Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə18/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   14   15   16   17   18   19   20   21   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Dövlət Əmək MüfəttişliyiVətəndaşların Azərbaycan Respublikası 
Konstitutsiyası ilə nəzərdə tutulmuş əmək hüquqlarının müdafiəsini təmin edən və 


əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır. 
Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətində Azərbaycan Respublikası 
Konstitutsiyasını, Azərbaycan Respublikası Qanunlarını, Azərbaycan Respublikası 
Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin qərarlarini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial 
Müdafiəsi Nazirliyinin qərarlarını, normativ və hüquqi aktlarını, habelə Dövlət 
Əmək Müfəttişliyi haqqında Əsasnaməni rəhbər tutur. 
Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətini Azərbaycan Respublikasının 
əməyin mühafizəsi sahəsində sahə nəzarəti orqanları, həmkarlar ittifaqı, 
işəgötürənlərlə sıx əlaqədə durur. 
Texniki əmək inspeksiyaları. Müəssisələrdə işlərin təhlükəsiz görülməsi 
üzərində dövlət nəzarətini yerinə yetirən orqan həmkarlar ittifaqının texniki əmək 
inspeksiyasıdır. Texniki əmək inspeksiyaları xidmət etdiyi təsərrüfat sahələrində 
işlərin təhlükəsiz aparılmasına, istehsalat sanitariyasının vəziyyətinə və əmək 
qanunvericiliyinə riayət olunmasına nəzarət edir və müəssisələrin həmkarlar 
ittifaqı komitələrinə bu sahədə köməklik göstərir.Texniki əmək müfəttişi 
istehsalatda baş vermiş bədbəxt hadisə və qəzaları təhqiq edir, bu barədə hüquqi-
təhqiqat orqanlarına texniki rəy verir. Texniki əmək müfəttişinin rəyi hüquqi 
qüvvəyə malik olan aktdır ki, onun əsasında müəyyən inzibati və ya cinayət-hüquq 
xarakterli tədbirlər görülür. Həmin aktın əsasında bədbəxt hadisə nəticəsində 
sağlamlığın pozulmasına görə zərərin və eləcə də bədbəxt hadisə ilə əlaqədar 
olaraq həmkarlar ittifaqı təşkilatının sərf etdiyi ictimai sığorta vəsaitinin 
ödənilməsi üçün müəssisəyə vətəndaşlıq iddiası verilə bilər. 
Texniki əmək müfəttişləri maneəsiz olaraq istədikləri vaxt xidmət etdikləri 
müəssisə ərazisini gəzmək, əməyin mühafizəsi məsələləri üzrə müdiriyyətdən 
lazımi sənədləri, arayışları, izahatları və s. tələb etmək; əməyin mühafizəsi 
haqqında qanunvericiliyin texniki təhlükəsizlik və istehsalat səviyyəsi qaydalarının 
pozulması hallarını aradan qaldırmaq barəsində məcburi göstərişlər vermək, lazım 
gəldikdə texniki ekspertiza aparılmasını tələb etmək səlahiyyətinə malikdirlər. 
Dövlət sanitariya nəzarəti. Müəssisələrdə sanitariya- gigiyena normalarına, 
epidemiyaya qarşı sanitariya norma və qaydalarına düzgün riayət olunması 
üzərində dövlət sanitariya nəzarəti haqqında əsasnaməyə uyğun olaraq Azərbaycan 
Respublikası Səhiyyə Nazirliyinin sanitariya – epidemiologiya orqanları və 
idarələrin bəzilərində isə müvafiq nazirliklərin və idarənin tibbi xidmətləri həyata 
keçirilir. 
Dövlət energetika nəzarəti. Elektrik qurğularına təhlükəsiz xidmət 
göstərilməsini təmin edən tədbirlər üzərində dövlət nəzarətini respublika ərazisində 
dövlət energetika nəzarəti haqqında əsasnaməyə uyğun olaraq Energetika 
Nazirliyinin Dövlət Energetika Nəzarət Sisteminin inspeksiya nəzarətçiləri həyata 
keçirirlər.
Dövlət energetika nəzarəti sisteminin əsas vəzifəsi nəzərdə tutulan nazirliyə 
tabe olan elektrik stansiya və şəbəkələrinin texniki vəziyyətinə, elektrik 
qurğularında təhlükəsiz xidmətin təmin olunmasında tədbirlərin aparılmasına, 
elektrik enerjisinin düzgün istifadə olunmasına və verilən enerjinin keyfiyyətli 
olmasına nəzarəti düzgün yerinə yetirməkdən ibarətdir. 


Dövlət yanğın nəzarəti. Dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət 
yanğın nəzarəti tikinti normalarının və standartlarnın yanğına qarşı tədbirlərinə, 
yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların 
pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Baş Dövlət 
Yanğın Təhlükəsizliyi İdarəsi və onun bölmələrinin vəzifəli şəxsləri tərəfindən 
aparılır. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri öz 
vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikası yanğın nəzarəti üzrə Baş 
Dövlət inspektorudur. 
Dövlət dağ-mədən texniki nəzarəti. Sənaye müəssisələrində və bəzi 
obyektlərdə işlərin təhlükəsiz görülməsi qaydaları üzərində dövlət nəzarətini 
Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ - Mədən Nəzarəti 
Komitəsi və onun yerli orqanlar bu komitə haqqında əsasnaməyə uyğun olaraq 
həyata keçirirlər. 
Sənayedə dövlət dağ mədən texniki nəzarəti filiz- mədən, neft və qaz 
çıxarma, neft və qaz emalı sənayesi, habelə qaldırıcı qurğuların, təzyiq altında 
işləyən qazan qurğularının, boruların, bixar, isti su boru kəmərlərinin, qazın nəql 
etdirilməsi, saxlanması və ondan istifadə edilməsi ilə əlaqədar olan obyektlərin 
inşa edilməsində və istifadəyə verilməsində, partlayış işlərinin aparılmasında və s. 
qüvvədə olan əməyin mühafizəsi qayda və normalarının düzgün həyata 
keçirilməsinə nəzarəti yerinə yetirir. 
Dövlət dağ - mədən texniki nəzarət orqanları öz işlərinin aparılmasında 
əməyin mühafizəsinə dair bütün tələbatlara, avadanlıqların düzgün istismarına və 
texniki vəziyyətinə, işçilərin attestatsiya olunmasına və təhlükəsizlik texnikası 
qaydalarına işçi yerlərində riayət olunmasına nəzarət edilir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin