Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Helmint xəstəliklərinə baytarlıq və tibbi nəzarət



Yüklə 196,75 Kb.
səhifə30/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   26   27   28   29   30   31   32   33   ...   82
Baytarlıq sanitariyası CAVAB

Helmint xəstəliklərinə baytarlıq və tibbi nəzarət



Helmintozlar (lat. helminthosis, q.yun. ἕλμινς, ἕλμινθος — qurd) — insanlarda, heyvanlarda və bitkilərdə qurd xəstəliyi.
Helmintlər insanın immuniteti azalmasına, allergiyaların, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər orqanizmin fiziki və əqli fəaliyyətinə təsir edir.
Bir çox hallarda helmintozun diaqnostikası məqsədi ilə aparılan nəcisin müayinəsi, qanın bəzi göstəriciləri (eozinofillər, E immunoqlobulini) yoluxmanın olmasını təsdiq etmir.
Əgər helmintlər öd yollarında lokalizə olunarsa, qarının yuxarı hissəsində və sağ qabırğaaltı nahiyədə güclü ağrılar olur. Ankilostomoz zamanı dəmirdefisitli anemiya inkişaf edir. Difillobotriozda isə makrositar hiperxrom anemiya olur.
Ən ağır helmintozlar isə exinokokkoz, sistiserkoz, alveokokkozu aid edirlər.
Helmintozların xarakterik əlamətlərindən biri də periferik qanda olan dəyişikliklərdir. Kəskin dövrdə qanda eozinofiliya müşahidə olunur. Əksinə xroniki dövrdə eozinofillərin sayı azalmış olur ki, bu da heç də yaxşı əlamət sayılmır.
Helmintozların növləri olduqca müxtəlif olduğundan diaqnostik müayinələri də müxtəlifdir. Bunlara nəcisin makro- və mikroskopik müayinələri, öd və onikibarmaq bağırsağın möhtəviyyatının təyini, qanda spesfik anticisimlərin öyrənilməsi daxildir.
Helmintoz üçün yay ayları öz aktuallığını daim saxlayır. Belə ki, meyvə, tərəvəzin bolluğu, bilavasitə sahələrdən yeyilməsi xəstəliyin baş verməsinə geniş yol açır. Ən kiçik giləmeyvənin yuyulmadan yeyilməsi xəstəxana çarpayısına gətirib çıxarır.
Elementar gigiyena qaydalarına əməl etmək yəni, yeməkdən öncə, ayaqyolundan sonra əllərin yuyulması, meyvə və tərəvəzlərin təmiz yuyularaq istifadəsi, ət və ət məhsullarının düzgün hazırlanması, çiy sudan istifadə edilməməsi, alt paltarlarının tez-tez dəyişdirilməsi helmintozların ən önəmli profilaktik tədbirlərdən sayılır.




  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin