edilməlidir.
Ayağın, əlin və başqa hissələrin oynaq yerindən çıxması çox ağrılı olur,
çıxıqların yerinə salınması ilə yalnız həkimlə məşğul olmaq lazımdır.
Donma zamanı ilk yardım
Donma orqanizmin toxumalarının soyuğun təsiri ilə yerli zədələnmələrindən
ibarətdir. Bədənin temperaturu 20
0
S-yə endikdə zərərçəkəni həyata qaytarmar
mümkün olmur.
Praktikada əl və ayaqların, qulaqların, burunun donması hallarına daha çox
təsadüf edilir. Toxumaların zədələnmə xarakterinə görə donma bir neçə dərəcəyə
bölünür.
I dərəcəli donma üçün dərinin qızarması və azacıq şişməsi, qızındıqdan
sonra göynəmə və ya arabir sancması səciyyəvi haldır. Bu zamani lk yardım
bədənin zədələnimiş yerində tezliklə qan dövranını yaratmaqdan ibarətdir. Bu
məqsədlə donmuş yeri quru, isti əşya ilə (əlcək, şərf, yalın əllər) ovxalamaq və isti
sarğı ilə bağlamaq lazımdır. Əl və ayaqlar donduqda vanna qəbul etmək
məsləhətdir. Bunun üçün tas və ya vedrəyə su töküb onun temperaturunu 15…20
dəqiqə ərzində qaynar su əlavə etməklə 35…37
0
S-yə çatdırırlar. İsidildikdən sonra
donmuş sahəni spirt, araq və ya odekolonla ovub quru sarğı ilə bağlayırlar.
Donmanın qabarcıqlar yaranan birinci dərəcəsində və dərinin, əzələlərin
cansızlaşdığı ikinci, üçüncü dərəcələrində dərini ehtiyatla spirt və ya araqla ovub,
quru, isidici sarğı bağlayır, sonra zərərçəkəni müalicə müəssisəsinə çatdırırlar.
Soyuğun və küləyin uzunmüddətli təsiri nəticəsində donmuş zərərçəkənin
bədənini qızdırmaq, üstünü basdırıb, qaynar çay və qəhvə içirtmək lazımdır.
Dostları ilə paylaş: