Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə26/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   22   23   24   25   26   27   28   29   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi 
İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi işsinin sağlamlığına, 
təhlükəsizliyinə və onun əmək məhsuldarlığına mühüm təsir göstərir.
İstehsalat havasının meteoroloji şəraiti temperatur, nisbi nəmlik, havanın 
hərəkət sürəti və təzyiqi, həmçinin qızdırılmış avadanlıq, emal edilmiş material və 
məmulatların istilik şüalanması ilə xarakterizə edilir. Bu parametrlər geniş 
hüdudlarda dəyişə bilər. Lakin onların elə uyğunluqları da vardır ki, bu zaman 
optimal mikroiqlim şəraiti yaranır. Bu həmin parametrlərin elə uyğunluğudur ki, 
bu zaman orqanizmin normal funksional və istilik vəziyyəti asanlıqla, 


termotənzimləmə qabiliyyəti gərginləşmədən təmin olunur, istilik rahatlığı 
hissiyatı və yüksək işgüzarlıq vəziyyəti üçün zəmin yaranır. 
Termotənzimləmə insan orqanizminin xarici mühitlə istilik mübadiləsini 
tənzimləmə qabiliyyətidir. Bununla da orqanizm mühitin şəraitindən və işin 
ağırlığından asılı olmayaraq bədənin temperaturunu sabit (+36,6 
0
C) səviyyədə 
saxlayır.İnsan orqanizmində həyat fəaliyyəti nəticəsində əmələ gələn istilik ətraf 
mühitə üç yolla – konveksiya, şüalanma, buxarlanma ilə ötürülür. Məsələn, ətraf 
mühitin temperaturu 20
0
C olduqda orqanizmin istilik verimi konveksiya ilə 31%, 
şüalanma ilə 43,7% və buxarlanma ilə 21,7% təşkil edir. Qalan istilik isə qəbul 
edilən qidanın, havanın qızdırılmasına və s. sərf olunur. Havanın temperaturu 
artdıqda tərin buxarlanması ilə istilik ötürülməsi də artır. 33…35
0
C-dən 
başlayaraq istilik verimi yalnız bu yolla gedir. Güclü tərləmə zamanı orqanizmidən 
su ilə birlikdə, C və B vitaminləri kənar olunur ki, bu da qanun laxtalanmasına, 
qanda şəkər və kalsiumun miqdarının artmasına, mədə şirəsinin turşuluğunun 
azalmasına və s. pozğunluqlara səbəb olur.Ətraf mühitin temperaturunun artması 
orqanizmdən istilik ayrılmasını çətinləşdirir, nəticədə bədənin temperaturu artır, 
ürək döyüntüsü başlayır, tərləmə güclənir, diqqət zəifləyir, hərəkətlərin əlaqəliyi 
pozulur, görmə və eşitmə qabiliyyəti zəifləyir.
Ətraf mühitin temperaturunun aşağı düşməsi də orqanizm üçün zərərlidir, 
çünki bu zaman bədən həddən artıq soyuyur, qan dövranı pozulur, qanın 
immunobioloji xassələri zəifləyir, nəfəs yolları xəstələnir, yel zökəm və digər 
soyuqdəymə xəstəlikləri yaranır. Deməli, havanın yüksək və alçaq temperaturları 
insan orqanizminin termotənzimləmə aparatının xeyli gərginləşməsinə səbəb olur. 
Bu isə əmək məhsuldarlığını azaltmaqla bərabər xəstələnmə və zədələnmə 
imkanlarını artırır.
Orqanizmin istiliyi tənzimləmə qabiliyyətinə havanın nəmliyi, hərəkət sürəti 
də böyük təsir göstərir. Belə ki, yüksək nisbi nəmlikdə (

85%), yüksək 
temperaturlarda istilik verimi çətinləşir, alçaq temperaturlarda isə güclənir və 
bədən həddən artıq soyuyur. Aşağı nisbi nəmlik (<20%) isə nəfəs yollarının selikli 
qişasını qurudur. İnsan sakit vəziyyətdə havanın 0,1m /san hərəkət sürətini 
durğunluq kimi 0,25 m/san-dən böyük sürətini isə yelçəkmə kimi hiss edir.
Atmosfer təzyiqi də insan orqanizminə təsir göstərir. Normal atmosfer 
təzyiqindən insan orqanizmin toxumalarında və daxili boşluqlarında təzyiq xarici 
təzyiqə bərabər olur. Təzyiqin dəyişməsi orqanizmə zərərli təsir edərək zəiflik, baş 
gicəllənməsi, ürək bulanması, burun və ağızdan qan axmasına səbəb olur.
İş zonasında mikroiqlimin parametrlərini nizamlayan sanitariya-gigiyena 
normaları vardır. Bu normalarla mikroiqlim parametrlərinin optimal və 
buraxılabilən qiymətləri təyin edilmişdir.
Optimal şəraitlər mikroiqlim parametrlərinin elə bir uyğunluğudur ki, onun 
insana uzun müddətli təsirində belə termotənzimləmə aparatı gərgin işləmədən 
orqanizm öz normal funksional və istilik vəziyyətlərini saxlaya bilir.
İş zonasında mikroiqlim parametrlərinin buraxıla bilən hədləri onların 
qiymətlərinin elə uyğunluğudur ki, onun insana müntəzəm və uzunmüddətli təsiri 
funksional və istilik vəziyyətlərində sonradan keçib gedən dəyişikliklər yarada 
bilər. Bu dəyişikliklər insanın fizioloji uyğunlaşma imkanlarından kənara çıxmır və 


normal şəraitdə tezliklə qaydaya düşür. Mikroiqlimin buraxılabilən hədləri 
sağlamlığı pozmur, lakin insasna qeyri-rahat istilik hissiyatı yaradır, əhvalını 
pisləşdirir və işgüzarlığını azaldır.
Örtülü istehsalat otaqlarında və iş yerlərində insan orqanizmini həddən artıq 
qızmadan mühafizə etmək üçün səmərəli ventilyasiyanın təşkili, texnoloji 
avadanlığın qızmar səthlərinin istilik izolyasiyası, su pərdəsi ilə soyudulması,
mühafizə ekranlarının qurulması, istehsal proseslərinin mexanikləşdirilməsi və s. 
tədbirlər tətbiq edilir.
Istehsalat otaqlarında və maşınların kabinələrində optimal şəraitlərin 
yaradılmasında ən yüksək nəticə havanın kondensiyasının təşkili ilə əldə edilə 
bilər.
Işləyənlərin istilikdən mühafizəsi zamanı fərdi mühafizə vasitələrinin 
düzgün seçilməsi və tətbiqinin böyük əhəmiyyəti vardır.
Istehsalatda görülən bütün işlər üç kateqoriyaya bölünür: 
1. Yüngül işlər- 600 kC/saat əzələ enerjisi və heç bir fiziki gərginlik tələb 
etməyən oturaq işlər. (kC-kilocoul) 
2. Orta ağırlıqda işlər-600 kC/saatdan yuxarı əzələ enerjisi və 10 kq-a qədər 
yükqaldırma tələb edən ayaqüstü işlər.
3. Ağır işlər- 1000 kC/saat-dan artıq əzələ enerjisi və 10 kq-dan artıq 
yükqaldırma tələb edən ayaqüstü fiziki gərgin işlər. 
Yüngül işlərdə otağın temperaturu 18-21
0
S, orta ağırlıqlı işlərdə 16-18
0
S, 
ağır işlərdə isə 14-16
0
S olmalıdır. Meteoroloji şərait normaları havanın 
temperaturunu, nəmliyini və hərəkət sürətini məhdudlaşdıran miqdar 
göstəriciləridir.
İlin soyuq və isti vaxtlarında istehsalat binasının xarakteristikasından və işin 
kateqoriyasından asılı olaraq iş yerlərində havanın temperaturu , nisbi nəmliyi və 
hərəkət sürəti normallaşdırılır. Mikroiqlimi normallaşdırmaq üçün görülən başlıca 
tədbirlər havanın isidilmə, ventilyasiya və kondensasiya sistemlərinin tətbiqindən 
ibarətdir. 

 
Meteoroloji şərait və onun normallaşdırılması. 
Meteoroloji şərait normaları havanın temperaturunu, nəmliyini və hərəkət sürətini 
məhdudlaşdıran miqdar göstəriciləridir. 
Optimal meteoroloji şəraitin normalaşdırılması işin xarakterindən asılı 
olaraq (CH-245-71-ə əsasən) tərtib edilir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin