İstehsalat mühitinin tozluluğunu qiymətləndirmək üçün havanın vahid
həcmində olan tozun cəki miqdarını, onun tərkibini, zəhərliliyini, həll olunma
qabiliyyətini, eləcədə hissəciklərin formasını bilmək lazımdır.
Havada tozun qatılığını təyin etdikdən sonra onu sanitariya normaları ilə
müəyyən edilmiş buraxıla bilən qatılıqla müqaisə edirlər. Daha sonra texnoloji
prosesin (toz mənbələrinin) xüsusiyyətlərini, havanın tozla çirklənmə dərəcəsini
təhlil edib, tozun işçi zonaya daxil olma yollarını araşdırıb, tozluqdan mühafizə
tədbirlərini hazırlayırlar.
Əgər tozlu proses qapalı fazalarda gedirsə və ya iş zamanı ətraf mühitdən
izolə edilmişdirsə, hermetikləşdirmə yolu ilə toz sızan və ya onun iş zonasına daxil
olduğu kanalları bağlamağa calışırlar.
Əgər texnoloji prosesin və ya emal edilən materialın keyfiyyəti nəmlikdən
asılı deyildirsə, onda materialın quru emalını nəm emal ilə əvəz etmək olar. Tozla
mübarizənin səmərəli üsulu toz halında olan maddələri dənəvər maddələrlə əvəz
etməkdir.
İstehsalat otağında toz kiçik zonada əmələ gəldikdə onun pnevmatik
sorulmasını təşkil etmək əlverişlidir.
Göstərilən üsullarla tozun iş zonasına daxil olmasının qarşısını almaq
mümkün olmadıqda yerli ventilyasiya, bütün otağın havası tozla cirkləndirdikdə
isə ümumi ventilyasiya qurulur.
İş zonasına intensiv sürətdə buraxıla bilən qatılıqdan çox tozlu hava daxil
olursa, fərdi mühafizə vasitələrindən, xüsusi iş paltarı, eynəklər, respiratorlar,
başlıqlardan istifadə edilməlidir.
İş zonalarının havasını zərərli maddələrdən qorumağın ən səmərəli üsullarını
tam
mexanikləşdirmə, avtomatlaşdırma və tozlanan proseslərin tam
hermetikləşdirilməsidir.
Dostları ilə paylaş: