Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə55/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   51   52   53   54   55   56   57   58   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

MÜHAZĠRƏ 13 
 
ZƏRƏRÇƏKMĠġ ġƏXSLƏRƏ ĠLK TĠBBĠ YARDIM QAYDALARI
Plan 
1. Mexaniki zədələnmələrdə ilk yardım. 
2. Sümük sınması zamanı ilk yardım. 
3. Donma zamanı ilk yardım 
4. Zəhərlənmədə ilk yardım 
5. İstilik zərbəsində və yanma hadisələrində ilk yardım
6. Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardım 
İstehsalatda və məişətdə zədə almış, yaralanmış və hüşunu itirmiş adama həkim 
gələnə qədər ilk tibbi yardım göstərilməsi olduqca zəruridir. Bu tədbirin düzgün və 
tez aparılması ilə çox zaman zədələnən adamın vəziyyəti xeyli yüngülləşir, bəzən 
də ağır nəticələrin qarşısı alınır. Ona görə də hər bir şəxs sadə tibbi tədbirlərlə tanış 
olmalı, lazım gəldikdə onlardan istifadə etməlidir. 
 
Mexaniki zədələnmələrdə ilk yardım 
Yaralanmalar öz xarakterinə görə çox müxtəlif formalarda olur. 
Yaralanmanın təhlükəliliyi qanaxmadan və yara yerinə infeksiya keçməsindən 
ibarətdir.
Hər bir açıq yaralanmada ilk növbədə qanaxma saxlanmalı, yaraya mikrob 
daxil olmaması üçün o təmiz parça, yaxud tənziflə örtülməlidir. Sonra ağrının 
zəifləməsi üçün soyuq kompress etmək, yara ətrafını təmizləyib, yod və ya spirtlə 
silmək lazımdır. Kiçik yaraya leykoplastr qoyulmalı, böyük yara isə sarınmalıdır.
Bilmək lazımdır ki, arteriyadan gələn qan al qırmızı rəngdə olub güclü 
axınla vurur, venadan gələn qan isə tünd sumaq rəngində olub zəif axır. Böyük 
damarlardan çoxlu qan axır ki, bu da çox təhlükəlidir, bəzən ölümlə nəticələnir.
Arterial qanaxmanı yaradan yuxarıda, venoz qanaxmasını isə yara yerindən 
aşağıda, damarı sıxmaqla saxlamaq lazımdır.
İnfeksiya mikroblarının orqanizmə keçməməsi, iltihab təhlükəsi törəməməsi 
üçün yara yerini dezinfeksiya etmək və mütləq bağlamaq lazımdır.
Yara böyük olduqda ətrafı dizenfeksiya edilməli, sonra üstü steril tənziflə 
örtülməlidir. 
Əl və ya ayaq yaralanarsa, onu təmizləyib dərmanlayandan sonra sıx 
bağlamaq lazımdır. Sarğı qana bulanarsa, onu təkrar sarımaq lazımdır. Tənzif lenti 
vasitəsilə əli, yaxud qolu bağladıqda sarğı aşağıdan yuxarı, yəni barmaqlardan 


bədənə döğru olmalıdır. Əgər barmaqlar zədələnməyibsə, onları sarğıdan kənarda 
saxlamaq məsləhətdir. Çox sıx bağlanmış sarğı qan dövranını zəiflədir və güclü 
ağrıya səbəb olur. Bərk bağlanan sarğıda dırnaqlar sürməyi, yaxud ağ rəng olur. Bu 
zaman dırnaqlar çəhrayı rəng alana kimi sarğı boşaldılmalıdır.
Əldə, yaxud qolda böyük arteriyadan axan qanı burma (jqut) ilə saxlamaq 
lazımdır. Rezin borucuq, qayış və dəsmaldan, kəndir və əl altında olan başqa 
şeylərdən sıxac kimi istifadə etmək olar. Dərini zədələməmək üçün sıxac paltarın 
üstündən qoyulmalı, yaxud da onun altından parça sarınmalıdır. Zəif qoyulmuş 
sıxac ancaq venanı sıxır, nəticədə qanaxma daha da güclənir. Bərk sıxılmış sinir 
damarları əzilib iflicə səbəb ola bilər. 
Sıxacı 1,5 – 2 saatdan artıq saxlamaq olmaz. Əgər bu vaxt xəstəni 
xəstəxanaya çatdırmağa kifayət olmazsa, sıxacı 10-15 dəqiqə açıb yenidən 
bağlamaq lazımdır.
Qan venadan axarsa, sıxac qoymağa ehtiyac yoxdur. Qan axmanı adi sarğı 
ilə saxlamaq olur.
Daxili qanaxmanı sifətin kəskin ağarması, zəiflik, nəbzin tez-tez döyünməsi, 
təngnəfəslik, başgicəllənmə, susuzluq və ürəkgetmə vəziyyətlərinə görə təyin 
edirlər. Bu halda həkim gələnə qədər zərərçəkənə tam rahatlıq yaradılmalıdır. 
Qarnına və ya digər zədələnmiş yerə buzlu kisəcik qoyulur ki, onun soyuğu 
damarları daraldaraq qanın kəsilməsinə kömək edir.
Burundan qan gələrsə, zərərçəkənin başını azacıq arxaya oturdur, yaxasını 
açır, sonra burnunun üstünə soyuq islatma qoyur və barmaqla burnunun pərəklərini 
sıxırlar.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin