Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə50/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   46   47   48   49   50   51   52   53   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

MÜHAZĠRƏ 12 
ELEKTRĠK TƏHLÜKƏSĠZLĠYĠ MƏSƏLƏLƏRĠ 
Plan 
1. Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri 
2. Elektrik cərəyanının canlı orqanizmə təsiri 
3. Elektrik zədələnməsindən mühafizə üsulları və vasitələri 
Elektrik təhlükəsizliyi 
Elektrik enerjisi ən universal və əlverişli enerji növüdür. Elektrik
enerjisi olmadan insanın mədəni yaşayışını təsəvvür etmək çətindir. Eektrik 
enerjisi işdə və məişətdə bizim sadiq köməkçimizdir, lakin onunla yanlış və
etinasız davranarkən, adamın həyatı üçün təhlükəli olur. Digər təhlükəli
sahələrdən fərqli olaraq elektrik cərəyanını xüsusi cihaz olmadan müəyyən
etmək mümkün deyil.
Belə ki, hərəkət edən maşını, onun təhlükəli hissələrini, çəpərlənməmiş
təhlükəli sahəni və s. görmək mümkün olduğu halda elektrik gərginliyini çox
geç, yəni insan zədələndikdən sonra hiss etmək olur. Elə bu baxımdan elektrik
zədələnmələri statistik məlumata görə ölümlə nəticələnən hadisələr sırasında 
çoxluq təşkil edir.
Elektrik təhlükəsizliyi – təşkilati və texniki tədbirlər sistemi olaraq, 
adamları elektrik cərəyanının, elektromaqnit sahəsinin və statik elektrikləşmənin 
zərərli və təhlükəli təsirindən mühafizə edir. 
Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri 
Elektrik cərəyanı ilə zədələnmənin dörd xüsusiyyəti mövcuddur. 
1. Elektrik cərəyanı ilə zədələnmə təhlükəsi yaradan xarici əlamətlər 
yoxdur. İnsan elektrik cərəyanı ilə zədələnmə təhlükəsinin mümkünlüyünü görmür, 
eşitmir, iyləyə, yaxud vaxtından əvvəl aşkar edə bilmir. 
2. Elektrikdən travmalar zamanı əmək qabiliyyətinin itirilməsi, bir qayda 
olaraq, uzunmüddətli olur, hətta ölümlə nəticələnə bilər. 
3. Sənaye tezlikli 10-20 mA cərəyanlar əzələlərin intensiv qıcolmasına 
səbəb ola bilir ki, bunun da nəticəsində, necə deyərlər, cərəyan aparan hissələrə 
“yapışma” hadisəsi baş verir. Bu zaman adam elektrik cərəyanının təsirindən özü 
xilas ola bilmir. 
4. Elektrik cərəyanı ilə zədələnmə nəticəsində mexaniki travma almaq
mümkündür. 
Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri aşağıdakılardır: 
1. Gərginlik altında olan cərəyan aparan hissələrə toxunma. 


2. İzolyasiyanın və ya qoruyucu quruluşların nasazlığı üzündən 
gərginlik altına düşmüş elektrik avadanlığının cərəyan aparmayan, lakin cərəyn
keçirən hissələrinə toxunmaq. 
3. Addım gərginliyinin təsiri altına düşmək. 
4. Elektrik qurğularının texniki istismar qaydalarının və təhlükəsizlik
texnikası qaydalarının pozulması. 
Elektriklə işləyən avadanlıqlar, elektrik mühərrikləri, idarəetmə və 
mühafizə aparatları, nəzarət ölçmə cihazları və s.istehsal olunarkən onların iş 
şəraiti nəzərə alınaraq konstruksiya edilir. İstehsalat müəssisələrində bu şərait 
nəzərə alınmadan elektrik qurğuları seçilib yerləşdirildikdə avadanlığın sıradan 
çıxmasına, işçilərin elektrikdən zərər çəkməsinə, yanğın hadisələrinin törənməsinə
səbəb olur. 
Elektrik cərəyanı ilə zədələnməyə təhlükəlilik dərəcəsinə görə bütün
binalar əsasən üç kateqoriyaya bölünür: 
1. Yüksək təhlükəli binalar. Bu binalar aşağıdakı əlamətləri ilə xarakterizə 
olunur: 
a) cərəyankeçirən döşəmə (metal, torpaq, daş, beton, asfalt, dəmir – beton) 
b) yüksək temperatur (30
0
S və daha yüksək – metallurgiya sexi) 
c) mühitin yüksək rütubətliliyi (75% - dən çox) 
d) avadanlığın və yerlə birləşdirilmiş metal konstruksiyanın gövdələrinə
eyni vaxtda toxunmaq imkanının olması. 
2. Xüsusi təhlükəli binalar. Bu binalar aşağıdakılarla xarakterizə olunur: 
a) Mühiti yüksək nisbi rütubətli (100%) – Camaşırxanalar, qalvanik
hopdurma sexləri. 
b) Mühitin kimyəvi aktivliyi – qalvanik sexlər, elektrik üyütmə sexləri, 
heyvandarlıq fermaları. 
c) Yüksək təhlükəli binalara xas olan iki əlamətin eyni vaxtda mövcud 
olması. 
3. Az təhlükəli binalar. Bu binalar elə binalara deyilir ki, onlarda birinci 
iki kateqoriyadan olan binalar üçün xarakterik sayılan yuxarıdakı amillər
yoxdur. Bunlar idarə və məişət binaları, mənzillər və başqa binalardır. 
Bütün qurğular 500V və daha yüksək gərginliklərdə yerlə birləşdirilir və 
yaxud sıfırlanır, lakin yüksək təhlükəli və ya xüsusi təhlükəli binalarda 
yerləşdirilmiş qurğular isə dəyişən cərəyan gərginliyi 36V – dan çox və sabit 
cərəyan gərginliyi 110V – dan böyük olduqda yerlə birləşdirilməlidir. Partlayış
təhlükəli zonalarda qurğular istənilən gərginlikdə yerlə birləşdirilir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin