Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər



Yüklə 196,75 Kb.
səhifə17/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   13   14   15   16   17   18   19   20   ...   82
Baytarlıq sanitariyası CAVAB

Disko-(video) bar - gənclər üçün əyləncə profilli obyekt olub, kommersiya fəaliyyətini əsasən qəlyanaltılar, qənnadı məmulatları, dondurma və xüsusilə də spirtli və spirtsiz kokteyl satışı üzərində qurur. Əyləncələr “disc-jokey” tərəfindən təşkil edilir və aparılır. Videoteka, videoproqramlar və filmlər göstərmək üçün xüsusi elektron qurğularla təchiz edilir.
Kafe - qəhvə satışı üzrə fəaliyyətlərini əyləncələrin təşkili ilə birgə aparır, müştərilərə isti spirtsiz içkilər (qəhvə, südlü qəhvə, kakao, şokolad, çay), həmçinin isti və soyuq qəlyanaltılar, II xörəklər, dondurma, qənnadı məmulatları, spirtli içkilər (likyorlar, konyaklar) təklif edir,
İxtisaslaşdırılmış kafe – mövcud ixtisaslaşmaya uyğun təchiz edilərək bəzədilmiş» həmçinin satılan xörək və məmulatların çeşidi mətləbə müvafiq olmalıdır. İxtisaslaşdırılmış kafelərə dondurma kafesi, süd xörəkləri kafesi, gənclik kafesi, uşaq aləmi kafesi aid edilir.
Dondurma kafesi - Yerlərdə müxtəlif adda dondurmaların (əlavələr və əlavələr-siz)8 südlü kokteyllərin, isti, soyuq və sərinləşdirici içkilərin, qənnadı məmulatların istehlakını təşkil edir.
Süd xörəklər kafesi - müştərilərə süddən hazırlanmış müxtəlif növ xörəklər və süd məmulatları (qatıq, kəsmik, pendir və s), qənnadı məmulatları, soyuq və isti
Gənclik kafesi - müştərilərə geniş çeşiddə un, qənnadı, mətbəx məmulatları və xörəklər təklif etməklə yanaşı, müxtəlif tədbirlərin (gecələr, görüşlər və s.) keçirilməsini təklif edir.
Uşaq aləmi kafesi - uşaqlı müştəriləri xidmət göstərir. Kafenin daxili görünüşü uşaq mövzularına müvafiq olaraq tərtib edilir, həmçinin uşaq qab-qacaqları və mebelləri ilə təchiz olunur. Menyuya isti və soyuq içkilər, şorbalar, soyuq xörək və qəlyanaltılar, süd xörəklər, süd məmulatları daxil edilir.
Qəlyanaltı kiçik interyerli iaşə obyekti olub, müştərilərə spesifik çeşiddə xörək və qəlyanaltılarla (isti və soyuq), un məmulatları, spirtli və spirtsiz içkilərlə, şirələrin, əlavələrlə xidmət göstərilir.
Satılan məhsulların çeşidindən asılı olaraq qəlyanaltılar aşağıdakı ixtisaslaşdırılmış müəssisələrə ayrılır: kababxana; sosiskaxana; qutabxana; xəngəlxana; çayxana; pivəxana pitixana pitseriya; cızbızxana.
Yeməkxana- həftənin müxtəlif günləri üzrə cürbəcür səhər, nahar və axşam xörəkləri istehsal etmək və satmaq üçün nəzərdə tutulmuşdur. Onlar sənaye müəssisələrində tikinti sahələrində, litsey və ümumtəhsil məktəblərində, tələbə korpuslarında, həmçinin münasib şəbəkələrdə Yerləşdirilir və fəaliyyət göstərir.
Yeməkxanaları müştərilərə xidmət göstərmək üçün ticarət zalına, anbar, istehsal və idarə-məişət otaqlarına malik olmalıdırlar.
Yeməkxanalarda paylaş xətləri vasitəsilə özünəxidmət və ya xidmət edilən kontingentdən asılı olaraq süfrənin (stolun) əvvəlcədən açılması sistemlərindən istifadə edilir.

Yüklə 196,75 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin