehtiraslı və gərgin keçirdi.
Bizə, - Kaputikyan dedi, - dedilər ki, müraciətin altında sizin imzanız durur. Və biz sizə ümid edirik, - və s.
Mən də hesab edirəm ki, - dedim, - siz Siyasi Büroya, baş katib kimi mənə ümid edirsiniz, bu səbəbdən də mən imzamı atdım. Sizi əmin edirəm, hadisələr səngiyəcək və hər şey öz yerini alacaq və dayandırıldığınız üçün «çox sağ ol» deyəcəksiniz. Mixail Sergeyeviçin müraciət imzaladığı üçün «çox sağ ol» deyəcəksiniz. İndi sizdə baş verən axına qarşı getmək, gedib onu saxlamaq lazımdır. Sualınız varmı? Əgər biz indi durmasaq, reallıqları nəzərə almasaq, o zaman əks tərfdən fəaliyyət başlayacaq. Belə olan halda vəziyyətə kim nəzarət edə bilər?
Deməliyəm ki, o buna qarşı çıxır və qəti şəkildə bəyan edirdi ki, ərazi məsələsinə indi baxmaq lazımdır. «Axı, niyə siz komissiya yaratmaq istəmirsiniz? - deyə o soruşdu:
-Tatarlar üçün yaratdınız. Burada isə, iki respublika arasında belə bir məsələ var.
Dedim:
-Qulaq asın, əgər mənim qəbulumda oturmuşsunuzsa, məsələnin həlli ilə Siyasi Büro və hökumət məşğuldursa, burada hansı komissiyaya ehtiyac ola bilər? Sizə açıq deyirəm, biz komissiya yaratdıq, amma tatar muxtariyyəti yaratmayacağıq. Amma həyatın qarşımıza çıxartdığı məsələləri həll edəcəyik.
Balayan(onun beyni iti işləyir, cavan, məqsədyönlü birisidir) soruşur:
Adamlara nə deyək?
Ona cavab verdim ki, bizim – MK-nin, hökumətin işlədiyini, erməni xalqından heç bir incikliyinin olmadığını, MK və hökumətin Qarabağda həlli vacib olan məsələ və çətinlikləri nəzərdə saxladığını demək lazımdır.
Balayan buna qarşılıq olaraq dərhal deyir:
-Bəli, komissiya olarsa, Siyasi Büro bu məsələ ilə məşğul olar.
Açıq demək lazımdır, onların bura can atmalarının səbəbi əvvəlcədən də məlum idi. Onlar özlərinə nüfuz qazandırırdılar. Öz təsir güclərini möhkəmlətmək istəyirdilər. Açığını desək, bizə də görüşdən yayınmaq olmazdı. Bunlar xalqın qulaq verdiyi ziyalıların aparıcı nümayəndələri idilər.
Yeri gəlmişkən, onların hər ikisi kommunistdir. Düzünü dedək, bütün «ordu»nun hərəkətə gəlməməsi üçün erməni qanadını dayandırmaq, sakitləşdirmək lazım idi. Onlar müraciətə necə cavab verdilər? Deyək ki, tam lazım olan şəkildə yox: oxudular, çıxış etdilər, müxtəlif fikirlər oldu. Lent yazısını dinləyəndə bir şeyə diqqət etdim, bir nəfər çıxış edir və deyir: «Ümumittifaq radio və televiziyası xalqın həqiqətdə nə dediyini nümayiş etdirmək əvəzinə bizi araqarışdıran adlandırır» və s.
Mən, yeri gəlmişkən deyim, Kaputikyanla söhbət zamanı dedim:
-Qərarda erməni xalqı araqarıdıran adlandırılmayıb. Biz demişik ki, Dağlıq Qarabağda azərbaycan və erməni xalqının bir hissəsi araqarışdıranlara uyub. Bu var. Odur ki, bir var xalq, bir də var araqarışdıranlar. Biz onları bir-birinə qatmırıq, bizim erməni xalqına münasibətimiz dəyişməyib.
Müraciət oxunduqdan sonra bu böyük insan dənizində dairələr yarandı, müzakirələr başlandı. Sonra mahnı oxumağa, «Urra» bağırmağa başladılar. Bəziləri dağılışır, yeniləri gəlirdi. Tədricən bu fikrə gəlməyə başladılar ki, müraciətdən sonra sakitləşmək lazımdır. Bəs, sonra nə? Mən onların əhval-ruhiyyələrindən bunu sezdim: «Vaxtı düz hesablamamışıq»…
Dostları ilə paylaş: |