Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352
Yanğınsöndürmə avadanlığı və ləvazimatları Yanğınla mübarizə məqsədilə odsöndürücülər, yanğın söndürmə quruluşları,
yanğın ləvazimatı və alətlərindən istifadə olunur.
Yanğınların ilk mərhələsində əl odsöndürücülərindən istifadə olunur.
Əl odsöndürücüləri od söndürmə vasitələrinin növünə görə köpüklü, qazlı,
mayeli və ovuntu (toz) tərkibli olur.
Geniş tətbiq olunan ilk yanğın söndürücü vasitələrdən köpüklə (OXP-10,
OP-M, OP-9MM), karbon qazı ilə (OU-2, OU-5, OU-8, OU-2MM, OU-5MM),
karbon anhidridli etilbromidlə (OUB, OUB-3, OUB-5), tozşəkilli maddə ilə (OPS-
10 növlü) işləyən əl yanğın söndürücülərini göstərmək olar.
Köpüklü odsöndürücülər bərk və maye maddələrin yanmasının
söndürülməsində işlədilir. Su-köpük məhlulu yanğının güclənməsinə səbəb
olduqda və yaxud elektrik cərəyanı keçirdikdə köpüklü od söndürənlərdən istifadə
edilməməlidir. Qazla işləyən odsöndürücülərdən kiçik yanğınları söndürmək üçün
istifadə edilir. Oksigensiz davam edən yanmada belə odsöndürücüdən istifadə
olunmur. Odsöndürücü vasitə kimi karbon qazından, azotdan və ya başqa inert
qazlardan istifadə edilir.
Köpük və ya karbon qazı ilə işləyən odsöndürücülər kömək etmədikdə
yaxud yanğını daha da gücləndirdikdə xüsusi konstruksiyalı tozşəkilli karbon
anhidridli etil bromidlə və s. maddələrlə işləyən odsöndürücülər tətbiq olunur.
Səyyar hava-köpük OVP-100 odsöndürücüsü konstruksiyasına görə sadə və
istismar baxımından etibarlıdır. Bu odsöndürücü 80-90 saniyə ərzində 18 m
2
açıq
sahədə yanğın söndürmə qabiliyyətinə malikdir.
Yanğın söndürmək üçün yanğın maşınları mövcüddur.
Əsas yanğın maşınlarına avtosistern və avtonasoslar daxildir. Bu maşınlar
yanğın dəstəsinin şəxsi heyətini yanğın söndürməyə lazım olan şlankları,
avadanlıq, alət və cihazları hadisə yerinə daşıyıb gətirmək üçündür. Avtosisterin və
avtonasoslarla mərkəzdənqaçma su nasosları və hava-mexaniki köpük hazırlamaq
üçün quruluş vardır.
Hazırda geniş yayılmış AÜ-30, AÜ-40 və s. tipli avtosisternlər QAZ, ZİL,
MAZ, KRAZ tipli avtomobillərin şassisi üzərində yerləşdirilir. Onların su tutumu
1000…5000
litrdir.
Nasosların
məhsuldarlığı
25…80
litr/saniyədir.
Avtosisternlərdə köpükləndirici tərkib üçün 150 litr həcmində cən qoyulur.