Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Balıqların emalına qoyulan baytar gigiyenik tələblər



Yüklə 196,75 Kb.
səhifə25/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   21   22   23   24   25   26   27   28   ...   82
Baytarlıq sanitariyası CAVAB

Balıqların emalına qoyulan baytar gigiyenik tələblər

Təzə balığın qəlsəmələri spesifik təzə balıq iyinə malik olur və tünd qırmızı rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır. Basıldıqda əmələ gələn batıq tez hamarlanır. Qəlsəmələri boz rəngli olan balığı almayın".


Agentliyin xəbərdarlığında o da qeyd olunur ki, təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olmalı, az miqdarda şəffaf selik ilə örtülməlidir: "Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olmalı, quyruğu sallanmamalıdır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur. Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır".
"Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur. Təzə balığın qanı açıq qırmızı rəngli və iysiz, köhnə balıqda isə qaraya çalan rəngdə və pis qoxulu olur. Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, pullar əlinizə gəlir, lakin tökülmürsə, deməli balıq təzədir" - deyə vurğulanır.
Fərzəliyev bildirir ki, donmuş halda balıq ətində toksiki maddələr yarana bilməz: "Ovlanmış balıq düzgün rejimlərdə saxlanarsa, yenə də heç bir mənfi təsiri ola bilməz. Xaricdən gətirilən balıqlar zəhərlənmə verirsə, deməli, onlar düzgün saxlanmayıb. Həmçinin balıqların yaşadığı mühitdə zərərli, zəhərli birləşmələr olarsa, onlar bu haldan zəhərlənə bilərlər. Bu da insan orqanizminə mənfi təsir edə bilər".
Ekspert qeyd edir ki, təzə balığın səthi təmiz, az miqdarda şəffaf selik ilə örtülü, pulcuqları hamar və parlaq, dərisi ətinə möhkəm yapışmış, gözləri parlaq olur: "Təzə balığın qəlsəmələri spesifik təzə balıq iyinə malik olur və tünd qırmızı rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır. Basıldıqda əmələ gələn batıq tez hamarlanır. Qəlsəmələri boz rəngli olan balığı almayın".
Ekspertlər hesab edirlər ki, balığın zəhərlənməyə səbəb olmasının ilk səbəbi saxlanma şəraitinin düzgün olmaması, buna görə də keyfiyyətinin dəyişilməsidir.
Qida mühəndisi Xalid Əhmədov deyir ki, balığın köhnəliyini onda çürümə qoxusunun olması ilə müəyyən etmək olar: "Balıq köhnədirsə, qəlsəmələrinin rəngi qırmızı-qəhvəyi, çəhrayı, rəngsiz və s. olur və balığın gözünün rəngi bulanıqlaşır".
X.Əhmədov bildirir ki, növündən asılı olaraq balıq məhsullarının saxlanma müddəti, şəraiti və temperaturu müxtəlifdir: "Yayda təzə balığı mağazada 24, soyuq vaxtlarda 48 saat saxlamaq olar. Duzlu balıq çəlləklərdə 4-9 ay, yeşiklərdə 4 aya qədər, xüsusi paketlərdə vakum şəraitdə 20-25 sutka, vakumsuz şəraitdə 10-15 sutka, hisə verilmiş və qaxac edilmiş balıqlar 2 aya qədər müddətdə saxlanıla bilər. Qurudulmuş balıq—8-10 dərəcədə 8-10 ay saxlanıla bilər".
Qeyd edək ki, bazarlarda, yarmarkalarda və digər ticarət obyektlərində sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı qadağandır.
"Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur. Təzə balığın qanı açıq qırmızı rəngli və iysiz, köhnə balıqda isə qaraya çalan rəngdə və pis qoxulu olur. Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, pullar əlinizə gəlir, lakin tökülmürsə, deməli balıq təzədir" – deyə vurğulanır.


  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin