Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə16/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   12   13   14   15   16   17   18   19   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

İş yerinə görə təlimat. İşə qəbul edilən işçi giriş təlimatı aldıqdan sonra 
nəzarət vərəqəsi ilə nəzərdə tutulan iş yerinə göndərilir. İş yerinə görə (peşə üzrə) 
təlimat növünü laboratoriya müdiri, emalatxana müdiri və başqaları iş yerinə təzə 
gələn işçilərə işin (peşənin) xüsusiyyətinə uyğun keçir. İş yerinə görə 
təlimatlandırma zamanı işçiyə aid olan məsələlər ətraflı başa salınır. İş yerinə görə 
təlimatın keçilmə müddəti işin xüsusiyyətinə uyğun müəyyən edilir. 
Təlimatlandırma zamanı işçilərə aşağıdakı məsələləri başa salmaq və 
öyrətmək nəzərdə tutulur: 
1. İş yerinin (maşın, mexanizm, avadanlıq və s.) quruluşu, iş prinsipi, işdə 
baş verə biləcək təhlükəli hallar və təhlükənin aradan qaldırılma yolları. 
2. İş yerinin təmiz və səliqəli saxlanılması. 
3. Fərdi mühafızə vasitələri və qoruyucu quruluşlardan istifadə etmək 
qaydaları. 
4. Bədbəxt hadisələrdən zərərçəkənlərə ilk yardım qaydaları. 
5. İş yerində tələb olunan təhlükəsizlik, sanitariya-gigiyena, yanğın 
təhlükəsizliyi qaydaları. 
İş yerinə görə təlimat keçildikdən sonra təlimatların keçirilməsi barədə 
jurnalda qeydə alınır. İş yerində təlimatın sənədləşdirildiyi jurnal işçinin işlədiyi 
müəssisədə saxlanılır. 
İş yerinə görə təlimat, əsasən işçi bir iş yerindən digər iş yerinə keçirilərkən, 
istehsalat təcrübəsinə gəlmiş şagird və tələbələrlə, yeni iş yerinə yetirən işçilərlə, 
tikinti-quraşdırma işləri aparanlarla və s. keçilir. Bütün hallarda təlimatın 
keçirilməsi yuxarıda göstərilən xüsusi jurnalda qeydə alınır. 
Təkrar təlimat. Bütün işçilərin əmək mühafızəsi, təhlükəsizlik texnikası, 
istehsalat sanitariyası, əməyin gigiyenası, yanğın təhlükəsizliyi barədə mövcud 
qayda və təhlükəsiz iş üsullarını, habelə təlimatları hansı səviyyədə bilməsini 
müəyyən etmək üçündür. Bu məqsədlə ildə iki dəfədən az olmayaraq bütün işçilər 
təkrar təlimat növünü keçməlidirlər. Təkrar təlimat mövsümi işlərə uyğun, yaxud 
müəssisə yeni iş pririsipli maşınlar, kimyəvi preparatlar aldıqda həmin işlərə görə 
uyğun sahənin baş mütəxəssisi tərəfindən keçirilir. Təkrar təlimat zamanı işçilərə 
daha təhlükəsiz iş üsullarını təmin edən məsələlərə fikir vermək, onların 
mükəmməl nəzəri və praktiki biliyə malik olmasına çalışmaq lazımdır. 
Uyğun sahənin baş mütəxəssisi işçilərə təkrar təlimat zamanı, əsasən 
aşağıdakı məsələləri başa salmalıdır: 
1. Görüləcək işin məzmunu, həmin işə uyğun təhlükəsiz iş üsulları. 
2. Görüləcək işlərə uyğun tələb olunan təhlükəsizlik texnikası, istehsalat 
sanitariyası və yanğın təhlükəsizliyi qaydaları. 
3. Fərdi mühafızə və qoruyucu vasitələrdən düzgün istifadə etmək və onları 
sınaqdan keçirmə qaydaları. 
4. İş yerinin düzgün təşkil edilməsi. 
5. Zərər çəkmiş şəxsə həkimə qədər ilk yardım qaydaları. 
6. Maşın və mexanizmlərin istismar qaydalarına düzgün əməl olunması və s. 


Təkrar təlimatı keçməkdə məqsəd fərdi və qrup halında eyni ixtisaslı 
işçilərin təsdiq edilmiş proqram əsasında əmək mühafizəsi sahəsində norma və 
qaydaları bilmək səviyyəsini artırmaqdan ibarətdir. 
Təkrar təlimat öyrədilib qurtardıqdan sonra əməyin mühafızəsinə görə 
qüvvədə olan “Təlimatların öyrədilməsi barədə qeydiyyatlar” jurnalında 
sənədləşdirilib qeydi aparılır. Jurnalın forması iş yerinə görə təlimat növündə 
göstərilmişdir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin