Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardım



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə58/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   54   55   56   57   58   59   60   61   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardım 
Cərəyan vurmuş adama dərhal, həkim gələnədək ilk yardım göstərmək, ən 
əvvəl isə onu elektrik cərəyanının təsirindən xilas etmək lazımdır.Cərəyan vurmuş 
adamın xilas edilməsi üçün əsas şərt – adama cərəyanın təsirini cəld 
dayandırmaqdan və ona dərhal ilk yardım göstərməkdən ibarətdir. İnsanı elektrik 
cərəyanının təsirindən azad etmək üçün dövrədəki cərəyanı kəsmək lazımdır. 
Bu zaman aşağıdakılar nəzərə alınmalıdır: 
a) əgər zədələnmiş adam yüksəklikdədirsə, onda zədələnmiş adamın elektrik 
cərəyanının təsirindən azad olunması onun yerə düşməsinə səbəb ola bilər, belə 
hallarda zədələnmiş adamın yerə düşməsi zamanı təhlükəsizliyini təmin edən 
tədbirlər görülməlidir; 
b) qurğu elektrik şəbəkəsindən ayrıldıqda, eyni zamanda, elektrik işıqları 
da sönə bilər. Buna görə başqa mənbədən işıqlandırmanın təmin edilməsi vacibdir. 
Yadda saxlamaq lazımdır ki, şəbəkədən açılmış qurğu müəyyən müddət ərzində 
kifayət qədər böyük tutum olmasına görə (məsələn, kabellər olduqda) həyat üçün 
təhlükəli olan yük saxlaya bilər. Buna görə qurğunu şəbəkədən ayırdıqdan sonra 
dərhal yerlə birləşdirmək lazımdır. 
Xilas edən şəxsi zədələnmiş adamın bədənindən izolə etmək üçün mütləq 


dielektrik əlcək geymək, yaxud əllərin üstünə quru paltar salmaq, öz paltarının 
qollarını qabağa uzatmaq, və s. lazımdır, yerdən izolə olunmaqdan ötrü dielektrik
qaloş geymək, ayaqaltı salmaq, habelə, həmin şəraitdə nədən istifadə etmək 
asandırsa onu etmək lazımdır. 
Gərginliyi 1000V – a qədər olan qurğularda zədələnmiş adamı cərəyan 
aparan hissələrdən azad etməkdən ötrü quru, cərəyan keçirməyən hər hansı 
əşyadan istifadə etmək tövsiyyə olunur. Məftili taxta dəstəkli balta ilə qurmaq və 
ya dəstəkləri izolə olunmuş kəsən kəlbətinlə kəsmək olar.
Birfazalı qoşulmalarda zədələnmiş adamın əli qıc olaraq cərəyan aparan
hissəni tutduqda onu qaldırmaq , taxta ilə yerdən izolə etmək və bununla 
cərəyanı kəsib, onu cərəyan aparan hissələrdən azad etmək lazımdır. 
Əgər məftil yerdədirsə yadda saxlamaq lazımdır ki, onun ətrafında addım
gərginliyi ola bilər. Buna görə zədələnmiş adamı cərəyan aparan hissələrdən
ayırdıqdan sonra onun addım gərginliyi zonasından 10-15m məsafəyə aparmaq
lazımdır. 
Əgər zədələnmiş adam elektrik məftilini və ya şini elə güclə sıxır ki, 
paltarından çəkdikdə onu ciddi zədələnmə təhlükəsi yarana bilər, onda onun
hər bir barmağını ayrılıqda qatlayıb əlini açmaq lazımdır. Bu əməliyyat üçün
dielektrik əlcək geymək, yaxud özünü yerdən izolə etmək vacibdir. 
Elektrik verişi xətlərində yuxarıda göstərilmiş üsullarla adamı cərəyandan 
cəld azad etmək kifayət qədər mümkün olmadıqda xəttin bütün məftillərində 
onları əvvəlcədən etibarlı yerlə biləşdirib qısa qapanma yaratmaq vacibdir. Bu 
halda ehtiyat tədbirləri görüməlidir ki, üstə atılan məftil xilas edən şəxsə və
zədələnmiş adama toxunmasın. Cərəyan vurmuş adama ilk yardım tədbirləri
onun cərəyandan azad edildikdən sonrakı halından asılı olaraq göstərilir. 
Cərəyan vurmuş adamın halını müəyyən etmək üçün: 
1. 
dərhal onu arxası üstə uzatmalı; 
2. 
rahat nəfəs alması üçün paltarın yaxasını və kəmərini açmalı; 
3. 
sinəsinin qalxıb – enməsinə görə adamın nəfəs alıb – almadığını 
yoxlamalı; 
4. 
nəbzinin vurduğunu yoxlamalı; 
5. 
göz bəbəyinin vəziyyətini (daraldığını və ya genəldiyini) yoxlamalı. 
Genəlmiş, hərəkətsiz göz bəbəyi beyində qan dövranının dayandığına dəlalət edir. 
Cərəyan vurmuş adamın hərəkət etməsinə, əsla icazə vermək olmaz, çünki 
cərəyan vurmanın əlamətləri dərhal meydana çıxmasada, bir az sonra cərəyan 
vurmuş adamın halı ciddi surətdə ağırlaşa bilər. 
Cərəyan vurmuş adam huşunu itirmişsə, lakin nəfəs alırsa, onu rahat
vəziyyətdə uzatmaq, təmiz hava verilməsini təmin etmək, ona naşatır spirti
iylətmək, üzünə su çiləmək, bədənini ovxalamaq və isitmək lazımdır. Cərəyan
vurmuş adam pis nəfəs alırsa, tənəffüs çox fasiləli və səthidirsə və ya əksinə, 
ölən adam kimi titrək halda tez – tez nəfəs alırsa, onda süni tənəffüs vermək tələb 
olunur. 
Süni tənəffüs verməyin daha təsirli və səmərəli üsulu havanı yardım 
göstərən şəxsin ağ ciyərlərindən (ağzından ) cərəyan vurmuş şəxsin ağzına və 
ya burnuna üfürmək üsulundan – “ağızdan - ağıza”, “ağızdan- buruna” üsuludur


ki, bu halda yardım göstərilən şəxsin ağ ciyərlərinə daha çox hava verilir. 
Ağıza və ya buruna hava üfürməyin qaydası belədir: cərəyan vurmuş 
adamı arxası üstə uzadırlar. Yardım göstərən şəxs süni tənəffüsə başlamazdan
əvvəl, havanın nəfəs yollarından ağ ciyərə yaxşı daxil olmasını təmin etməlidir. 
O, bu məqsədlə bir əlini cərəyan vurmuş adamın boynu arxasına keçirib, digər 
əli ilə alnından basaraq onun başını bir qədər arxaya əyməlidir. Belə halda, dilin 
kökü xirtdəyin arxa divarından aralanacaq və nəfəs yolları tam açılacaqdır. 
Başın belə vəziyyətində, adətən ağız açılır. Əgər ağıza tüpürcək yiğilıbsa, onu
cib dəsmalı ilə təmizləyir və bundan sonra ağıza və ya buruna hava üfürməyə 
başlayırlar. Ağıza hava üfürərkən yardım göstərən şəxs öz ağzını yardım 
göstərdiyi adamın ağzına kip yapışdırır, cərəyan vurmuş adamın alnından basdığı 
əlinin barmaqları vasitəsilə ilə onun burnunu sıxır ki, üfürdüyü havanın hamısı
cərəyan vurmuş adamın ağ ciyərlərinə keçsin.
Cərəyan vurmuş adamın ağzından hava üfürmək mümkün olmayan 
hallarda, ağızı kip bağlayıb, havanı burundan üfürmək lazımdır. Balaca uşaqlara 
yardım göstərən adam öz ağızı ilə uşağın həm ağzını, həm də burnunu əhatə 
edərək havanı eyni zamanda ağızdan və burundan üfürməlidir. 
Havanı hər 5-6 saniyədən bir üfürmək lazımdır.Belə üfürmə dəqiqədə 10-
12 dəfəyə bərabər olan tənəffüs tezliyinə müvafiqdir. Hər dəfə hava üfürəndən
sonra cərəyan vurmuş adamın ağız və burnunu açırlar ki, onun ağ ciyərlərindəki 
hava özbaşına xaricə çıxsın, yəni adam nəfəs versin. 
Ürəyin xaricdən masaj edilməsi qan dövranının davam etməsinə imkan
yaradır. Bunun üçün cərəyan vurmuş adamı bərk yerdə arxası üstə uzadıb 
yaxasını, kəmərini və paltarın bədəni sıxan digər hissələrini açır və ya paltarı 
çıxarırlar. Yardım göstərən adam xəstənin yanında elə dayanır ki, onun üzərinə
əyilə bilsin. Sonra xəstənin sinəsinin aşağı üçdə bir hissəsini müəyyən edib oraya 
bir əlinin ovcunu, onun üstündən isə digər əlinin ovcunu qoyur və döş qəfəsinin 
aşağı kənar hissəsini ritmik sürətdə aşağı basır. Döş qəfəsini kəskin təkanla 
basmaq lazımdır, bu zaman döş qəfəsi 3 – 5 sm aşağı əyilir, ürəyin üzərinə
düşən təzyiq nəticəsində qan ürəkdən qan damarlarına verilir. Döş qəfəsini, 
təxminən saniyədə bir dəfə sürətdə basmaq lazımdır. 
Ürək fəaliyyəti dayanarkən orqanizmin oksigenlə təmin olunması üçün əsas 
şərt- ürəyi masaj etməklə yanaşı, həm də adama süni tənəffüs verməkdir. Döş
qəfəsini basarkən nəfəs alma zamanı onun normal vəziyyətə qayıtması 
çətinləşdiyi üçün, döşü hər 4-6 dəfə basandan sonra fasilə etmək və bu zaman
hava üfürməklə süni tənəffüs vermək lazımdır. 
Süni tənəffüs və ürəyin masajı düzgün edilərkən cərəyan vurmuş adamın
dirilməsini göstərən bu əlamətlər meydana çıxır: 
1. sifətin rəngi dəyişib yaxşılaşır, sifət bir qədər qızarır; 
2. adam sərbəst tənəffüs etməyə başlayır və bu get – gedə normallaşır; 
3. göz bəbəkləri daralır. 
Belə hallarda əlavə olaraq yerinə yetirilməsi səmərəli olan tədbirlərdən 
biri də yardım göstərilən adamın qıçlarını döşəmədən 0,5m hündürə qaldırmaq 
və ürək masaj edilən bütün müddət ərzində bu vəziyyətdə saxlamaqdır. Belə 
vəziyyət bədənin aşağı hissələrindəki vena damarlarından qanın ürəyə daha yaxşı


verilməsinə imkan yaradır. 
Süni nəfəs verilməsi və ürəyin xaricdən masaj edilməsi əməliyyatlarını 
cərəyan vurmuş adamın sərbəst tənəffüsü və ürəyinin fəaliyyəti bərpa olunanadək 
davam etdirmək lazımdır. 
Yadda saxlamaq lazımdır ki, bu tədbirlrin bir an dayandırılması, fəlakətlə 
nəticələnə bilər. 
Zərərçəkəndə digər həyat əlamətləri yarandıqda nəbzinin uzun müddət 
vurmaması ürəyin fibrilyasiya olduğunu göstərir. Bu halda onun həyatını xilas 
etmək üçün defibrilyator aparatından istifadə edilir. Zərərçəkənin döş qəfəsindən 
defibrilyator vasitəsilə cərəyan şiddəti 15…20A, gərginliyi 4000V, dayanıqlığı 10 
mk san. olan elektrik impulsları keçirilir. Bunun fizioloji mənası, pərakəndə 
yığılan (fibrilyasiya edən) ürəyi bir və ya bir nüçə dəfə tam yığılmağa məcbur 
etməklə normal vəziyyətə gətirməkdir. Ürəyin fibrilyasiyasını ixtisaslı həkim
yerinə yetirməlidir. 
Süni nəfəsvermə üçün yüngül nəfəs aparatından da istifadə etmək olar. İlk 
yardım zamanı aparatın maskasını zərərçəkənin başına geydirərək kiçik körüklə
onun ciyərlərinə hər dəfədə 2 litrə qədər hava üfürmək mümkündür. 
Elektrik cərəyanından zədələnmiş adamı özünə gətirmək üçün, onu torpağa 
basdırmaq cəhdləri qəti qadağandır. 
Bu üsul nəinki tamamilə faydasızdır, həm də olduqca zərərlidir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin