Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Lazer şüalanmaları və onlardan mühafizə



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə48/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   44   45   46   47   48   49   50   51   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Lazer şüalanmaları və onlardan mühafizə 
Lazer xarici mənbəyin enerjisini koqerent xassəyə malik olan infraqırmızı, 
işıq və ya ultrabənövşəyi şüalanma enerjisinə çevirən optikomexaniki və elektrik 
qurğuları kompleksindən ibarətdir. Lazerin iş prinsipi atomun həyəcanlandırılmış 
vəziyyətindən əsas vəziyyətə (az enerjili) keçərkən özündən fotonlar 
şüalandırmasına əsaslanır. 
Lazer şüalanmalarının insan orqanizminə təsiri çox mürəkkəbdir, həm 
toxumalara birbaşa təsiri, həm də şüalanma nəticəsində orqanizmdə gedən 
dəyişikliklərlə əlaqədar ikinci təsiri ilə fərqlənir.Lazer şüalanmaları ilə zədələnmə 
təhlükəsi şüalanmanın gücündən, dalğa uzunluğundan, impulsun davamiyyətindən, 
tezliyindən və təsir müddətindən, həmçinin şüalanma təsir edən üzvlərin, 
toxumaların bioloji və fiziki-kimyəvi xüsusiyyərlərindən asılıdır. 
Lazer 
şüalanması 
insan 
orqanizminə 
istilik 
və 
qeyri-istilik 
(mexaniki,elektirik) təsirləri göstərir.
Canlı orqanizmin toxumaları lazer şüalanmalarını demək olar ki, keçirmir. 
Buna görə də, şüalanma əsasən dəri örtüyünə təsir edir. Deməli, dəri örtüyü 
müəyyən dərəcədə orqanizm ciddi daxili zədələnmələrdən qoruyur. Fasiləsiz iş 
rejimində işləyən lazer şüalanmalarının orqanzmə istilik təsiri çox cəhətdən yerli 
qızdırılmaya oxşayır; dəridə yanıqlar əmələ gəlir, şüalanmaının enerjisi 100 
Couldan çox olduqda isə biotoxumaların dağılaraq buraxılması nəticəsində kraterə 
bənzər nekroz (ölgünləşmiş) sahəsi yaranır. 
Lazer şüalanmalarının təsirinə insanın gözləri xüxusən həssasdır. Gözlər 
lazerin həm birbaşa, həm də əks olunmuş şüasından zədələnə bilər. Zədənin 
xarakteri dalğa uzunluğundan asılı olur. Ultrabənövşəyi şüalanma sahəsində ilk 
növbədə gözün buynuz təbəqəsinin zulalı dağılır və selikli qişasında yanıq yaranır. 
Enerji sıxlığı böyük olduqda bərpa olunmaz korluq əmələ gəlir. 
Yuxarıda göstərilmiş zədələnmələr yalnız lazer şüalanmalarının insan 
orqanizminə birbaşa təsiri nəticəsində yarana bilər. Praktikada belə hallar ancaq 
təhlükəsizlik tədbirlərinin kobudcasına pozulması nəticəsində baş verə bilər. İş 
vaxtı xidmətedici heyət əsasən dağınıq və əks olumuş lazer şüalanmalarının 
təsirinə məruz qalır. Bu zaman insan orqanizmində müxtəlif funksional, ilk 


növbədə sinir və ürək-damar sistemlərinin pozulmaları baş verir: arterial qan 
təzyiqinin dəyişkənliyi, güclü tərləmə, əsəbilik, gözlərin ağrıması, narahatlıq,səhfə 
yol vermək və s. müşahidə olunur. Adətən, iş və istirahət rejimi qaydaya salındıqda 
uyğun mühafizə və profilaktika tədbirləri görüldükdə göstərilən əlamətlər öz-özunə 
keçib gedir. 
Lazer təhlükəli zonalar çəpərlənməli və ya şüalanmalar ekranlanmalıdır. 
Ekranlar və çəpərlər əksetmə əmsalı kiçik olan odadavamlı materiallardan 
olmalıdır.
Lazer təhlükəsizliyi kollektiv mühafizə vasitələri ilə təmin olunmadıqda 
fərdi mühafizə vasitəsi kimi eynək və maskadan istifadə ediməlidir. Lazer 
şüalanmasının dalğa uzunluğundan asılı olaraq eynəklərdə narıncı, göy-yaşıl və 
rəngsiz şüşələrdən isifadə edilir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin