Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə59/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   55   56   57   58   59   60   61   62   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

MÜHAZĠRƏ 14 
 
YANMA VƏ MADDƏLƏRĠN YANĞIN TƏHLÜKƏLĠ XASSƏLƏRĠ 
Plan 
1. 
Yanma, yanma üçün vacib olan şərait 
2. 
Yanma qabiliyyətinə görə materialların təsnifatı 
3. 
Konstruksiya və materialların odadavamlığı
4. 
Yanğın profilaktikası 
Yanma, yanma üçün vacib olan şərait. 
Yanma kimyəvi hadisələrə aiddir, yanma prosesində bir maddə başqa 
maddəyə çevrilir və yeni əmələ gələn maddələr öz xüsusiyyətlərinə görə 
əvvəlkindən tamamilə fərqlənir.
Adi şəraitdə yanma maddənin oksidləşmə və oksigenlə birləşmə 
reaksiyasıdır ki, bu zaman istilik və işıq əmələ gəlir. Lakin məlumdur ki, bir sıra 
maddələr (sıxılmış asetilin, hidrogen, partlayıcı maddələr, ozon, metalların 
əksəriyyəti, xlorlu azot və s) oksigensiz mühitdə də yana və partlaya bilər. Bu 
zaman ondan istilik və işıq ayrılır. Deməli, yanma xeyli miqdarda istilik və işıq 
ayrılması ilə müşayət olunan iti sürətli kimyəvi reaksiyadır.
Reaksiyanın sürətindən asılı olaraq yanma prosesi üç formada gedə bilər.
1. Yanma özü (sürət saniyədə bir neçə metrə çatır) 
2. Partlayış (sürət saniyədə bir neçə yüz metrə çatır) 
3. Detonasiya (sürət saniyədə bir neçə min metrə çatır) 
Yanma prosesinin əmələ gəlməsi və davam etməsi üçün dörd şərt 


lazımdır: yanacaq, oksidləşdirici, alovlanma impulsu və bunların kəmiyyət və 
keyfiyyətcə müəyyən nisbəti. Bu şərtlərdən biri olmadıqda yanma dayanır.
Yanar maddə və oksidləşdirici yanar sistem əmələ gətirir. Lakin hər bir 
yanar sistem alovlana bilməz. Yanar sistemin alovlanması üçün onun tərkibində 
yanacaqla oksigen müəyyən nisbətdə olmalıdır. Belə ki, normal atmosfer 
təzyiqində havada oksigenin miqdarı 14% -dən çox olduqda maddələr yana bilər, 
oksigen miqdarı 10…12 % olduqda yanma közərmə prosesinə keçir.
Yanmanın əmələ gəlməsi üçün istilik mənbəyənin müəyyən enerjisi və 
yanar sistemə təsir müddəti də lazımdır. Məsələn, ağac kəpəyi 214
0
S, pambıq 
parça isə 270…300
0
S temperaturda alovlanır; taxtaya temperaturu 1200
0
S olan 
alov təsir etdikdə 15…20 san. ərzində alovlanırsa, temperaturu 3000
0
S olan yanar 
termitin təsirindən 2...3 san ərzində alovlanır.
Yanma prosesi tam və natamam ola bilər. Tam yanma yanma zonasına 
kifayət qədər və ya artıqlaması ilə oksigen daxil olduqda, natamam yanma isə 
oksigenin çatışmadığı şəraitdə əmələ gəlir. 
Tam və natamam yanma məhsulları müəyyən qatılıqlarda insan həyatı üçün 
təhlükəlidir. Belə ki, karbon qazının (CO
2
) havada 8…10%, dəm qazının (CO) isə 
0,4% qatılığı şüurun itməsinə və ölümə səbəb olur.
Tikintisində plastmas materiallar işlədilmiş binalarda yanğın zamanı əmələ 
gələn tüstü daha zəhərlidir. Belə ki, linolenium yandıqda hidrogen-sulfid və kükürd 
qazı, penopoliuretan yandıqda hidrogen-sianid, viniplast yandıqda isə hidrogen-
xlorid və s. əmələ gəlir.
Bərk, maye və qaz hallarında olan maddələrin yanma prosesi təxminən 
eynidir və üç fazadan ibarətdir: oksidləşmə, öz-özünə alovlanma, əsl yanma. 
Yanar maddə və materialların yanğın əmələgətirmə qabiliyyəti onların 
kimyəvi tərkibindən, fiziki-kimyəvi xassələrindən asılıdır. Lakin istehsalatda tətbiq 
edilən maddələrin yanğın partlayış təhlükələrini qiymətləndirmək üçün 
göstərilənlərdən əlavə, onların alışma, alovlanma və öz-özünə alovlanma 
temperaturalarını, öz-özünə yanma qabiliyyətini, qatılıq və temperatur hədlərini də 
bilmək lazımdır. 
Alışma temperaturu mayenin elə bir minimal temperaturudur ki, bu 
temperaturda onun səthində yaranmış buxar-hava qarışığında od mənbəyi təsir 
etdikdə o, qısa müddətə (5 saniyəyə qədər) alışa bilər.
Alışma temperaturu mayelərin yanğın təhlükələrini qiymətləndirmək üçün 
tətbiq edilən əsas parametrdir.
Alışma temperaturunda maye yanmır, onun səthindəki buxarlar alışaraq 
sönür, çünki, bu zaman yanmanın sürəti mayenin buxarlanma sürətindən xeyli çox 
olur. Buna görə də mayenin dayanıqlı yanması üçün onu alışma temperaturundan 
bir qədər çox qızdırmaq lazımdır.
Mayelər alışma temperaturuna görə iki sinifə bölünür: asan alovlanan və 
yanan. Alışma temperaturu 45
0
S-dən aşağı olan mayelər asan alovlanan 
mayelərdir. Məsələn, aseton, benzin, skipidar, etil spirti və s.
Alışma temperaturu 45
0
S-dən yüksək olan mayelər yanan mayelər adlanır. 
Məsələn, mazut, solyar yağı və s.
Alovlanma temperaturu maddənin elə minimal temperaturdur ki, bu 


temperaturda ona od mənbəyi təsir etdikdə alovlanaraq dayanıqlı yanır.
Öz- özünə alovlanma temperaturu yanar maddəni bütünlüklə qızdırdıqda 
onun öz-özünə alovlanması üçün lazım olan minimal temperaturdur.
Bəzi maddələr atmosfer təzyiqində və temperaturunda öz-özünə alovlana 
bilər. Məsələn, torf, kömür, ağac kəpəyi, piylər, pambıq və s. Bu maddələrdə 
oksidləşmə prosesi onların həm hava ilə təmasda olan xarici səthlərində, həm də 
adsorbsiya olunmuş oksigenin hesabına, daxilindəki məsamələrdə gedir. Bu zaman 
xarici mühitə istilik az ötürülürsə, məsaməli və istilikkeçirmə qabiliyyəti kiçik olan 
maddələrdə istilik yığımı əmələ gəlir, nəticədə oksidləşmənin sürəti daha da artır. 
Nəhayət, bu proses maddənin öz-özünə qızışmasına və alovlanmasına səbəb olur. 
Böyük miqdarda istilik ayrılması həmçinin polimerləşmə, bioloji, biokimyəvi və 
fiziki proseslərdə müşahidə olunur.
Öz-özünə yanma prosesi hətta 10…20
0
S-də başlaya bilər. Ona görə də öz-
özünə yanma qabiliyyətli maddələr böyük yanğın təhlükəsinə malikdir.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin