b)
Azərbaycan Respublikasının Prezidenti və Nazirlər Kabineti tərəfindən
qəbul edilən normativ aktlar ( fərmanlar, qərar və sərəncamlar)
c)
Mərkəzi dövlət idarəçilik orqanları tərəfindən qəbul edilən normativ
aktlar (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
və digər nazirliklər, komitələr və baş idarələr tərəfindən qəbul edilən aktlar)
d)
Yerli icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən qəbul edilən
aktlar
e) Müəssisə, idarə və təşkilat rəhbərlərinin həmkarlar təşkilatı ilə
razılaşdırılaraq, yaxud onların birgə qəbul etdikləri aktlar.
Əmək hüququnun mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan
Respublikasının 12 noyabr 1995 – ci ildə qəbul edilmiş Konstitusiyası tutur. (24
avqust 2002-ci ildə bu Konstitusiyaya əlavə və dəyişikliklər edilmişdir).
Azərbaycan Respublikası Konstitusiyası ən yüksək hüquqi qüvvəyə malik olub,
respublikanın qanunvericilik sisteminin əsasıdır. Bütün
başqa qanunlar və dövlət
orqanlarının bütün aktları Konstitusiya əsasında və ona uyğun olaraq qəbul edilir.
Konstitusiyanın 35, 37, 38, 39, 41 -ci maddələrinə uyğun olaraq hər bir
vətəndaşın əmək hüququ, istirahət hüququ, sosial – təminat hüququ, sağlam ətraf
mühitdə
yaşamaq hüququ, sağlamlığın qorunması hüququ vardır. Konstitusiyanın
35-ci maddəsində deyilir: “Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə
olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə məşğuliyyəti
və iş yeri seçmək hüquqi vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək,
heç biri ayrı – seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi
minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır”.
Konstitusiyadan sonra əmək hüququnun mənbələri içərisində başlıca yeri
Azərbaycan Respublikası Əmək məcəlləsi tutur. Əmək məcəlləsi 1999 – cu il
iyulun 1- dən qüvvəyə minmişdir. Məcəllə 13 bölmə, 48 fəsil, 317 maddə və 2
əlavədən ibarətdir.
Azərbaycan Respublikası Əmək məcəlləsi məcəllələşdirilmiş qanundur.
Əmək məcəlləsinin I bölməsində ümumi normalar
II bölmədə kollektiv müqavilə və saziş
III bölmədə əmək müqaviləsi
IV bölmədə iş vaxtı
V bölmədə istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları
VI bölmədə əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və
təminatları
VII bölmədə əmək və icra intizamı
VIII bölmədə işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti
IX bölmədə əməyin mühafizəsi
X bölmədə qadınların, yaşı 18-dən az olan işçilərin və aqrar sahədə əmək
münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri
XI bölmədə əmək mübahisələri
XII bölmədə işçilərin sosial sığortası
XIII bölmədə yekun normaları göstərilmişdir
Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi aşağıdakılardan
ibarətdir.
-
əmək məcəlləsindən
- Azərbaycan Respublikasının müvafiq qanunlarından
- Müvafiq icra hakimiyyəti orqanının səlahiyyəti çərçivəsində qəbul etdiyi
normativ hüquqi aktlardan
- əmək, sosial iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının
bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən.
Azərbaycan Respublikasının Əmək məcəlləsi işçilərlə işəgötürənlər arasında
yaranan əmək münasibətlərinin, habelə onların müvafiq dövlət hakimiyyəti
orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquqi
münasibətlərini tənzim edir.
Normativ hüquqi aktlar bir qayda olaraq bu aktları qəbul etmiş orqanın
tabeliyində olan ərazidə hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikasının qanunları
yalnız Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəyə malikdir.
Bunlardan fərqli olaraq lokal normativ hüquqi aktlar isə onu qəbul edən konkret
müəssisənin ərazisində qüvvəyə malikdir.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Respublika
Nazirlər Kabinetinin fərman və sərəncamları, Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ aktları,
Nazirliklərin baş
idarələrinin və komitələrinin normativ aktları, yerli icra hakimiyyəti və bələdiyyə
orqanlarının normativ aktları, əmək hüququnun mənbəyi olub, qanunvericilik
sistemini təşkil edir.
Əmək müqaviləsi - işçi ilə işəgötürən müəssisə arasında bağlanan
kontraktdır. Əmək məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq əmək müqavilələri
sərbəst bağlanır. Əmək müqaviləsinin
tərəflərindən biri işə götürən, digəri isə
işçidir. 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər.
Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi
məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir və iki nüsxətən az
olmayaraq tərəflərin imzası ilə təsdiq edilir. Əmək müqaviləsi müddətsiz və ya 5
ilədək müddətə bağlana bilər. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə
görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan
bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
Əmək müqaviləsi işçinin peşəkarlığlıq
səviyyəsini, müvafiq əmək funksiyalarını
icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə
bağlana bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir. Sınaq
müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir.
Kollektiv müqavilə. Əmək məcəlləsinin 29 - cu maddəsinə görə
kollektiv
müqavilənin bir tərəfi işə götürən, digər tərəfi isə həmkarlar ittifaqı təşkilatıdır,
yaxud kollektivdir. Kollektiv müqavilə bir ildən 3 ilədək bağlana bilər.
Kollektiv müqavilə müəssisənin bütün işçilərinə, o cümlədən, kollektiv
müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə şamil edilir.
Kollektiv müqavilənin məzmununda müəssisənin istehsal və iqtisadi fəaliyyətinin
səmərələliliyinin yüksəldilməsi, əməyin ödənilməsi qaydaları və müxtəlif
ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti
haqqında şərtlər, əmək və icra intizamı, əmək mübahisələri və s. kimi məsələlər öz