70
3.2 Genişzolaqlı internetin tətbiqi problemləari.
Azərbaycanda E-hökumət sistemi tətbiq olunsa da, hələ də çoxlu həlli vacib
məsələlər qalmaqdadır.
Bu problemlər meydana çəxdıqca həlli yolları axtarılır və sistem get-gedə
inkişaf edir. Elektron hökumətin inkişafına mane olan amillərə baxaq:
1.
İnternetə hamının çıxışının təmin edilməməsi. Avropa Birliyi və ABŞ
sakinləri əsaən ev kompütləri vasitəsilə internetə çıxışı varsa 1-ci fəsildəki sxemdən
göründüyü kimi Azərbaycanda yalnız 40,9% ev kompüterləri vasitəsi ilə daxil olurlar,
digər hissəsi məktəblər, internet kafe, işdə internet istifadə edir. Vətəndaşların e-
hökumət portallarına rahat çıxışının təmin edilməsində fakt nəzərə alınmalıdır.
2.
Maliyələşmənin məhdudluğu bəzi ölkələrdə bu layihənin xərci bütün
infrastrukturun yeniləşməsini tələb etdiyindən çox xərc tələb olunur, buna görə də
sərfəli yol tapılmalıdır. Hesab edirik ki, Avropa təcrübəsi ən sərfəli variantdır.
Hökumət orqanları kiçik və orta bizneslə internet vasitəsi ilə əlaqə yaradır. Ən yaxşı
variant elektron satınalma və tender layihələri sayılırlar. Bu sistemdən istifadə
nəticəsində 50%-ə qədər vəsaitə qənaət edilə bilinir.
3.
İctimai siyasi iradə və bürokratik maneələr. Elektron hökumətin
yaradılması üçün şərt təkcə kompüterlərin alınması və veb-saytın qurulması deyil. Bu
il yannız əməliyyatları kompüterləşdirməyə, “kağız dünyasından” çıxmağa kömək edə
bilər. Elektron idarəetmədə daha çox hökumətin virtual transformasiya olunmasıdır: o
siyasi iradə və lazimlı resursların yaradılmasını tələb edir. Yeni texnologiyaların
alınmasını, çətin proseslərin avtomatlaşdırılması dövlət idarəçiliyini təkmilləşdirə və
ya dövlət idarəçiliyində iştirak səviyyəsini qaldira bilməz. E-hökumət layihəsi dövlət
məmurlarının iştirakı ilə həyata keçirilə bilər. Bu halda uyğun maliyyə resursları,
müvafiq qanunvericiliyin qəbulu təmin edilir. İKT inqilabı köhnə fikirli
idarəedicilərin sonu olmalıdır. Hər bir dövlət məmuru bu texnologiyanın özü və
dövləti üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlamalı və gələcək naminə
köhnəyönlü fikirlərdən vaz keçməli, firtuallaşmağa kömök etməlidirlər
71
4.
İdarəetmə informasiya sistemlərinin keyfiyyəti. Dövlət orqanları ilə
insanların virtual əlaqəsi, əlbəttə, müxtəlif icra hakimiyyəti orqanlarının informasiya
sistemlərinin keyfiyyəti, tamlığından asılıdır. Sistemlərin əlaqəsi, informasiya
resursları üçün ümumi standartların qəbulu, üfüqi səviyyədə informasiya mübadiləsi
üçün imkanların təmin edilməsi, dövlət informasiya resurslarında sadə axtarış, e-
hökumətin inkişafında mühüm məsələlərdəndir.
5.
İnternetdən istifadənin mühüm motivasiyası.Hətta inkişaf etmiş internetə
çıxış sisteminin olması belə vətəndaşların hökumət orqanlarına geniş müraciətinə
zəmanət vermir. Buna görə bu sistemdən istifadə üçün hər hansı motivasiya tədbirləri
yaratmaq olar. Vergiləri daima online ödəyən ödəyicilərə müəyyən faiz güzəşt edilə
bilər.
6.
Bələdiyyə problemləri. “E-hökumət” portalı yerli idarəetmə orqanları ilə
vətəndaşlar və hüquqi şərslər arasında qarşılıqlı əlaqəni təmin edir. Dövlət orqanları
artıq “E-hökümət portalına ”inteqrasiya olunsada bələdiyyələrdən heç bir yenilik
yoxdur. Bələdiyyələr üçün xüsusi hallar nəzərdə tutulmayıbsa, bələdiyyələrin
fəaliyyəti haqqında məlumatları, bələdiyyə üzvləri tərəfindən ildə bir dəfədən az
olmayaraq seçicilərinə hesabat verməsini, bütün iclasların protokollarının saytda
yerləşdirməsini
təmin
etməlidirlər.
Bələdiyyələrin
virtuallaşması gecikir.
Bələdiyyələrin virtuallaşması ilə bələdiyyələr yerli özünü idarəetmədə informasiya və
kommunikasiya texnologiyalarının tətbiqini, vətəndaşlara və digər orqanlara internet
vasitəsi ilə xidmət göstərilməsini, qurum daxilində işçilərin kompüter şəbəkələri ilə öz
aralarında fəaliyyətlərinin qurulması, qurumdan kənar lazımi qurumlarla informasiya
mübadiləsi fəaliyyəti təşkil etməlidirlər. Bələdiyyələrin E-hökumətə keçidin
üstünlüyü ondan ibarətdir ki, bələdiyyədə yaşayan vətəndaşı maraqlandıran
informasiya, bələdiyyənin saytında yerləşdirilmlş olsun. Bələdiyyəyə müraciət etməyə
ehtiyac qalmır, lazım olan informasiya portaldan götürüləcək. Həm vətəndaş, hə də
bələdiyyə tərəfindən zaman itkisinə yol verilmir, növbələrdə durmağa ehtiyac qalmır,
vətəndaş bürokratiya ilə qarşılaşmır. Sürətli xidmət təmin olunur. Bələdiyyədə
72
vətəndaşlar bürokratiya ilə qarşılaşmamalı, görülən işlər şəffaf olmalıdir.
Bələdiyyələrin portala intiqrasiyadan əvvəl bələdiyyələrin özünün virtuallaşması
təmin edilməli,bu sistemin inteqrasiyası təmin edilməlidir. Bələdiyyələrin
virtuallaşması
proqramı
4
mərhələdə
gerçəkləşməlidirlər:
bələdiyyələrin
kompüterləşməsi, internet saytlarının varlığı, yerli özünüidarəetmədə maliyyə-büdcə
kompüter proqramlarının tətbiqi işlənməli; b) bələdiyyələrdə sənəd dövriyyəsinin
virtuallaşması, ofisin elektronlaşması prosesi aparılmalı; c) kommunal xidmətlərin
virtual ödənişi başa çatdırılmalıdır; d) ərazi xəritə və xidmət bazaları yaradılmalıdır.
7.
E-hökumət layihəsinin təhlükəsizliyi. “E-hökumət” portalında vətəndaş
qeydiyyatdan keçərkən vətəndaşın sənədlərlə unifikasiya olunması tədqirə layiq
hərəkət olsa da məsələ bununla qurtarmır. İnformasiya təhlükəsizliyi vətəndaşın
verilənləri portalda qeyd olunduqdan sonra təmin olunmalıdir. Çunki e-hökumət
portalında vətəndaşların məlumatları və əməliyyatları daha geniş təsvir olunmalıdır,
məlumatlara digər bir şəxsin kiberhücum nəticəsində malik olması hımin vətəndaşı,
müəsisəni tamamilə müflis edə bilər.
“E-hökumət” təhlükəsizliyin daha yaxşı qorunması baxımından vətəndaşın
istəyi ilə “sahibi səs dalğası” texnologiyasından istifadə edilməsini məsləhət görərdik.
Səs dalğası insanın əl izləri və göz qişası struktiuru kimi idendifikasıyadır. Əl izini
kompüter vasitəsilə göndərmək çətin, göz qişası strukturunun skayner aparatənın çox
bahalı olmasını nəzərə alaraq “sahibin səs dalğası” texnologiyası digərləri ilə
müqaisədə daha səmərəlidir, hər bir kompüter insanın səs dalğası nümunəsini qəbul
edə bilər.
Dostları ilə paylaş: |