Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə38/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   34   35   36   37   38   39   40   41   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

 
Titrəyişlərlə mübarizə üsulları 
Titrəyişlərlə səmərəli mübarizə məqsədi ilə onların parametrlərinə iki növ 
normalar qoyulmuşdur: Gigiyenik və texniki
 Gigiyenik normalarda fizioloji tələblər nəzərə alınaraq, iş yerlərində və 
işçinin əllərinin iş vaxtı təmasda olduğu səthlərdə titrəyişlərin vibroxəstəliklərin 
əmələ gəlməsini istisna edən parametrləri məhdudlaşdırılır. Texniki normalarda 
fizioloji tələblərdən əlavə, maşınların konkret növü üçün hazırki texniki səviyyədə 
titrəyiş parametrlərinin mümkün olan məhdudlaşdırılma qiymətləri də nəzərə 
alınır.
Layihə edilən və istismarda olan bütün maşın və alətlərin titrəyiş 
parametrləri yoxlanılmalıdır. Titrəyiş parametrləri normalarla buraxılabilən 
qiymətlərdən yüksək olan avadanlıq istismara buraxılmamalıdır. 
İstehsalatda titrəyişləri aradan qaldırmaq və zəiflətmək üçün texniki və 
gigiyenik üsullardan istifadə edilir. Bu üsulların köməyi ilə titrəyiş mənbələrində 
onun ləğv edilməsi və ya azaldılması, iş yerlərinin titrəyişin təsirindən mühafizə 
edilməsi, işləyənlərin fərdi mühafizəsi və titrəyiş təhlükəli peşələrdə əməyin təşkili 
üzrə kompleks tədbirlərin görülməsi nəzərdə tutulur. 
İstehsalatda ehtizaz və titrəyişlər aşağıdakı üsullarla aradan qaldırılır.
1. Texnoloji və konstruktiv dəyişikliklərlə- irəli - geri hərəkəti fırlatma ilə, 
dişli çarx ötürmələrini pazvari qayış ötürməsi ilə, düz dişləri çəp dişlərlə, 
yırğalanan yastıqları sürüşgən yastıqlarla əvəz etmək, zərbəli hissələrdə plastmas
neylon, kapron və s. materiallar tətbiq etmək, yaxud texnoloji məsafəni (aralığı) 
maksimum azaltmaq, mərkəzləşmənin dəqiqliyini təmin etməklə və s. 
2. Təşkilati-texniki tədbirlərlə-əlverişli istismar rejimi yaratmaq, vaxtlı-
vaxtında yağlama, planlı-xəbərdarlıq təmiri aparmaq, əlverişli iş prosesi 
yaratmaqla və s.
3. İzoləedici və titrəyiş azaldan materialların tətbiqi ilə (məsələn, plastmas, 
rezin, ruberoid, keçə, mastika və s.). Bu halda rəqsi enerjinin azalması istilik 
enerjisinə çevrilməklə başa gəlir. 
4. Fərdi mühafizə vasitələrinin tətbiqi ilə. Məsələn, yaylı dəstək, xüsusi 
əlcək və ayaqqabılar və s. işlətməklə.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin