Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Yanğınsöndürmə avadanlığı və ləvazimatları



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə63/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   57   58   59   60   61   62   63   64   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Yanğınsöndürmə avadanlığı və ləvazimatları 
Yanğınla mübarizə məqsədilə odsöndürücülər, yanğın söndürmə quruluşları, 
yanğın ləvazimatı və alətlərindən istifadə olunur.
Yanğınların ilk mərhələsində əl odsöndürücülərindən istifadə olunur.
Əl odsöndürücüləri od söndürmə vasitələrinin növünə görə köpüklü, qazlı, 
mayeli və ovuntu (toz) tərkibli olur. 
Geniş tətbiq olunan ilk yanğın söndürücü vasitələrdən köpüklə (OXP-10, 
OP-M, OP-9MM), karbon qazı ilə (OU-2, OU-5, OU-8, OU-2MM, OU-5MM), 
karbon anhidridli etilbromidlə (OUB, OUB-3, OUB-5), tozşəkilli maddə ilə (OPS-
10 növlü) işləyən əl yanğın söndürücülərini göstərmək olar.
Köpüklü odsöndürücülər bərk və maye maddələrin yanmasının 
söndürülməsində işlədilir. Su-köpük məhlulu yanğının güclənməsinə səbəb 
olduqda və yaxud elektrik cərəyanı keçirdikdə köpüklü od söndürənlərdən istifadə 
edilməməlidir. Qazla işləyən odsöndürücülərdən kiçik yanğınları söndürmək üçün 
istifadə edilir. Oksigensiz davam edən yanmada belə odsöndürücüdən istifadə 
olunmur. Odsöndürücü vasitə kimi karbon qazından, azotdan və ya başqa inert 
qazlardan istifadə edilir. 
Köpük və ya karbon qazı ilə işləyən odsöndürücülər kömək etmədikdə 
yaxud yanğını daha da gücləndirdikdə xüsusi konstruksiyalı tozşəkilli karbon 
anhidridli etil bromidlə və s. maddələrlə işləyən odsöndürücülər tətbiq olunur.
Səyyar hava-köpük OVP-100 odsöndürücüsü konstruksiyasına görə sadə və 
istismar baxımından etibarlıdır. Bu odsöndürücü 80-90 saniyə ərzində 18 m
2
açıq 
sahədə yanğın söndürmə qabiliyyətinə malikdir.
Yanğın söndürmək üçün yanğın maşınları mövcüddur. 
Əsas yanğın maşınlarına avtosistern və avtonasoslar daxildir. Bu maşınlar 
yanğın dəstəsinin şəxsi heyətini yanğın söndürməyə lazım olan şlankları, 
avadanlıq, alət və cihazları hadisə yerinə daşıyıb gətirmək üçündür. Avtosisterin və 
avtonasoslarla mərkəzdənqaçma su nasosları və hava-mexaniki köpük hazırlamaq 
üçün quruluş vardır. 
Hazırda geniş yayılmış AÜ-30, AÜ-40 və s. tipli avtosisternlər QAZ, ZİL, 
MAZ, KRAZ tipli avtomobillərin şassisi üzərində yerləşdirilir. Onların su tutumu 
1000…5000 
litrdir. 
Nasosların 
məhsuldarlığı 
25…80 
litr/saniyədir. 
Avtosisternlərdə köpükləndirici tərkib üçün 150 litr həcmində cən qoyulur. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin