Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Yanğın rabitəsi və siqnalizasiyası



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə64/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   57   58   59   60   61   62   63   64   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

 
Yanğın rabitəsi və siqnalizasiyası 
Baş vermiş yanğını aşkara çıxarmaq və bu haqda yanğın-keşikci xidmətinə 
xəbər vermək üçün müəssisələrdə və obyektlərdə telefon, radio, teletayp rabitəsi, 


elektrik yanğın siqnaliyasiyası və zənglərdən, eləcədə nəqliyyat vasitələrinin 
fitindən istifadə olunur. Çox zaman yanğın haqqında siqnal vermək üçün avtomatik 
yanğın siqnalizasiya qurğusu (AUUS) geniş tətbiq olunur. 
Yanğın siqnalizasiya qurğuları 2 qrupa bölünür: yanğın və keşikci yanğın. 
Keşikçi –yanğın siqnalizasiyası qiymətli material ambarlarında, müəssisələrdə və 
yaşayış mənzillərində geniş tətbiq olunur.
Elektrik yanğın siqnalizasiya sistemi 24 və ya 48 V gərginlikdə sabit 
cərəyanla işləyir. 
Avtomatik elektrik yanğın siqnalizasiya qurğuları yanğının əmələ gəlməsini 
xəbər verməklə bərabər, stasionar yanğınsöndürmə vasitələrini də işə salır. 
Avtomatik xəbərdaredicilər hissiyat elementinin növünə görə 4 yerə bölünür: 
istilik, tüstü, işıq və qarışıq.
İstilik xəbərdarediciləri mühitin temperaturu yüksələrək müəyyən həddə 
(30…120
0
S) çatdıqda isə düşür. Hissiyat elementi bimetall lövhədən, termoçüt və 
ya termorezistordan ibarətdir. 
Tüstü xəbərdarediciləri otaqda yanma məhsullarının əmələ gəlməsini hiss 
edərək isə düşür. Hissiyat elementi ionizasiya kamerasından ibarətdir, ora tüstü 
daxil olduqda ionizasiya cərəyanı azalır, kamerada gərginlik artır və xəbərdaredici 
işə başlayır. Tüstü təsir etdikdə tüstü xəbərdarediciləri 5 saniyə ərzində işə düşür.
İşıq xəbərdarediciləri otaqla alov əmələ gəldikdə işə düşür. Bunların hissiyat 
elementi alovun ultrabənövşəyi şüalarını tutan foton sayğacıdır. Foton sayğacı 
kiçiçik alov mənbəyinin (məsələn, kibrit çöpünün alovunun) təsirindən belə ani 
olaraq işə düşür. Ancaq pəncərədən düşən işıq şüalarından və közərmə 
lampalarının işığından isə düşmür, çünki həmin işıqların ultrabənövşəyi 
şüalanmaları şüşədən keçərək udulur. Adətən işıq xəbərdarediciləri ultrabənövşəyi 
şua mənbələri ( açıq, alov, qaynaq aparatları, elektrik qığılcımları) olmayan bağlı 
otaqlarda tətbiq edilir. Son vaxtlar eyni zamanda istiliyə və tüstüyə həssas olan 
qarışıq xəbərdaredicilər də tətbiq olunur.
Öz təyinatına görə yanğın rabitəsi 3 növə aurılır.
1) 
baş vermiş yanğın haqqında xəbər vermək üçün 
2) 
dispetser rabitəsi-adətən, yanğın dəstələri ilə yanğın əlehinə mərkəzi 
məntələ arasında qurulur
3) 
yanğın yerində olan rabitə- əldə gəzdirilən radiostansiya və xüsusi rabitə 
avtomobilini 
Telefon rabitəsi yanğın haqqında xəbər vermək üçün ən etibarlı rabitə 
növüdür. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin