Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə7/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   2   3   4   5   6   7   8   9   10   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

İstehsalat işlərinin növləri 
Əməyin təhlükəsizliyinin standartlar sisteminə (ƏTSS) müvafiq olaraq 
istehsalatda görülən işlər fiziki əmək sərfi ilə əlaqədar olaraq üç kateqoriyaya 
bölünür: 
1. Yüngül işlər - bu kateqoriya işlərin yerinə yetirilməsində işçi 172 
Coul/san-yə (yaxud 150 kkal/saat) qədər fıziki enerji sərf edir (Belə işlərə misal 
olaraq oturmuş halda yaxud ayaq üstə heç bir yük qaldırmadan, daşımadan görülən 
işlər, idarə işləri aiddir). 
2. Orta ağırlıqda olan işlər- belə işlərin yerinə yetirilməsində işçi 172-293 
C/s fiziki enerji sərf edir. Məsələn, mexaniki yığma, dəmirçixana, çilingərlik və s. 
3. Ağır işlər - bu cür işlərin yerinə yetirilməsində işçi 293C/s-dən artıq 
fiziki enerji sərf edərək əsəb sisteminin və orqanizmin hissələrinin daha çox 
gərginliyinə səbəb olur. (krançiların, sürücülərin, idarəetmə lövhələrində 
işləyənlərin və s. işi). 
Hər üç kateqoriyada olan işlərdə işçi orqanizminə oksigen tələbatı 3-5 l/dəq 
miqdarında təmin edilməlidir. 
İstehsalat işlərini onun görülmə kateqoriyasından başqa işin zərərli, 


təhlükəli, əsəb gərginliyi, yerinə yetirilmə vəziyyəti, intensivliyi, monotonluğu, 
əməliyyatlarının müxtəlifliyi və s. -ə görə də müəyyən qruplara bölmək olar. 
Əlverişsiz istehsalat mühiti şəraitindəki müntəzəm işlər işçi üçün zərərli 
sayılır. 
Məsələn, güclü küləkdə, aşağı və yüksək temperaturda, havanın çox 
nəmliliyində, qazla və tozla çirklənmədə, radioaktiv şüalanma yüksək və daha 
yüksək tezlikli enerji şəraitində və s. görülən işlər. Elektromaqnit maqnit dalğaları 
çox olan sahədə yaşayan, fəaliyyət göstərən işçilərdə onkoloji xəstəliklər çox olur. 
Əmək prosesi fəaliyyətində orqanizm üçün qanuna uyğun fizoloji proses 
kimi yorulma halları baş verir. P.P.Pavlovun fıkrincə demək olar ki, əsas yorulma 
mərkəzi əsəb sisteminin həddən artıq gərgin işlənməsindən asılıdır. 
İstehsalat proseslərində əməyin təhlükəsizliyi tələblərinə əməl edilməməsi 
ilə əlaqədar olaraq insanda gözlənilmədən iş qabiliyyətini itirmə halları yaranır 
(sümük qırılması, müxtəlif dərəcədə bədən xəsarəti, elektrik cərəyanından zərər 
çəkmə və s.). Orqanizmin belə zərər çəkməsi istehsalat zərər çəkmələri adlanır. 
(istehsalat travması). 
Zərərli istehsalat şəraitinin təsiri altında insanın sağlamlığı tədricən zəifləyir 
(eşitmə və görmənin azalması, titrəyiş və səs-küylə yaranan xəstəliklər, əsəbi 
işlərin yaratdığı xəstəliklər və s). Bunun nəticəsində insanda hissə-hissə, yaxud tam 
iş qabiliyyətinin itirilməsi halları yaranır. Orqanizmin belə zərərçəkmələri peşə 
xəstəlikləri adlanır. 
Müasir elmdə zərərli və təhlükəli istehsalat amilləri yüksək səviyyədə 
hərtərəili öyrənilir, istehsalata tətbiq edilən texnikada isə sağlam və təhlükəsiz 
əmək şəraitini təmin etmək üçün müvafiq mühafizə vasitələri nəzərdə tutulur. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin