Spirtli və spirtsiz hazırlanan içkilərə qoyulan sanitar-gigiyeniki tələblər
İçkilərin rəngi, dadı və ətirli xüsusiyyətləri ilkin xammala xas və hər məhsul növü üzrə reseptura ilə müəyyən olunan səciyyəvi əlamətlərə uyğun olmalıdır. Xammalın təhlili orqanoleptik, fiziki-kimyəvi və texniki göstəricilər üzrə daxil olan məhsul partiyasına görə uyğun standart və normativ-texniki sənədləşmələr əsasında aparılır. İstehsalın texnoloji parametrlərinə nəzarət ümumi qəbul olunmuş ölçü vahidlərinə əsasən həyata keçirilir. Doldurulmadan əvvəl hər kupaj şərbəti partiyasında xarici görünüş, şəffaflıq, rəng, dad, ətir, quru maddələrin kütlə payı, turşuluq, spirtin kütlə payı analiz edilir. Hər bir hazırlanan kvas partiyasında doldurulmadan əvvəl quru maddələrin kütlə payı, turşuluq, spirtin kütlə payı müəyyən edilir. Dənli xammaldan hazırlanan içkilər üçün kupaj şərbətində quru maddələrin kütlə payı, kupajın turşuluğu və butulkaya dozası analiz edilir. Hər bir hazırlanan süni minerallaşdırılmış su partiyasında rəng, dad, iy, şəffaflıq, duzların miqdarı müəyyən olunur. Hazır içkilər reseptura ilə müəyyən olunmuş göstəricilərə uyğun yoxlanır. Maye spirtsiz içkilər, əmtəəlik şərbətlər, kvaslar və süni minerallaşdırılmış suların qəbulu, həm də onlardan nümunələrin götürülməsi 6687 saylı QOST-a uyğun yerinə yetirilir. Məhsul partiyalarla qəbul edilir. Keyfiyyət göstəricilərinə, istehlak yaxud nəqliyyat qablarına görə bircinsli, vahid hazırlanma tarixli, keyfiyyət həmçinin qəbulla bağlı bir vaxtda sənədləşməni keçmiş eyni adlı məhsul miqdarı partiya hesab edilir. Xüsusi dəmir yol sisternləri ilə nəql edildikdə hər bir sistern ayrıca partiya hesab edilir.
Spirtsiz içkilərdən ayrı-ayrı nöqtələr üzrə nümunə hissəciklərinin götürülməsi doldurucu yaxud nümunə götürən kranın köməyilə həyata keçirilir. Dayanıqlığı yoxlamaq üçün nümunələrin götürülməsi mikrobioloji analizlərdə olduğu qaydada 26668- saylı QOST-a uyğun aparılır. Hər bir nümunə götürülən butulkaya etiket vurulur və onda aşağıdakılar əks etdirilir: Hazırlayan müəssisənin adı; Məhsulun adı; Doldurulma tarixi; Nümunənin götürülmə tarixi; Nümunə götürülən məhsulun miqdarı; Nümunə götürən şəxsin soyadı və vəzifəsi. Nümunə götürülən butulkalar təhlil olunanadək 0-5 0C temperaturda 24 saatdan artıq olmamaqla saxlanır.
Dostları ilə paylaş: |