Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Yanma qabiliyyətiniə görə materialların təsnifatı



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə60/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   57   58   59   60   61   62   63   64   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Yanma qabiliyyətiniə görə materialların təsnifatı. 
İnşaat materialları və konstruksiyalarının yanma qabilimyyəti müxtəlifdir. 
Məsələn, qeyri-üzvi materiallar yanmırsa, üzvi materiallar qızdırıldıqda alovlanır, 
közərir və yanır; bu materialların kombinasiyasından yaradılan materiallar isə od 
mənbəyinin təsirindən müxtəlif dəyişikliklərə uğrayır.
Od və ya yüksək temperatur təsirindən alovlanmayan, közərməyən və 
kömürləşməyən materiallara yanmayan materiallar deyilir. Bu qrupa təbii inşaat 
materialları (qranit, mərmər, çinqil, qum, gil, azbest və s), saxsı məmulatlar 
(kərpic, keramit), şüşə əsaslı məmulatlar, metalların əksəriyyəti, mineral 
yapışdırıcılar və s. aiddir. Bu materiallardan hazırlanmış konstruksiyalar yanmayan 
konstruksiyalar adlanır.
Od və ya yüksək temperatur təsirindən çətinliklə alovlanan, közərən və ya 
kömürləşən, od mənbəyi təsir etdikcə bunlar davam edən, od mənbəyi kənar 
edildikdə isə alovlanma və ya közərməsi dayanan materiallara çətin yanan 
materiallar deyilir. Bu qrupa, adətən, yanmayan və yanan komponentlərdən ibarət 
materiallar aiddir. Məsələn, fibrolit, asfalt – beton, gilli saman və s.
Çətinyanan eləcə də səthi mala və üzlüklə mühafizə olunmuş yanan 
materiallardan hazırlanmış konstruksiyalara çətin yanan konstruksiyalar deyilir.
Standart temperatur rejiminin təsiri ilə konstruksiyanın mühafizəsi 15 dəqiqə 
ərzində yanmırsa belə konstruksiya çətin yanan konstruksiya hesab edilir. 
Od və ya yüksək temperatur təsiri ilə alovlanan, közərən və ya kömürləşən, 
od mənbəyi kənar edildikdə belə, yanma və közərməsi davam edən materiallara 
yanan materiallar deyilir.
Bu qrupa ağac, dam ortüyü və hidroizolyasiya materialları, linoleum, istilik 
izolyasiya materialları, və s aiddir.
Bu materiallardan hazırlanmış konstruksiyalara yanan konstruksiyalar 
deyilir.
Konstruksiya və materialların oda davamlılığı. 
Bina və tikililərin yanğın təhlükəsizliyi onların oda davamlılığı ilə təyin 


olunur. Bu isə onları təşkil edən əsas inşaat konstruksiyalarının yanma 
qabiliyyətindən və odadavamlılığından asılıdır. 
Yanğın şəraitində inşaat konstruksiyalarının öz yükdaşıma və çəpərləmə 
qabiliyyətini mühafizə etməsi odadavamlıq adlanır.
İnşaat konstruksiyalarının odadavamlılığı odadavamlılıq həddi ilə 
xarakterizə olunur. Odadavamlılıq həddi saat və ya dəqiqə ilə ölçülür. Məsələn, 
tirin odadavamlılıq həddinin 1,5 saat olması o deməkdir ki, həmin tiri standart 
temperatur rejimində qızdırdıqda yalnız 1,5 saatdan sonra uçula bilər. 
İnşaat konstruksiyasının odadavamlılıq həddinə çatması onun müəyyən 
temperatura qədər qızdırılması ilə əlaqədardır ki, bu da böhran temperatur adlanır.
Binalar yanma qrupu və odadavamlılığı müxtəlif olan konstruktiv 
elementlərdən tikilir. Binanın yanğın şəraitində dağılmaya müqaviməti onun 
yükdaşıyan divarlarının, sütunlarının, arakəsmələrinin, döşəmələrinin mərtəbələr 
arası və çardaq örtüklərinin yanma qruplarından və oda davamlılıq hədlərindən 
asılıdır.
Binalar beş oda davamlılıq dərəcəsinə bölünür. I,II,III.IV,V
I odadavamlılıq dərəcəli binalarda bütün konstruktiv elementlər yanmayan 
və onların odadavamlılıq həddi yüksək olur.
II odadavmlılıq dərəcəli binalarda konstruktiv elementlər yanmayan, lakin 
odadavamlılıq həddi nisbətən aşağı olur.
III odadavamlılıq dərəcəli binalarda əsas yükdaşıyan elementlər çətin yanan 
olur.
IV odadavamlılıq dərəcəli binalarda bütün əsas elementlər çətin yanan olur.
V odadavamlıq dərəcəli binalarda bütün elementlər yanan olur. 
I və II odadavamlıq dərəcəli binalarda çardaq üstü və dam örtükləri də 
yanmayan materialdan olmalıdır.
III, IV, V dərəcəli binalarda isə onlar yanan materiallardan da ola bilər. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin