Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə53/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   49   50   51   52   53   54   55   56   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Toxunma gərginliyi. Elektrik qurğusunun izolyasiyası deşildikdə cərəyan 
qurğunun gövdəsinə, oradan da yerləbirləşdirici elektrod vasitəsilə yerə axır. Yer 
səthində dayanmış insanın əli yerləbirləşdiriciyə bənd edilmiş metal hissələrə 
toxunduqda əldə yerləbirləşdiricinin potensialı, ayaqlarda isə başqa potensial əmələ 
gəlir. Ayaqlarda əmələ gələn potensialın qiyməti ayaqlarla yerləbirləşdirici 
arasındakı məsafədən asılıdır.
Göstərilən vəziyyətdə əl ilə ayaqlar arasında yaranan potensiallar fərqi 
toxunma gərginliyi adlanır. Yerləbirləşdiricidən uzaqlaşdıqca toxunma gərginliyi 
də artır.
Addım gərginliyi. Yerləbirləşdiricidən və ya qırılıb yerə düşmüş xətdən yerə 
axan cərəyan radius üzrə bütün istiqamətlərdə yayılır. Ən böyük potensial 
yerləbirləşdiricinin yerə toxunduğu nöqtələrdə yaranır. Həmin yerdən uzaqlaşdıqca 
cərəyanın axmasına müqavimət azaldığı üçün potensialın qiyməti də azalır. 
Yerləbirləşdiricinin və ya qırılıb yerə düşmüş xəttin ətrafında 20 m radiuslu sahə 
cərəyanın yerdə axma zonasıdır. Cərəyanın yerdə axdığı zonada hərəkət edən 
insanın ayaqlarının toxunduğu nöqtələrdə potensiallar müxtəlif olduğu üçün o, 
gərginlik altına düşmüş olur. Cərəyanın yerdə axma zonasında ayaqlar arasında 
(0,8 m) əmələ gələn potensiallar fərqi addım gərginliyi adlanır. İnsan elektrodun 
torpağa toxunduğu yerə nə qədər yaxın olarsa, addım gərginliyinin qiyməti və 
zədələnmə təhlükəsi də artır. Addım gərginliyi zonasına düşmüş şəxs ayaqlarını 
cəld birləşdirməli, qısa addımlarla və ya cüt ayaqlı sıcrayışlarla və ya tək ayaqla 
hoppana-hoppana oradan çıxmalıdır. 
İri mal-qaranın qabaq və arxa ayaqları arasındakı məsafə böyük olduğundan, 
insana nisbətən onların zədələnmə təhlükəsi daha yüksəkdir.(at, inək və s.) 
Elektrik zədələnməsində insanın bədəninin müqavimətinin də böyük rolu 
var. İnsan bədəninin müqaviməti sabit olmur. Bu bir sıra amillərdən asılıdır. Yəni, 
dərinin buynuz təbəqəsinin qalınlığından, dərinin vəziyyətindən (zədəli, quru, nəm, 
təmiz və s.), əsəb gərginliyinin vəziyyətindən və s. asılıdır. İnsan bədəninin 
müqavimətini müəyyən edən əsas amil dəri örtüyüdür. Dərinin üst qatı izolyator 
rolu oynayır, insan bədəninin ümumi müqaviməti 1000 Om qəbul edilir. İnsan 
bədəninin bu müqaviməti onun cinsindən, yaşından, kütləsindən, əhvali – 
ruhiyyəsindən və fiziki sağlamlığından asılıdır. Tam sağlam, fiziki cəhətdən 
möhkəm adamlar elektrik cərəyanının zərbələrinə xəstə və zəif adamlardan daha 


çox davamlıdırlar. Müəyyən edilmişdir ki, cərəyanın təsiredici qiyməti kişilərdə 
qadınlara nisbətən 1,5 dəfə yuxarıdır. Dəri, ürək – damar sistemi, daxili sekresiya 
orqanları, ağciyər, əsəb xəstəliklərinə və başqa xəstəliklərə tutulmuş adamlar 
elektrik cərəyanına daha həssas olurlar.
Buna görə təhlükəsizlik texnikası qaydalarında elektrik qurğularına xidmət 
üçün heyətin sağlamlığa görə seçilməsi nəzərdə tutulur. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin