Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


MÜHAZĠRƏ 4  Əmək mühafizəsi üzrə iĢlərin təĢkili



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə14/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   10   11   12   13   14   15   16   17   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

MÜHAZĠRƏ 
Əmək mühafizəsi üzrə iĢlərin təĢkili 
 
 
Plan 
1. Əmək mühafızəsi tədbirlərinin planlaşdırılması və maliyyələşdirilməsi 


2. Əmək mühafizəsinin öyrədilməsi və təlimatların növləri 
3. Əmək mühafizəsi norma və qaydalarına dövlət nəzarəti 
4. Əmək mühafizəsinə ictimai nəzarət 
5. Əmək mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər 
Əməyin mühafizəsi tədbirlərinin planlaşdırılması 
Müəssisələrdə sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin 
edilməsi Əmək Məcəlləsinin 222-ci maddəsində nəzərdə tutulmuşdur. 
Həmin maddənin 2-ci hissəsinə görə işəgötürən əmək şəraitinin 
yaxşılaşdırılmasına, əməyin mühafızəsinin təmin edilməsinə və işçilərin 
sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır 
və həyata keçirir. 
a)əmək şəraitinin və istehsalat proseslərinin səmərələşdirilməsinin 
perspektiv 
planı. 
b)təhlükəsizlik texnikası və istehsalat sanitariyasının səmərələşdirilməsinin 
illik planı. 
c)sanitariya-sağlamlıq tədbirlərinin kompleks planı. 
Əmək şəraitinin yaxşılaşdırılması sahəsində əməyin mühafizəsi üzrə illik 
tədbirlər planı əsasən üç bölmədən ibarət olur:
1. Bədbəxt hadisələrə qarşı tədbirlər;
2. İstehsalat xəstələnmələrinə qarşı tədbirlər;
3. Əmək şəraitinin yaxşılaşdırılması üzrə ümumi tədbirlər;
Əmək mühafizəsi sahəsində işçilərin əmək şəraitini yaxşılaşdırmaq 
məqsədilə nəzərdə tutulan tədbirləri düzgün və vaxtında həyata keçirmək üçün pul 
vəsaiti olmalıdır.
Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi 
Əmək Məcəlləsinin 220-ci maddəsində əməyin mühafızəsi tədbirlərinin 
maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. 
Məqsəd və təyinatından asılı olmayaraq əməyin mühafizəsi dövlət 
büdcəsindən və müəssisənin gəliri hesabına maliyyələşdirilir. 
Əməyin mühafızəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi 
kollektiv müqavilədə müəyyən edilir, həm də illik xərclərin miqdarı işçilərin 
əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən az olmamalıdır. 
Bu vəsaitin başqa məqsədlərə sərf edilməsi qadağandır. 
Əmək məcəlləsinin 221-ci maddəsinə uyğun əməyin mühafizəsi fondu 
yaratmaq nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən müəssisələr səviyyəsində 
əməyin mühafizəsi fondu yaradılır. Dövlət Əməyin Mühafizəsi fondu müvafiq İcra 
Hakimyyəti tərəfindən təsdiq edilir.
Dövlət Əməyin Mühafizəsi fondu: dövlət büdcəsindən ayırmalar; 
müəssisələrin mənfəətlərinin bir faizi miqdarında ayırmalar; əməyin mühafizəsi 
normalarını və qaydalarını pozan inzibati qaydada cəzalandırılmış vəzifəli 
şəxslərin ödədikləri cərimələrin qanunvericiliklə müəyyə edilmiş hissəsi; 
müəssisələrin, vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına təşkil 
edilir.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin