Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə61/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   57   58   59   60   61   62   63   64   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Yanğın profiliktikası 
Maddi sərvətlərin məhv olması ilə nəticələnən, insanların həyatını, 
sağlamlığını təhlükə qarşısında qoyan və tənzimlənməsi mümkün olmayan yanma 
yanğın adlanır.
Yanğınların əsas səbəbləri: yanğına qarşı rejimin pozulması, elementar 
yanğın təhlükəsizliyi qaydalarının pozulması və odla ehtiyatsız davranış, bina və 
qurğuların layihələrində buraxılmış nöqsanlar, texnoloji proseslərdə yanğına qarşı 
tələblərin pozulması və s. ilə əlaqədardır.
Elektrik avadanlığında yanğınlar əsasən qısaqapanmadan, şəbəkənin həddən 
artıq yüklənməsindən, böyük keçid müqavimətlərinin yaranmasından, statik 
cərəyanlardan və elektrik qurğularının nəzarətsiz işləməsi üzündən baş verir. 
Yay fəslində atmosfer boşalmaları da yanğın və partlayışa səbəb ola bilər. 
Qış fəslində isə yanğınlar çox vaxt müvəqqəti qızdırıcı cihazların qeyri düzgün 
qurulması və istismarı nəticəsində baş verir.
Yanğının əmələ gəlməsinə və yayılmasına qarşı, adamların və maddi 
sərvətlərin yanğın yerindən köçürülməsi, eləcədə yanğının tez və səmərəli 
sondürülməsi üçün görülən tədbirlər kompleksi yanğın profilaktikası adlanır.


Deməli, yanğın profilaktikası yanğın və partlayışların qarşısını almaq üçün 
normativlər əsasında işlənib hazılanmış və sistematik tətbiq edilən təşkilati – 
texniki tədbirlər kompleksidir. 
Binaların planlaşdırılmasında yanğın və ya qəza zamanı adamların binanı 
mümkün qədər tez və təhlükəsiz tərk etməsi üçün şərait yaradılmalıdır. Yanan 
binadan adamları tezliklə xaricə çıxarmaq üçün köçürmə yollarının istiqaməti 
düzgün təyin edilməli, insan axınlarının pərakəndəliyinə, qarşı-qarşıya gəlməsinə 
yol verilməməli, köçürülmə yollarının tüstülənməsinin qarşısı alınmalıdır.
Müəyyən vaxt ərzində insanların təhlükəsiz hərəkətini təmin edən və 
köçürülmə çıxışlarına gedən yollar köçürülmə yolları (koridorlar, pilləkanlar, foye 
və keçidlər ) adlanır.
Binanın azı iki köçürülmə çıxışı olmalıdır. Bununlada, köçürülmə 
yollarından biri tüstüləndikdə və ya müəyyən səbəblər üzündən köçürülmə üçün 
yararlı olmadıqda adamların təhlükəsizliyi təmin edilir.
Yanğın zamanı adamların bina və qurğulardan köçürülməsi köçürülmə çıxışı 
hesab edilir. Buna görə də köçürülmə çıxışları arasındakı məsafə binanın enindən 
az olmamalıdır.
İnsanların mexaniki daşınması ilə əlaqədar olan yollar (liftlər, eskalatorlar) 
köçürmə yolu sayılmır, çünki, yanğın zamanı enerji mənbəyi ilə əlaqədar bütün 
mexanizlər sıradan çıxa bilər.
Köçürmə yollarındakı qapı və keçidlərin hündürlüyü iki metrdən az 
olmamalıdır. Qapı və koridor, keçid və pilləkənlərin eni isə inşaat norma və 
qaydalarından təyin edilir.
Yanğın zamanı adamların bina və qurğulardan köçürülməsinə verilən əsas 
tələblər aşağıdakılardır: 
1. Ən uzaq iş yerindən xaricə açılan çıxışa qədər məsafə ən qısa olmalı. 
2. İnsan axınının hərəkət yolları bir biri ilə kəsişməməli
3. Köçürülmə yollarında hərəkəti ləngidən və ya adamların yıxılmasına 
səbəb ola bilən ayrı-ayrı pillələr, divar çıxıntıları, dolama pilləkənlər və s. 
maneələr olmamalı.
4. Bütün keçidlər, çıxışlar, avadanlıq və yanğın söndürmə vasitələrinin ətrafı 
boş olmalı. 
5. Köçürülmə yollarındakı qapılar hərəkət istiqamətində açılmalıdır.
6. Köçürülmə yolları qəza işıqlanması ilə təchiz edilməlidir.
İstehsalat binalarında yanğınlar zamanı adamların bütün iş otaqlarından 
köçürülmə planları əvvəlcədən tərtib olunmalıdır.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin