Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə6/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   2   3   4   5   6   7   8   9   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

 
 
 
Psixofizioji amillər və onların əməyin təhlükəsizliyinə təsiri 
İşçilərin bədbəxt hadisəyə məruz qalma təhlükəsini gücləndirən amilləri iki 
qrupa bölmək olar: 
1) işçilərin təhlükəyə məruz qalmasını daim artıran ehtimallar. 
2) işçilərin təhlükəyə məruz qalmasını müvəqqəti artıran ehtimallar. Birinci 
qrupa aiddir: 
Xəstəlik və ya ona yaxın vəziyyətdə olan adamların əsəb sistemində və ya 
başqa orqanlarında daimi baş verən funksional dəyişikliklər. Bunlardan bəzi 
dəyanətli patoloji dəyişikiikləri göstərmək olar ki, bunlar tam əmək fəaliyyətsizliyi 
yaratmır, ancaq insanın özünü aparmasına təsir edərək, onun təhlükəyə məruz 
qalma ehtimalını artırır. 
İşçinin bədbəxt hadisəyə məruz qalması, ali əsəb sisteminin yuxarı 
şöbələrinin hərəkət verici mərkəzləri arasında rabitənin pozulması ilə baş verir. 
Belə pozuntular nəticəsində insan onun hissiyat orqanları tərəfindən qəbul 
edilən təsirlərə lazımi tezlik və dəqiqilklə reaksiya verə bilmir, başqa sözlə əksər 
bədbəxt hadisələrin baş verməsində funksional pozuntular əsas rol oynayır. 
Hər hansı hərəkəti yerinə yetirən əzələlər beyinin müxtəlif hərəkətvericı 
mərkəzlərindən idarə olunur. Bir çox adamlarda bu mərkəzlərin fəaliyyəti kifayət 
qədər 
uyğunlaşdırılmamış gedir, nəticədə mürəkkəb kombinə edilmiş 
hərəkətlərdən 
ibarət 
olan 
əməliyyatları yerinə yetirərkən işçidə bəzi 
uyğunsuzluqlar müşahidə olunur; vaxtaşırı İşçi (fəhlə) özünü itirir, bəzi hərəkətləri 
arada buraxır. Belə hallarda hərəkətin uyğunsuzluğu diqqətdə olan qüsurlarla düz 
gəlir. 


Uzlaşdırılmamış (kordinasiya) hərəkətlərə yol verən işçilərin bədbəxt 
hadisələrin ehtimalı olan işlərdə işləməsi məqsədə uyğun deyildir, müəyyən 
hallarda həmin işçiləri başqa işə keçirirlər. 
Yüngülxasiyyət, öz hərəkətinə laqeyd, hadisələrə üzdən mühakimə yürüdən, 
yaddaşı zəif olan işçilər işdə səhvlərə yol verirlər. 
Elə insan var ki, öz işinə maraqlı deyil, öz işindən ləzzət almır, müxtəlif 
hərəkət və işlərin qəbuluna psixoloji cəhətdən qabiliyyətli deyil. Onun özünü 
aparması göstərir ki, o, işə inamsızdır, diqqətliliyi müəyyən məsafədəndir. 
Təhlükəsizlik nöqteyi-nəzərincə insan öz marağına və qabiliyyətinə uyğun iş 
seçməlidir. 
Digər tərəfdən kollektivdə yaradıcı iş əhval ruhiyyəsi olmalıdır ki, digərinin 
fəaliyyətinə mənfi təsir göstərməsin. 
Təcrübəsizlik - iş yerində işçinin bütün hərəkətlərinə təsir edir; işin tempinə, 
ritminə və intensivliyinə mane olur. Təcrübəsiz işçi işdə müəyyən dayanmalar və 
maneələr çıxdıqda tez qərar çıxara biimir, tez yorulur və işin təhlükəliliyini artırır, 
təhlükə hər dəqiqə yarana bilir. 
Elmi əsaslarla ixtisasın artırılması əmək məhsuldarlığına eyni zamanda işin 
təhlükəsizliyi etimadınıda artırır. 
Ehtiyatsızlıq: - adi bir səhv bədbəxt hadisə ilə nəticələnir. Bunun qarşısını 
almaq üçün ixtisaslı baxım və düşüncəli intizam yaradılmalıdır. (Dəmir qayda). 
Yorğunluq: - orqanizmdə müxtəlif qüsurlardan baş verir, bədəndə patoloji 
dəyişiklərdən yaranır. Yorğunluqdan qaçmaq üçün istirahət etmək, müalicəyə 
getmək və yaxud başqa işə keçmək olar. 
İş zamanı yorğunluq təkcə zəif adamlarda olmur, belə hallar normal 
insanlarda da baş verir. Bu yorğunluq mürəkkəb fizoloji proseslərdə baş verir. 
Psixoloji yorğnınluq: - mərkəzi sinir sisteminin yüklənməsindən yaranır. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin