Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Viruslu hepatit (A, B, C, E) xəstəliklərə baytarlıq və tibbi nəzarət



Yüklə 196,75 Kb.
səhifə21/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   17   18   19   20   21   22   23   24   ...   82
Baytarlıq sanitariyası CAVAB

Viruslu hepatit (A, B, C, E) xəstəliklərə baytarlıq və tibbi nəzarət

Viruslu hepatitlər-hepatotrop viruslar tərəfindən törədilən,müxtəlif yoluxma mexanizmlərinə malik olan, əsasən ümumi toksik, dispeptik və hepatolienal sindromların inkişafı ilə birlikdə hepatobiliar sistemin zədələnməsi ilə xarakterizə olunan,qaraciyərin funksiyasının pozulması və çox vaxt sarılıqla müşayiət olunan,etioloji cəhətdən müxtəlif antroponoz xəstəliklər qrupudur.


Viruslu hepatitlər çətin qlobal problem olub,həll edilməsi çox uzaqdır.ÜST-nin məlumatına gürə,dünyanın müxtəlif ölkələrində yüz milyonlarla insan viruslu hepatitlərlə infeksiyalaşmışdır.Bu, İİV-infeksiyasının yayılmasından xeyli çox olmasına baxmayaraq, hələ də özünə lazımi diqqət cəlb etməmişdir.Müasir dövrdə, əvvəlki dövrlərdə olduğu kimi, məlum olan bütün viruslu hepatitlərin-A, B, C, D, E, G hepatitlərinin yüksək epidemic potensialı qalmaqdadır.
Müasir biliklər səviyyəsində insanın A, B,C, D, E, G viruslu hepatitlər adı almış viruslu hepatitləri qrupuna nozoloji cəhətdən sərbəst infeksion xəstəliklər daxildir ki, onların da xarakteristikası olduqca müxtəlifdir.Onları birləşdirən əsas amiltürədicilərin qaraciyərin seçici zədələnməsini müəyyən edən hepatotropluqdur.A, B, C, D, E, G viruslu hepatitləri bütün aspektlərə görə- virusların taksonomik mənsubiyyətinə, yoluxma mexanizmini və yoluxma yollarına, patogenez və immunogenezinə, klinik təzahürlərinə, gedişinin ağırlığına və nəticələrinə , xronikləşmə və maliqnizasiya ehtimalına, spesifik diaqnostika meyarlarına , terapiya və profilaktikanın müxtəlif proqramlarına görə bir-birindən fərqlənir.
Bu hepatit viruslu hepatitlərinb çoxsaylı formalarından ən geniş yayılmış formadir.Bu xəstəlik əsasən gigiyena və sanitariya səviyyəsinin aşağı olduğu üçüncü dünya ölkələri üçün xarakter olsa da, A hepatiti ilə xəstələnmənin tək-tək halları və ya alovlanmaları hətta ən çox inkişaf etmiş ölkələrdə də müşahidə oluna bilər.
A hepatitis virusu fekal –oral mexanizmlə keçir.Yoluxmanın ən xarakter m yolu insanlar arasında sıx məişət əlaqələrinin olması və qidalanmaqda nəcis materialı ilə təmasda olmuş ərzaq məhsulları və sudan istifadə edilməsidir (təmas-məişət yolu).Ən mühüm amillərdən biri, hansı ki, A hepatinin klinik təzahürləri ondan asılıdır, bu, yoluxanların yaşıdır.Böyüklər fərqli olaraq, uşaqlarda A hepatitinin “klassik”klinik mənzərəsi olmur.Bundan əlavə balaca uşaqlarda A hepatiti simptomsuz keçə bilər.Yaş artdıqca xəstəliyin təzahürlərinin tezliyi və simptomların ağırlığı da artır, b elə ki, A hepatitinin sarılıqlı forması , demək olar ki, bütün yaşlı xəstələr üçün xarakterdir.Xəstəliyin ağır formasının inkişafı yuxarı yaşlı xəstələrdə daha çox ehtimal olunur, ağır ağırlaşmaların inkişafı da onlara daha çox xasdır.
Əvvəllər (E hepatiti virusu aşkar olunana qədər ) bu xəstəlik C,D, G hepatitləri ilə birlikdə nə A nə B hepatitləri adlanan qrupa daxil edilirdi.Yoluxma mexanizmi A hepatitində olduğu kimi fekal-oraldır, yəni xəstəlik nəcislə virus ifraz eden xəstə insanda keçir. Çox vaxt yoluxma su vasitəsilə baş verir. A hepatitində olduğu kimi, proqnoz əksər hallarda qənaətbəxşdir.Lakin hamiləliyin axırıncı üçaylığında olan qadınlar istisna təşkil edir, onlarda ölüm 9-40% hallara çatır.

Yüklə 196,75 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin