4.5. İstilik izolyasiya konstruksiyaları СНиП 2.04.14-ə uyğun olaraq layihələndirilməlidir.
4.6. İsitmə və ventilyasiya sistemləri üçün qeyri-standart avadanlığın, havakəmərlərinin və istilik izolyasiya konstruksiyalarının hazırlanması tikintidə istifadəsinə yol verilən materiallardan nəzərdə tutulmalıdır.
Təsərrüfat obyektləri (obyekt) dedikdə - ictimai iaşə sahəsində fəaliyyət göstərən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, onların obyektləri (fəaliyyətin birbaşa icra olunduğu yer) başa düşülür.
Restoran - daha yüksək komfortlu ictimai iaşə obyekti olub, istehlakçılara geniş çeşiddə, mürəkkəb istehsal texnologiyalı, yüksək keyfiyyətli mətbəx və qənnadı məmulatları, içkilər təqdim edir.
Restoranlar bədii tərtib edilmiş reklam proqramlarına, firma üzlüklü menyulara və dəvətnamələrə malik olmalıdırlar. Müştərilərin qəbulu və gözləməsi üçün nəzərdə tutulmuş yerlərdə hədiyyələrin, güllərin satışı təşkil edilə bilər.
Restoranlar axşam saatlarında çıxış edən estrada-musiqi ansamblına malik ola bilərlər.
"Lüks" dərəcəli restoran arxitektura quruluşuna və maddi-texniki təchizatın qeyri-adiliyinə, daxili görünüşün zərifliyinə (qəşəngliyinə), yüksək səviyyəli komfortluğuna görə fərqlənir. Müştərilərə mürəkkəb hazırlanma texnologiyalı, geniş çeşidli sifariş və firma xörəkləri, içkilər, qənnadı məmulatları təklif olunur. Firma xörəkləri milli mətbəxin xüsusiyyətlərini və müəssisənin mətləb istiqamətini əks (nümayiş) etdirməlidir. Bəzi firma xörəkləri son istehsal-texnoloji əməliyyatlar müştərilərin gözü qarşısında aparılmaqla onlara verilir. Menyuya daxil edilməmiş xörəklərin hazırlanmasına sifarişlər, müvafiq ərzaq çeşidləri mövcud olduqda qəbul edilir.
Mebel, obyektin daxili görünüşü nəzərə alınmaqla fərdi sifariş əsasında hazırlanır.
Yeməkxana ağları (süfrələr, əlsilənlər, ofisiantlar üçün qolçaqlar), zalın daxili görünüş xüsusiyyətləri və stolların servisləşdirilməsi üzrə ümumi estetik fikirlər nəzərə alınmaqla, sifariş əsasında hazırlanır.
Hər bir əşya üzərində estetik işlərin müxtəlif ünsürü kimi restoranın qısaldılmış və ya tam adı, yaxud onun emblemi əks etdirilir, həmçinin müxtəlif növ əl işlərindən (naxışlar, tikmələr və s.) istifadə edilə bilər.
Xidmət zamanı müştərilərə müxtəlif cür əl silənlər verilir. Hər bir yeni müştəri qrupuna xidmətdən əvvəl istifadə edilmiş süfrələr təmizi ilə əvəz edilir. Xidmət prosesində süfrələr çirklənərsə, onlar həmin an dəyişdirilir.
Müştərilərə xidmət, stolların servisləşdirilməsinin ən yeni üsullarını, xidmət qaydaları və texnikasını dərindən bilən və bu sahədə xüsusi təhsilə malik olan ofisiantlar, metrdotel və barmenlər tərəfindən yerinə yetirilir.
Xidmətedici heyət vahid formalı geyimə və ayaqqabıya malik olmalıdır.