tədbirlər görülmədikdə xəstənin vəziyyəti xeyli ağırlaşa bilər.
I dərəcəli yanmada (dərinin qızarması, azacıq şişməsi) yanan səthə yağlı
maddə sürtməli, yaxud nişasta, talk və s səpməli.
II dərəcəli yanmada (qızarmış dəridə suluqlar əmələ gəlir) yanma yeri spirtlə
islanmalı və sonra təmiz parça ilə bağlanmalıdır.
Daha ağır, yəni, III, IV dərəcəli yanıqları yalnız tibb müəssisələrində
müalicə edirlər.
Yanıq asıq alovdvn alındıqda paltarın həmin nahiyədə yanıb dəriyə yapışan
hissəsini çəkib qoparmaq olmaz. Bu lazım gəldikdə yalnız iti qayçı ilə kəsilməlidir.
Dəri kimyəvi maddələr ilə yandıqda ilk yardım kimyəvi maddənin növündən
asılıdır. Əgər dəri turşu tökülməsi nəticəsində (kükürd turşusu müstəsna olmaqla)
yanmışsa, yanan nahiyə 10…15 dəqiqə isti su ilə yuyulmalı və sonra üstünə çay
sodası məhlulunda (bir stəkan suya bir çay qaşığı) isladılmış tənzif qoyulmalıdır.
Yanma qələvi tökülməsi nəticəsində alınmışsa, yenə də yuxarıda deyilən qayda ilə
təmiz yuyulduqdan sonra yanan nahiyəyə zəif sirkə məhlulunda (bir stəkan suya
bir xörək qaşığı sirkə qatmaqla) isladılmış tənzif qoyulub sarınmalıdır. Kükürd
turşusu ilə yandıqda su vurularsa, güclü istilik ayrıldığına görə yanıq daha da
dərinləşə bilər. Odur ki, belə hallarda yanıq ancaq soda məhlulu ilə yuyulub, həmin
məhlulda isladılmış tənzif qoymaqla bağlanmalıdır.
Bəzən elektrik qaynağı aparan işçilərin və qaynaq prosesinə diqqət yetirən
işçilərin gözlərinə qövsdən alınan şüa güclü təsir edir və hətta yandıra bilər. Belə
halda gözə bor turşusu məhlulunda (bir stəkan suya bir çay qaşığı) isladılmış tənzif
və ya təmiz parça qoyulması yaxşı nəticə verir.
Gözlərin çirklənməsində ilk yardım. Gözə bərk hissəciklər düşdükdə onları
su və ya bor turşusu məhlulu ilə yumaqla kənar edirlər. Gözü yuduqda su və ya
məhlulu gözün kənar küncündən buruna tərəf axıdırlar.
Gözə bərk hissəciklər düşdükdə onu ovuşdurmaq olmaz.
Dostları ilə paylaş: