Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Ət, toyuq, balıq kimi məhsulların saxlanmasında ən vacib şərtlərdən biri temperatur rejiminə əməl etməkdir



Yüklə 196,75 Kb.
səhifə39/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   35   36   37   38   39   40   41   42   ...   82
Baytarlıq sanitariyası CAVAB

Ət, toyuq, balıq kimi məhsulların saxlanmasında ən vacib şərtlərdən biri temperatur rejiminə əməl etməkdir. Uyğun temperaturun tətbiqi məhsulların saхlanması zamanı gedən bütün proseslərin intensivliyinə təsir göstərir. Belə ki, temperaturun artması ilə suyun buхarlanması, fermentlərin, mikroorqanizmlərin və zərərvericilərin fəallığı güclənir. Təhlükəsiz dondurma və soyutma birbaşa temperaturdan asılıdır. Dondurucunun temperaturu -18 °C olaraq tənzimləndikdə bu məhsulların uzun müddət keyfiyyətli saxlanılması mümkündür. 
Soyudulmuş və dondurulmuş məhsulu uzun müddət təhlükəsiz saxlamaq mümkündür. Soyudulmuş balıqlar +5 °C-dən -1 °C-dək 95-98 % nisbi rütubətdə zəif hava cərəyanı şəraitində saхlanmalıdır. Dondurulmuş balıqları -18 0C-də 85-90 % nisbi rütubətdə saхlamaq məsləhət görülür. Qeyd edək ki, balıq məhsullarını əvvəlcə təmizləyib, yuyub və suyu tam süzüldükdən sonra dondurub saxlamaq lazımdır. Xüsusən də balıq məhsullarını 1-2 saat soyuducuda saxlayıb, daha sonra dondurmaq məsləhət görülür. Balığın dondurulması mikrobioloji proseslərin qarşısını almaq üçün vacibdir. Bundan başqa, balıqları dondurmazdan əvvəl az miqdarda duzlanması onun təzəliyinin qorunub saxlanmasına kömək edir. Balıq məhsullarının bir dəfədən artıq dondurulması onun keyfiyyətinə mənfi təsir göstərir. Balıq tez dondurulub, tədricən donu açıldıqda yüksək keyfiyyətli qida əldə edilir.

  1. Çıxdaş edilmiş cəmdəklə zərərsizləşdirilməsinə qoyulan sanitar-gigiyenik tələblər



“Nodulyar dermatit” xəstəliyi virus mənşəli olmaqla qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyin qansorucu həşəratlar vasitəsilə-transmissiv yolla yalnız iribuynuzlu heyvanlar arasında yayılması aşkar edilib. Xəstə heyvanın ətindən istifadə nəticəsində insanların “Nodulyar dermatit”ə yoluxması mümkün olmasa da, belə heyvanların satışa çıxarılması qadağandır.
ətdən Salmonello, Alum, Çiçək, Vərəm, Ruam, Quduzluq, Qarayara xəstəliyi yoluxa bilər. Salmonella infeksiyasının simptomları şiddətli qarın ağrısı, ürəkbulanma və ishal şəklində inkişaf edə bilər. Ölümcül olmaya bilər, amma təhlükəli bir xəstəlikdir.

Yüklə 196,75 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin