Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


İşıqlanma sistemi və ona verilən gigiyenik tələblər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə34/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   30   31   32   33   34   35   36   37   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

İşıqlanma sistemi və ona verilən gigiyenik tələblər 
İstehsalat işıqlandırması əmək gigiyenasının mühüm göstəricilərindən 
biridir. Çünki, xarici aləm haqqında şüurumuza gələn məlumatın 90%-ə qədəri göz 
vasitəsilə əldə edilir. 
Düzgün layihələndirilmiş istehsalat işıqlandırılması əmək məhsuldarlığının 
və məhsulun keyfiyyətinin yüksəldilməsinə imkan yaradır, işləyənlərə müsbət 
psixoloji təsir göstərir, əməyin təhlükəsizliyinə artırır, yorğunluğu və travmatizmi 


azaldır.
İşıqlandırmanın təşkilində əsas gigiyenik tələblər aşağıdakılardır; 
-iş obyektinin tez və asan seçilməsi üçün işıqlanma kifayət qədər olmalıdır.
-işıqlandırma müntəzəm olmalı, kəskin kölgələnməyə yol verilməməlidir. 
-baxılan obyektlə fon arasında müəyyən kontrast olmalıdır.
-işıq mənbəyi baxılan obyekdə ləkə əmələ gətirməməlidir 
-işıq mənbəyi gözləri qamaşdırmamalıdır. 
-işçi səthlərin işıqlandırılma səviyyəsi zaman ərzində dəyişməməlidir. 
İstehsalat otaqlarının işıqlandırılması təbii, süni və birgə ola bilər.
Təbii işıqlandırma. Təbii işıqlandırma insana böyük bioloji və psixoloji təsir 
göstərir, onda təbiətlə əlaqə hissiyatı yaradır və sinir sistemini sakitləşdirir. İşıq 
bütün orqanizmin fəaliyyətini güçləndirir və tonusu qaldırır. Uzun müddət təbii 
işıq olmadıqda bu, insanlara can sıxıcı təsir göstərir və onların ruhunu sarsıdır. 
Buna görə də sanitariya normaları bütün istehsalat, inzibati, köməkçi və məişət 
otaqlarında təbii işıqlandırma olmasını tələb edir. 
İşıq texnikası mənasında təbii işıqlandırmanın çatışmayan cəhəti də vardır. 
Belə ki, təbii işıqlandırma ilin, günün vaxtından; rayonun coğrafi mövqeyindən 
pənçərə qapısındakı səthlərin (torpaq, yaşıllıq, binalar) əksetmə xasələrindən asılı 
olaraq böyük hüdudlarda dəyişə bilər, ayrı-ayrı iş yerləri qeyri müntəzəm işıqlanır 
və s.
İstehsalatda təbii işıqlanma üç şəkildə aparılır. 
a) yandan işıqlanma (pəncərə işıqlanması) 
b) üstdən işıqlanma (baca işıqlanması) 
v) üstdən və yandan işıqlanma 
Təbii işıqlandırmanın səmərəliliyi təbii işıqlanma əmsalı ilə xarakterizə 
olunur. Təbii işıqlanma əmsalı otaq daxilindəki işçi səthdə müəyyən nöqtənin 
işıqlanmasının eyni anda otaq xaricində üfüqi səthdəki işıqlanmaya nisbətidir.(%) 
%
100


x
d
E
E
l
Təbii işıqlanma əmsalı otaq daxilindəki nöqtədə işıqlığın xarici işıqlanmanın 
hansı hissəsini təşkil etdiyini göstərir. Müəyyən edilmişdir ki, günorta vaxtı 
səmanın orta dağınıq işıqlığı il ərzində 4000 lk-dən (dekabırda) 38000 lk-ə qədər 
(iyulda) dəyişir. Təbii işıqlandırmada iş yerinin işıqlanması gün ərzində böyük 
hüdudlarda dəyişdiyi üçün sanitariya normaları ilə işıqlanmanın qiyməti deyil, təbii 
işıqlanma əmsalı normalaşdırılır. İşıqlanmanın normalaşdırması məqsədilə 
obyektlər görülən işin növündən (dəqiqliyindən) asılı olaraq 6 yerə bölünür və 
bunda sanitariya normalarından verilir. (CH-245-71) 
Süni işıqlandırma. Təbii işıqlandırma kifayət etmədikdə süni işıqlandırma 
tətbiq edilir. Süni işıqlandırma ümumi və birgə işıqlandırma sistemlərinə bölünür. 
İstehsalat otagının bütün sahəsini müntəzəm işıqlandırmaq tələb olunduqda 
ümumi işıqlandırma sistemi tətbiq edilir. 
İş səthlərində yüksək işıqlanma səviyyəsi yaratmaq lazım gəldikdə birgə 
işıqlandırma sistemindən istifadə olunur. 
Təyinatına görə süni işıqlandırma 5 növə ayrılır: işçi, növbətçi, qəza, 


köçürmə və keşikçi. 
İstehsalat otaqlarında və açıq sahələrdə təbii işıqlandırma olmadıqda və ya 
çatışmadıqda işlərin normal gedişini təmin edən, habelə insan və nəqliyyatın 
təhlükəsiz hərəkətini təmin edən işıqlandırmaya işçi işıqlandırma deyilir.
İşdən kənar vaxtlardakı işıqlandırma növbətçi işıqlandırma, qəza nəticəsində 
işçi işıqlandırma sıradan çıxdıqda işi davam etdirmək üçün tələb olunan 
işıqlandırma qəza işıqlandırması adlanır. İşçi işıqlandırmanın qəflətən sıradan 
çıxması nəticəsində yanğın, partlayış, zəhərlənmə, zədələnmə təhlükəsi, texnoloji 
prosesin və ya rabitə qovşağının, su-qaz təhcizatı qurğuları sistemləri işinin 
pozulması hallarında qəza işıqlandırması tətbiq edilməlidir. 
İşıqlandırma sıradan çıxdıqda binanı təhlükəsiz tərk etmək üçün işçilərin 
sayı 50 nəfərdən çox olan istehsalat binalarında köçürmə işıqlandırması təşkil 
edilir. Köçürmə işıqlandırması binanın hərəkət yollarında azı 0,5 lk işıqlıq təmin 
etməlidir. Gecə vaxtı keşik çəkilən ərazinin səhədlərində qurulan işıqlandırmaya 
keşikçi işıqlandırması deyilir. 
İstehsalat otaqlarında işçi səthlərin minimal işıqlandırması sanitariya 
normaları ilə işlərin dəqiqlik dərəcəsindən, obyektin fonla kontrastından, fonun 
xarakterindən, işıq mənbəyinin və işıqlandırma sisteminin növündən asılı olaraq 
normallaşdırılır. Yaşayış, içtimai, inzibati, koməkçi, məişət otaqlarının, eləcədə 
binadan xaricdə yerləşən iş yerlərinin işıqlandırılması da məsələn, yaşayış 
otaqlarında 100 lk, dərs otağında 300 lk, sanitariya-məişət otaqlarında 75-50 lk, 
vestibüldə 150 -75 lk, pilləkənlərdə 75…50 lk və s. sanitariya normalarına 
əsaslanır. 
Süni işıq mənbələri kimi közərmə və lüminessent elektrik lampalarından 
istifadə edilir.
Közərmə lampaları 127 və 220 V nominal gərginliklərə 
hesablanır və 15…1500 vt gücündə buraxılır. Közərmə lampalarının bir sıra üstün 
cəhətləri vardır; onların istismarı və istehsalı sadədir, şəbəkəyə qoşmaq üçün əlavə 
quruluşlar tələb etmir, səssiz işləyir ani olaraq işə salınır. Lakin onların mühit 
çatışmamazlıqları da vardır.
Közərmə lampalarının işıq vermə qabiliyyəti azdır.(7…20lk/vt), iş müddəti 
nisbətən qısadır (1000 saata qədər), qənaətçil deyil, spektrində qırmızı-sarı şüalar 
əsas yer tutduğu üçün bəzi işlərin keyfiyyətli görülməsinə mane olur. 
Lüminessent lampaların (qaz-boşalma lampaları) gigiyenik tələbləri 
tamamilə ödəyən işıq xarakteristikaları vardır. Bu lampalarda optik spektrin 
şüalanmaları inert qazların metal buxarla mühitində elektrik boşalması nəticəsində 
yaranır. Bu lampaların iş müddəti 1400 saata qədər, işıq vermə əmsalı 100 lm/vt 
olduğu üçün onlar iqtisadi cəhətdən daha səmərəlidir. Bu lampaların çatışmazlığı 
işıq selinin döyüngənliyi, elektrik şəbəkəsinə bilavasitə deyil, xüsusi işə salma 
qurğusu vasitəsilə qoşulması, yanğın-partlayış təhlükəli və aşağı temperaturlu 
mühitdə tətbiqinin məhdud olmasıdır. 
Xüsusi armaturla təchiz edilmiş elektrik lampalarına işıqlandırıcılar deyilir. 
Armaturun vəzifəsi işıq selinin işçi səthlərə yönəldilməsi, gözü lampanın 
qamaşdırıcı təsirindən mühafizə etmək, lampanı mexaniki zədədən və 
çirklənmədən qorumaqdır. Sənayedə 60…1000 Vt gücündə közərmə lampaları, 
eləcədə 40 və 80Vt gücündə lüminessent lampalar üçün armaturlar buraxılır. 


İşıqlandırıcı cihazlar 2 cür olur: daxili və xarici işıqlandırma üçün. Bunlar da 
işığı səpələmə xassəsinə görə 3 qrupa bölünür. 
1. Düz işıq cihazları-lampanın işıq selinin azı 90%-ni aşağı yönəldir. 
2. Əksetmə işıq cihazları-işıq selinin azı 90%-ni yuxarıya tavana yönəldir. Bu 
növ işıqlandırma göz qamaşmasına və kəskin kölgələnməni aradan qaldırır, lakin 
qənaətçil olmadığına görə az tətbiq edilir. 
3. Dağınıq işıq cihazları-işıq selini hər iki yarım kürəyə təxminən bərabər 
miqdarda yönəldir. 
Lüminessent lampalı işıqlandırıcılar düz işıq cihazlarıdır. Bürada gözlərin 
qamaşmasını məhdudlaşdırmaq üçün ekranlayıcı şəbəkədən, şəffaf plastmas və ya 
şüşədən, işıq yayıcılarından istifadə olunur.
İstehsalat 
otaqlarının 
işıqlandırılmasında 
çoxlampalı 
lümenesent 
işıqlandırıcılardan geniş istifadə edilir. Az tozlanan və normal nəmlikdə istehsalat 
otaqlarının işıqlandırılması üçün açıq tipli, çox tozlu və nəmli otaqlarda isə bağlı 
tipli (toz və nəmlikdən mühafizə quruluşlu) işıqlandırıcılar işlədilir. Partlayış 
təhlükəli otaqların işıqlandırılmasında partlayış mühafizəli cihazlar tətbiq edilir. 
Közərmə lampalı işıqlandırıcıların otağın planında kvadratın küncləri üzrə 
yerləşdirilməsi əlverişlidir. Lümenesent lampalı işıqlandırıcıları isə diva rvə 
pəncərələrə paralel sıralarlarla yerləşdirmək məsləhətdir. Açıq sahələrin 
işıqlandırılmasında, işıqlandırılan səthlərin üstündə görülən işlərin şəraitinə görə 
adi işıqlandırıcıların qurula bilmədiyi bütün hallarda projektor işıqlandırması tətbiq 
edilir.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin