Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Bina və texniki qurğuların ildırımdan mühafizəsi



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə65/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   57   58   59   60   61   62   63   64   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

 
Bina və texniki qurğuların ildırımdan mühafizəsi 
Atmosfer elektrik yüklərinin boşalmaları (ildırım) yanğına, partlayışa və 
adamların zədələnməsinə səbəb ola bilər. Statistik məlumatlara görə yanğınların 7 
%-ə qədəri ildırım boşalmaları nəticəsində baş verir.
Atmosferdə statik elektrik yükləri su buxarlarının, sonra isə su damçılarının 
hava ilə sürtünməsi nəticəsində əmələ gəlir. Göydə daim mənfi elektrik yüklü 
(yuxarı hissədə) və müsbət elektrik yüklü (nisbətən aşağıda) buludlar hərəkət edir. 
Müsbət yüklü buludların hərəkəti zamanı elektrostatik induksiya nəticəsində yer 


səthində əks əlaqəli elektrik yükləri yananır. Bir növ hava aralıqlı kondensator 
əmələ gəlir ki, yer və buludlar onun lövhələri rolunu oynayır. Potensiallar fərqi 
müəyyən böhran qiymətə çatdıqda, parlaq şüalanma və kəskin səslə müşayət 
olunan qığılcım boşalması (ildırım) yaranır. İldırımın kanalında cərəyan şiddəti 
200 000 A-ə, gərginlik 150 000 000 V-a, temperaturun 6000-10000
0
S –yə çatır. 
İldırım qurğularının uzunluğu 100 və 1000 metrlərlə ölçülür, boşalma müddəti 
0,1…1,0 san davam edir. İldırım boşalmalarının təsiri 2 formada olur: bir başa 
zərbə və elektrostatik elektromaqnit induksiyaların nəticəsində ikinci təsir. 
İldırımın bina və qurğuları birbaşa zərbəsi boyük dağıntılara, yanğınlara, 
partlayışlara və bəzən də insan tələfatına səbəb ola bilər. Yer səthindəki obyektin 
hündürlüyü nə qədər çox olarsa ildırımın bir başa düşmə etimalı da artır. 
İldırımın ikinci təsiri yüksək gərginlikli induksiya cərəyanlarının 
konstruksiyaların və avadanlığın metal elementləri arasında yaratdığı 
qığılcımlanma şəklində təzahür edir. Yüksək potensialların naqillər yerüstü və ya 
yeraltımetal komunikasiya vasitəsilə ötürülməsi də mümkündür. İldırımın ikinci 
zərbəsi yanğına partlayışa və cihazların, avadanlığın sıradan çıxmasına səbəb ola 
bilər. 
Atmosferin statik cərəyan boşalmalarının təsirindən adamların, bina və 
qurğuların, avadanlıq və materialların mühafizəsi üçün görülən tədbirlər kompleksi 
ildırım mühafizəsi adlanır.



Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin